Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-246/2024 23.01.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, X1 ilə , İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə bağlanmış 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Lizinq obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolet Lacett” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506979 ban, qara metallik rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılmasını, Cavabdeh 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 noyabr 2023-cü il tarixə 891.89 manat gecikdirilmiş əsas, 363.41 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2.68 manat dəbbə pulu, cəmi 1257.98 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022ci il tarixli ALY-726 saylı “Daxili lizinq” müqaviləsinə əsasən Cavabdeh sifarişi ilə 2021-ci il buraxılışlı, “Chevrolet Lacett” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506979 ban, qara metallik rəngli avtomobil 26250 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. “Daxili lizinq” müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə №3) əsasən Cavabdeh illik 15% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 524.57 manat, ümumilikdə isə 35674 manat məbləğində pulu İddiaçı MMC-nin hesabina ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh saylı “Daxili lizinq” müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 25 noyabr 2023-cü il tarixə 891.89 manat gecikdirilmiş əsas, 363.41 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 2.68 manat dəbbə pulu, cəmi 1257.98 manat borcu yaranmışdır. “Daxili lizinq” müqaviləsi və “Ödəniş cədvəli”nin şərtlərinə cavabdeh tərəfindən əməl edilməmiş, cavabdeh lizinq ödənişlərinin ödənilməsinə dair öhdəliyi vaxdında və lazımı qaydada icra etməmiş və onun iddiaçı qarşısında öhdəliyi yaranmışdır. İddiaçı MMC Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsəasən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, Azərmaş Alyans” MMC ilə bağlanmış 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq” müqaviləsinin ləğv edilməsini, lizing obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolet Lacett” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506979 ban, qara metallik rəngli avtomobil mülkiyyətçi İddiaçı MMC-ə geri qaytarılsı, Cavabdeh 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 16 yanvar 2022-ci il tarixə 498.31 manat gecikdirilmiş əsas, həmin günə hesablanmış 31.39 manat dəbbə pulu, cəmi 529.70 manat borc və ödənilmiş 100.40 manat dövlət rüsumu "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC-nin nümayəndəsi X3 elektron ərizə ilə müraciət edərək mülki işə iştirakı olmadan baxılmasını və iddia tələblərinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materialıarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq” müqaviləsindən görünür ki, İddiaçı MMC tərəfindən lizing obyekti olan 2021-ci il buraxılışlı, “Chevrolet Lacett” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506979 ban, qara metallik rəngli avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. İş materiallarına əlavə olunan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh 05 may 2022-ci il tarixli MAS-5192 saylı “Daxili lizinq” müqaviləsi üzrə İddiaçı MMC-nə xx.xx.2024-cü il tarixə 498.31 manat gecikdirilmiş əsas, həmin günə hesablanmış 31.39 manat dəbbə pulu, cəmi 529.70 manat borcu yaranmışdır. İş materiallarında olan 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq müqaviləsi”nin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə 3 saylı əlavəyə əsasən Cavabdeh illik 15% hesablanmaqla 60 aylıq müddətə hər ay sabit məbləğ olmaqla 524.57 manat, ümumilikdə isə 35 674 manat məbləğində pulu İddiaçı MMC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. Ödənilməli olan ümumilikdə 35 674 manatın 26.250 manatını əsas məbləğ təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Təhvil-təslim aktından görünür ki, lizing obyekti- 2021-ci il buraxılışlı, “Chevrolet Lacett” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506979 ban, qara metallik rəngli avtomobil lizinq alan Cavabdeh təhvil verilmişdir. İş materiallarına olan xx.xx.2023-cü il tarixli xəbərnamədən görünür ki, Cavabdeh 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq müqaviləsi”üzrə "xxxx" MMC-nə olan borcu və dəymiş zərərin ödənilmədiyi halda, borcun ondan məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında 24 fevral 2022-ci il tarixli lizinq müqaviləsi bağlanmış, həmin müqavilə üzrə avtomobil lizinq alan Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Bununla belə tərəflər arasında lizinq müqaviləsinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Qeyd edilən Məcəllənin 751-ci maddəsinə əsasən lizinq barəsində əmlak kirayəsi müqaviləsinin bu Məcəllənin 747-750-ci maddələrinə zidd olmayan qaydaları tətbiq edilir. Beləliklə, lizinq müqaviləsi aşağıdakı əlamətlərlə xarakterizə olunur:
1. Lizinq verənin maliyyələşdirmə (investisiya qoyma) marağının olması. Yəni lizinq obyekti bir əşya kimi lizinq verən üçün əhəmiyyət kəsb etmir, məhz gəlir əldə etmək məqsədi ilə alınır və lizinq ödənişləri lizinq obyektinə qoyulmuş kapitaldan əldə olunan gəlirdir.
2. Lizinq obyekti bir qayda olaraq, lizinq alanın seçimi üzrə və onun tərəfindən göstərilən satıcıdan əldə olunur. İddiaçı ilə cavabdeh-lizinq alan arasında bağlanmış 24 fevral 2022-ci il tarixli daxili lizinq müqaviləsinə əsasən iddiaçı, yəni lizinq verən lizing obyekti- 2021-ci il buraxılışlı, “Chevrolet Lacett” minik markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı, XWB5V319VNA506979 ban, qara metallik rəngli avtomobilini lizinq alanın müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişlərini verməyi öhdəsinə götürmüşdür. Lizinq verən lizinq obyektini lizinq alana təhvil vermiş, lizinq alan isə lizinq obyektini qəbul etmişdir. Yəni iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etmişdir. Cavabdeh isə müəyyən olunmuş qrafik əsasında ödənişləri həyata keçirməmiş və nəticədə onun 16 yanvar 2022ci il tarixə 498.31 manat gecikdirilmiş əsas, həmin günə hesablanmış 31.39 manat dəbbə pulu, cəmi 529.70 manat məbləğində borcu yaranmışdır. Göründüyü kimi, cavabdeh müəyyən olunmuş qrafik əsasında ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən lizinq müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, lizinq müqaviləsi üzrə lizinq verənin lizinq obyektini lizinq alana verməsi müəyyənləşdirilmiş dövriliklə muzd ödənilməsini şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliyini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Bu baxımdan iddianın əsas borc hissədə iddiası təmin olunmalıdır. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. MM-nin 748-1.12.4-cü maddəsinə müvafiq olaraq lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Cavabdeh - lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmədiyindən, iddiaçının - lizinq verənin pul məbləğlərini və lizinq obyektini geri almaq hüququ vardır. Beləliklə də, iddia müqavilənin ləğv edilməsi və 498.31 manat gecikdirilmiş əsas borcun tutulması hissəsində əsaslı olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 31.39 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 1.69 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, iddiaçı tərəfindən ödənilmiş 100 (yüz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 119.1-ci, 216-220-ci, 358-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia qismən təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 24 fevral 2022-ci il tarixli ALY-726 saylı “Daxili lizinq” müqaviləsi ləğv edilsin. Cavabdeh 498 (dörd yüz doxsan səkkiz) manat 31(otuz bir) qəpik əsas, 1 (bir) manat, 69 (altımış doqquz) qəpik dəbbə pulu, cəmi 500 (beş yüz) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 100 (yüz) manat 40 (qırx) qəpik tutularaq İddiaçı MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev