Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2511/2023 25.12.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı kiçik iddalara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh RSK5722033 nömrəli, 30 may 2019-cu il tarixli müqavilə üzrə 822 manat əsas, 246 manat dəbbə pulu; RSK5761364 nömrəli, 28 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 273 manat əsas, 82 manat dəbbə pulu: RSK5761790 nömrəli, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1132 manat əsas, 339 manat dəbbə pulu və 49 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2943 manat pulun onun xeyrinə tutulması haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, 30 may 2019-cu il, 28 oktaybr 2019-cu il və 27 dekabr 2019-cu il tarixlərində Cavabdeh (bundan sonra “Alıcı” adlandırılacaq) ilə aralarında RSK5722033 nömrəli RSK5761364 nömrəli və RSK5761790 nömrəli hissəhissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1,1-ci maddəsinə əsasən RSK5722033 nömrəli müqavilə üzrə 1225 manat dəyəri olan 1 ədəd “Grundig” markalı televizor Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. RSK5761364 nömrəli müqavilə üzrə 336 manat dəyəri olan 1 ədəd “Beko” markalı tozsoran Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. RSK5761790 nömrəli müqavilə üzrə 1152 manat dəyəri olan 1 ədəd “Acer” markalı notcbook Alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1,2.2-ci maddəsinə əsasən Alıcı RSK5722033 nömrəli müqavilə üzrə 49 manat ilkin ödəniş olmaqla, qalan 1176 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq, 24 ay müddətinə, aylıq 49 manat olmaqla, hər ayın 29-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK576.1364 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 336 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 14 manat olmaqla, hər ayın 27-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı RSK5761790 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 1152 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 48 manat olmaqla, hər ayın 26-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.4-cü maddəsinə əsasən Alıcı ödənişi gecikdirdiyi hər gün üçün məcmu borcun 1 %-i həcmində satıcının xeyrinə cərimə (dəbbə pulu) ödəyir. Müqavilənin 4.1-ci maddəsinə əsasən tərəflər arasında yaranmış mübahisələr qarşılıqlı razılıq əsasında həll edilir. Qarşılıqlı razılıq əsasında həll edilməyən mübahisələr Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq məhkəmələr tərəfindən həll edilir. Alıcı tərəfindən müavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməqıiş və nəticədə onun RSK5722O33 nömrəli müqavilə üzrə 822 manat əsas. 246 manat dəbbə pulu olmaqla. 1068 manat. RSK5761364 nömrəli müqavilə üzrə 273 manat əsas, 82 manat dəbbə pulu olmaqla, 355 manat. RSK5761790 nömrəli müqavilə üzrə 1132 manat əsas. 339 manat dəbbə pulu olmaqla. 1471 manat borcu yaranmışdır. Alıcı tərəfindən RSK57220.33 nömrəli, 30 may 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 10 manat ödəniş; RSK5761364 nömrəli. 28 oktyabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021 -ci i! tarixdə 5 manat ödəniş; RSK5761790 nömrəli, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 20 manat ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı TV LED GR 40 VLE 6735 markalı televizora görə 24 ay ödəniş cədvəli üzrə hər ay 49 manat olmaqla, cəmi 1225 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı VC BEKO markalı tozsorana görə 24 ay ödəniş cədvəli üzrə hər ay 14 manat olmaqla, cəmi 336 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı NB ACER A315-53G-34D markalı notcbooka görə 24 ay ödəniş cədvəli üzrə hər ay 48 manat olmaqla, cəmi 1,152 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2023-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh 30 may 2019-cu il tarixli; RSK5761364 nömrəli, 28 oktyabr 2019-cu il tarixli və RSK5761790 nömrəli, 27 dekabr 2019-cu il tarixli nisiyə alğı - satqı müqavilələrinə əsasən xx.xx.2023-cü il tarixə olan qalıq borcu müvafiq olaraq RSK5722033 nömrəli müqavilə üzrə 822 manat əsas, 246 manat dəbbə pulu; RSK5761364 nömrəli müqavilə üzrə 273 manat əsas, 82 manat dəbbə pulu; RSK5761790 nömrəli müqavilə üzrə 1132 manat əsas, 339 manat dəbbə pulu və 49 manat tərəfindən ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2943 manat, 00 qəpikdir. İşdə olan pretenziyadan görünür ki, Cavabdeh müqavilə üzrə borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 49 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, xx.xx.2019-cu il tarixli, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə əsas borc 822 manat təşkil etdiyi halda, 246 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 30 manata qədər, xx.xx.2019-cu il tarixli, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə əsas borc 273 manat təşkil etdiyi halda, 82 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 20 manata qədər və xx.xx.2019-cu il tarixli, hissə-hissə ödənişlə alqı-satqı müqaviləsi üzrə əsas borc 1132 manat təşkil etdiyi halda, 339 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 50 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 49 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh RSK5722033 nömrəli, 30 may 2019-cu il tarixli müqavilə üzrə 822 manat əsas, 30 manat dəbbə pulu; RSK5761364 nömrəli, 28 oktyabr 2019-cu il tarixli müqavilə üzrə 273 manat əsas, 20 manat dəbbə pulu: RSK5761790 nömrəli, 27 dekabr 2019-cu il tarixli müqavilə üzrə 1132 manat əsas, 50 manat dəbbə pulu olmaqla cəmi 2327 manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 49 manat məbləğdə pul vəsaiti tutulub, İddiaçı ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə (elektron qaydada) apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-2511/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2511/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver