Məhkəmə qərarları › İş №e-2(027)-2506/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2506/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2506/2023 25.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyənetdim: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********74340 BLACKVİEWA100 MARKALİ TELEFON, AİWA QULAQLİQ üçün 468.86 (dörd yüz altmış səkkiz manat səksən altı qəp) manat ödənilməmiş hissə, 46.14 (qırx altı manat on dörd qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, 70 MAİ AİR COMPRESSO 76.95 (yetmiş altı manat doxsan beş qəp) manat ödənilməmiş hissə, 7.05 (yeddi manat beş qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, BİKE SAFT velosiped üçün 66.8 (altmış altı manat səksən qəp) manat ödənilməmiş hissə, 6.2 (altı manat iyirmi qəp) manat cərimə; Ümumilikdə 672 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********74340 BLACKVİEW A100 markalı telefon, AİWA qulaqlıq, 70MAİ AİR COMPRESSO, BİKE SAFT velosiped almış və nəticədə 672 (altı yüz yetmiş iki) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 525.06 (beş yüz iyirmi beş manat altı qəp) manat (18 ay x 29.17 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********74340 BLACKVİEW A100 MARKALİ telefon, AİWA qulaqlıq üçün ümumilikdə, 515 (beş yüz on beş) manat olmaqla ondan, 468.86 (dörd yüz altmış səkkiz manat səksən altı qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 46.14 (qırx altı manat on dörd qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 76.95 (yetmiş altı manat doxsan beş qəp) manat (9 ay x 8.55 manat + 0 manat ilkin ödəniş) 70MAİ AİR COMPRESSO üçün ümumilikdə, 84 (səksən dörd) manat olmaqla ondan, 76.95 (yetmiş altı manat doxsan beş qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 7.05 (yeddi manat beş qəp) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 440.8 (dörd yüz qırx manat səksən qəp) manat (12 ay x 33.4 manat + 40 manat ilkin ödəniş) BİKE SAFT velosipedüçün ümumilikdə, 73 (yetmiş üç) manat olmaqla ondan, 66.8 (altmış altı manat səksən qəp) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 6.2 (altı manat iyirmi qəp) manat cərimə; Cavabdehin cəmi ödədiyi məbləğ 430.2 manat təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 430.2 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2023-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə iş sənədlərini hərtərəfli araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia təmin edilməlidir. Belə ki, mülki işin sənədlərində olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 04231204 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı BİKE SAFT 29-SFT M800-40- BLACK-BLUE markalı velosipedə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 40 manat olmaqla, cəmi 440,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin sənədlərində olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış digər xx.xx.2023-cü il tarixli, 09481661 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı İMEİ KODU **********74340 BLACKVİEW A1006/128GB-PİNK markal telefon, AİWA qulaqlığa görə 18 ay ödəniş cədvəli üzrə hər ay 29,17 manat olmaqla, cəmi 525,06 manat ödəməyi öhdəsinə götürmüşdür. Mülki işin sənədlərində olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış digər xx.xx.2023-cü il tarixli, 12201942 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı 70 MAİ AİR COMPRESSOR ECO (MİDREİVE TP04) üçün 9 ay ödəniş cədvəli üzrə hər ay 8,55 manat olmaqla, cəmi 76,95 manat ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələrinə əsasən xx.xx.2023-cü il tarixə əsas borca görə ödənilməmiş 612,61 manat, cərimə borcuna görə 59,39 manat, cəmi 672 manat borcu qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, "xxxx" MMC hazırki iddianın qaldırılması ilə əlaqədar 30 (otuz) manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MM) 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-nin 601-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər.Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Azərbaycan Respublikası MM-nin 425.1-ci maddəsinə əsasən tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərəkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərərə və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələrinə görə kreditorun qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi icranın gecikdirilməsi hesab olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-nin 449.4-cü maddəsinə əsasən özgə vasitədən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Göründüyü kimi tərəflər arasında qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Azərbaycan Respublikası MM-nin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli, xx.xx.2023cü il tarixli və xx.xx.2023-cü il tarixli müqavilələr üzrə xx.xx.2023-cü il tarixinə yaranmış 612,61 manat əsas borc, 59,39 manat cərimə borcu, ümumilikdə 672 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-nə ödənilməsi barədə tələb əsaslıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci və 284-6-cı maddələrini rəhbər tutaraq q ə t e t d i m: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, BİKE SAFT velosiped üçün 66.8 (altmış altı manat səksən qəp) manat ödənilməmiş hissə, 6.2 (altı manat iyirmi qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********74340 BLACKVİEWA100 markalı telefon, AİWA qulaqlıq üçün 468.86 (dörd yüz altmış səkkiz manat səksən altı qəp) manat ödənilməmiş hissə, 46.14 (qırx altı manat on dörd qəp) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, 70 MAİ AİR COMPRESSO üçün 76.95 (yetmiş altı manat doxsan beş qəp) manat ödənilməmiş hissə, 7.05 (yeddi manat beş qəp) manat cərimə olmaqla, ümumilikdə, 672 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar