Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-256/2025 23.05.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Xudaveridyev Elşad Mütəllim oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya verilməklə yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 8000 (səkkiz min) manat məbləğində kompensasiya verilməklə onun xüsusi mülkiyyətində olan Quba rayon Qəçrəş kəndində yerləşən evdən istifadə hüquqlarına xitam verilməli və cavabdehə məxsus əşyalar evdən çıxarılması və əşyaların yerləşdirildiyi otaq boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh 05 oktyabr 1994-cü ildə onun oğlu X10 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş, aralarındakı nikah Quba rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Cavabdeh ilə oğlu X5 toy mərasimi Quba rayonu, Qəçrəş kəndində baş tutsa da, onun eləcə də oğlunun daimi yaşayış yeri Bakı şəhəri olduğundan, toydan bir neçə gün sonra daimi yaşamaq üçün Bakı şəhərinə köçmüşdür. Özünə məxsus bütün əşyaları da Bakı şəhərində yaşadığı evdə olmuşdur. 1994-cü ildən 1998-ci ilədək birgə Bakı şəhərində yaşasa da, 1999-ci ildə özlərinə məxsus evi və əşyaları sataraq, daimi yaşamaq üçün Niderland Krallığına getmişlər. 1999cu ildən hal-hazırkı vaxtadək cavabdeh Ərəbova X4 Krallığında yaşayır. İldə bir dəfə yalnız tətil vaxtında bir neçə gün müddətində 30 gündən artıq olmamaq şərti ilə Azərbaycan Respublikasına gəlir. Cavabdeh oğlu X10 ilə birgə nikahından olan uşaqları Niderland Krallığında oxuyur, orada işləyir və onların daimi yaşama üçün Azərbaycan Respublikasına qayıtmaq ehtimalı belə yoxdur. Birgə nikahlarından olan uşaqları X11 da Niderland Krallığında doğulmuş və Niderland Krallığının vətəndaşıdır. Heç vaxt Azərbaycan Respublikasının vətəndaşı olmamış və heç vaxt Azərbaycan Respublikasında yaşamamışdır. 20 ilə yaxın müddətdə birgə yaşadıqdan sonra Cavabdeh ilə oğlu X6 münasibətləri pozulmuş, hər ikisinin nümayəndəsinin iştirakı ilə Quba rayon Məhkəməsində boşanma prosesi keçirilmişdir. Bundan sonra, cavabdeh Ərəbova (Əlirzayeva) Humay Osmanpaşa qızı guya Azərbaycanda yaşamaq üçün yaşayış yerinin olmamasını, azyaşlı qızı ilə guya aciz vəziyyətdə qaldığından, keçmiş qaynatası olan onun atasından miras qalmış Quba rayon Qəçrəş kəndində yerləşən yaşayış üçün yararsız olan evə köçürülməsi barədə iddia tələbi ilə Quba rayon Məhkəməsinə müraciət etmişdir. Lakin cavabdeh Əlirzayeva (Ərəbova) Humay Osmanpaşa qızı 1999-cu ildən hal-hazrıkı vaxtadək daimi olaraq Niderland Krallığında yaşayır və orada oğlu tərəfindən ona 5 otaqlı, hər bir əşya ilə təmin edilmiş ev vermiş və hal-hazırda cavabdeh həmin evdə yaşayır. Quba rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli 2(027)-3681/2017 saylı qətnaməsi ilə iddiaçı X2 cavabdehlər İddiaçı və X7 qarşı evə köçürmə, istifadə hüququnun tanınması tələbinə dair iddiası rədd edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Quba rayon Məhkəməsinin 11 dekabr 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X2 cavabdehlər İddiaçı və X7 qarşı evə köçürmə, istifadə hüququnun tanınması tələbinə dair iddiası qismən təmin edilərək, iddia Quba rayon Qəçrəş kəndində yerləşən İddiaçı məxsus evdən istifadə hüququ tanınmaqla onun azyaşlı qızı X11 ilə birlikdə həmin evə köçürülməsi hissəsində təmin edilmiş, qalan hissədə iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(102)-6742/2018 saylı qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilmədən, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04 iyun 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 22 oktyabr 2018-ci il tarixli 2(102)-6742/2018 saylı qərarı qanuni qüvvəsini almış və icraya yönəldilmişdir. Quba rayon İcra və Probasiya Şöbəsinin icra məmurları ümumiyyətlə Azərbaycanda yaşamayan, ildə bir neçə gün istirahət məqsədi ilə Azərbaycan Respublikasına gələn cavabdehin bir neçə əşyasını ona məxsus evin bir otağına yerləşdirməklə, sanki X2 azyaşlı qızı X11 ilə birlikdə ona məxsus Quba rayon Qəçrəş kəndində yerləşən evə köçürülməsini təmin etmişlər. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, məhkəmə qətnaməsi ilə köçürülməsi təmin edilmiş X3 ildə bir dəfə sadəcə 10-15 gün olmaqla istirahət məqsədi ilə Azərbaycan Respublikasına gəlir və ümumiyyətlə bir gün olsa belə, ona məxsus evin bir otağında yaşamamışdır. Həmin evin fotoşəkillərini də məhkəməyə təqdim edərək, evin yaşamaq üçün yararsız vəziyyətdə olmasını məhkəmənin diqqətinə çatdırmaq istəyir. Ev onun atası tərəfindən 1935-ci ildə inşa edildiyindən, evdə nə mətbəx, nə sanitar qovşaq yoxdur. Evin birinci mərtəbəsi onun atasının sağlığında heyvan saxlamaq üçün tövlə kimi istifadə edilmiş, hal-hazırda qəzalı vəziyyətdədir. Evin çöl divarlarında da çatlar yaranmış, evin çökmə təhlükəsi vardır. İş materiallarına əlavə edilmiş vəsiqələrdən və Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyi tərəfindən təqdim edilmiş arayışlardan görünür ki, X1 Krallığının vətəndaşıdır. Cavabdeh isə əvvəllər xaricdə daimi yaşayan azərbaycanlı statusuna malik olsa da, 2023-cü ildən Niderland Krallığının vətəndaşıdır. O, xx.xx.1941-ci il təvəllüdlü olmaqla, Azərbaycan Respublikasında, özünə məxsus Quba rayon Qəçrəş kəndində yerləşən mübahisələndirilən evdə yaşayır. Yaşadığı ev atasından miras qalmış ev olduğundan, hal-hazırda yararsız vəziyyətə düşmüşdür. Yaşayış üçün normal şəraiti belə yoxdur. Cavabdehin bir neçə əşyasının ona məxsus evin bir otağına yerləşdirərək, qapısını bağlı saxlaması səbəbindən, mülkiyyətində olan evdə təmir-tikinti işləri apara bilmir. Evin birinci mərtəbəsinin dayaqları olan konstruksiyalar çürümüş və evin 2-ci mərtəbəsinin çökmə təhlükəsi vardır. Lakin o, mülkiyyətində olan evi sökərək yenidən inşa etdirə, və ya təmir tikinti işləri apara bilmir. Cavabdehin bir neçə əşyasının yerləşdirildiyi otağın qapısı məhkəmə qətnaməsi icra olunduğu vaxtdan bağlıdır. Onun isə həmin otağa daxil olaraq orada təmir işləri apara bilmir. Otaq illərlə təxminən 6-7 ildir qapısı və pəncərəsi bağlı qaldığından, siçan yuvasına çevrilmişdir. Bunun isə nəticəsində mənim mülkiyyət hüquqları pozulur. Xüsusi mülkiyyətində olan evdən istədiyi kimi istifadə edə və barəsində sərəncam verə bilmir. Cavabdeh Quba rayon Qəçrəş kəndində yerləşən ona məxsus evdən isifadə hüququna 8000 ( səkkiz min) manat kompensasiya verilməklə xitam verilməsi və özü isə Azərbaycan Respublikasında yaşamadığından, ona məxsus əşyaların evdən çıxarılma hissəsi üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan formalaşdırdığı hüquqi mövqe mövcuddur. Belə ki, formalaşmış bu hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiyasının 29cu maddəsində nəzərdə tutulmuş mülkiyyətçinin əmlakı barəsində sərəncam vermək hüququna təminat verməklə yanaşı onun real olaraq həyata keçirilməsi imkanına daşərait yaratmışdır. Bununla yanaşı, Cavabdeh onun ailə üzvü olmadığından, cavabdehə təklif etdiyim 8000 (səkkiz min) məbləğində kompensasiya məhkəmə tərəfindən ədalətli və ağlabatan hesab edilməlidir. Çünki bu məbləğ Cavabdeh mülkiyyətçinin hesabına davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd oluna hüquq normasının tələblərinə əsasən iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, Cavabdeh 10000 (on min) manat məbləğində kompensasiya verilməklə onun xüsusi mülkiyyətində olan Quba rayon Qəçrəş kəndində yerləşən evdən istifadə hüquqlarına xitam verilməli və cavabdehə məxsus əşyalar evdən çıxarılması və əşyaların yerləşdirildiyi otaq boşaldılaraq ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi qismində vəkili Vəkil3 məhkəmə iclasında təklif olunan kompensasiya məbləğlə razılaşmadıqlarını, həmin evin dəyərinin dəfələrlə çox olduğunu və evin dəyərinə uyğun kompensasiya təklif edilmədiyini bildirmiş, vəsatətlə müraciət edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iş üzrə təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında təklif olunan təklif olunan kompensasiya məbləğilə razılaşmadığını və evin dəyərinə uyğun gəlmədiyini bildirmişdir. Məhkəmə iclaslarınin vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası МPМ-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş matariallarını tədqiq edərək, sübutlara məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********36-10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. İş materiallarında olan “X14 və Ekspertiza Mərkəzi” MMC-nin xx.xx.2024-cü il tarixli, 188 saylı rəyindən görünür ki, Quba rayonu, Qəçrəş kəndi ərazisində yerləşən tədqiqata təqdim olunmuş köhnə tikilinin bir otağında 2024-cü il ərzində otağının və eyni şəraitli bir otaqlı fərdi yaşayış evinin kirayə haqqı təqribən 150 ( yüz əlli) manat təşkil edir. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin tikinti-texniki ekspertizasının 10/1424-9/1376 saylı, 29 aprel 2025-ci il tarixli rəyindən görünür ki, Quba rayonu, Qəçrəş kəndində yerləşən, İddiaçı mülkiyyətində olan fərdi yaşayış evinin yerləşdiyi ərazilərdə həmin fərdi yaşayış evinə analoji olan hər hansı fərdi yaşayış evinin satışına dair məlumat olmadığına görə tədqiq olunan fərdi yaşayış evinin bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Quba rayonu, Qəçreş kəndində yerləşən, bir otaqlı evə analoji olan hər hansı bir otaqlı evin kirayəsinə dair məlumat olmadığına görə Quba rayonu, Qəçreş kəndində bir otaqlı evin kirayə haqqının bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. İş materiallarından görünür ki, Cavabdeh övladları olan – xx.xx.1994-cü il təvəllüdlü X8, xx.xx.1996-cı il təvəllüdlü X9 və xx.xx.2003-cü il təvəllüdlü X1 Krallığı vətəndaşıdır. İş materiallarında olan audio-videoya baxış keçirilən zaman müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi yaşayış evi təmirsiz vəziyyətdədir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2019-cu il qeydiyyat tarixli, **********36- 10301 reyestr nömrəli çıxarışa əsasən, Quba rayonu, Qəçrəş kəndində yerləşən 0,08 ha yaşayış məntəqələrinə aid torpaq sahəsində yerləşən fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir. Məhkəmənin qətnaməsilə İddiaçı mülkiyyətində olan Quba rayonu, Qəçrəş kəndində yerləşən fərdi evinə Cavabdeh xx.xx.1996-cı il təvəllüdlü X9 və xx.xx.2003-cü il təvəllüdlü X11 ilə birlikdə köçürülmələri qət olunmuşdur. Lakin, iş materiallarından da göründüyü kimi cavabdeh və övladları xaricdə yaşayırlar və mübahisə predmetini təşkil edən evə təmirsiz vəziyyətdədir. Ona görə də, iddiaçı məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan Quba rayon Qəçrəş kəndində yerləşən evdən 10000 manat kompensasiya ödəməklə cavabdehlərin çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı Avropa İnsan Hüquqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinə görə hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə huququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn umumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcələsinin 123cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarına əsasən ... yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin yaşayış sahəsindən istifadə qaydası, o cümlədən belə istifadəyə xitam verilməsi Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsində müəyyən olunmamışdır. Nəticədə həmin məsələlərlə bağlı mülkiyyətçi ilə bu şəxslər arasında münasibətlər tənzimlənməmış və hər iki tərəfin hüquqları üçün qeyri-müəyyənlik yaranmışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsində yaşayış sahəsindən istifadə etmək hüququna xitam verilməsi ilə bağlı kompensasiyanın verilməsi nəzərdə tutulmadığı halda, Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna - xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin mümkünlüyünün təsbit edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Belə ki, Mənzil Məcəlləsinin müddəalarından fərqli olaraq Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı sürətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Həmin maddə qeyri-müəyyən olsa da, yaşayış sahəsindən istifadə etmək hüququna kompensasiya verilməklə xitam verilməsi mülkiyyətçinin könüllü iradəsi əsasında mümkündür. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır. Məhkəmə iddia tələbi ilə bağlı hesab edir ki, bu hissədə iddianın təmin edilməsinin mümkünlüyü təklif edilən kompensasiyanın məbləğinin adekvatlığının müəyyən edilməsindən asılıdır. Belə ki, məhkəmə hesab edir ki, kompensasiyanın məbləği mülkiyyətçinin malik olduğu mənzilin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Təklif olunan məbləğin yetərli olub-olmamasının qiymətləndirilməsi isə kompensasiya ödəniləcək şəxsin həmin məbləğlə konkret hansı müddət ərzində əvvəlki yaşayış şəraitinə uyğun olan mənzillə təmin edilə biləcəyinin dəqiqləşdirilməsini tələb edir. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı qismində çıxış edən mülkiyyətçi tərəfindən cavabdehlərə təklif olunan kompensasiya məbləği ağlabatan və ədalətlidir. Belə ki, məhkəmə hesab edir ki, iddiaçı mülkiyyətində olan evdən istifadə edə bilmir. İstifadə hüququna xitam verilərkən elə bir müddət müəyyən edilməlidir ki, istifadə hüququna xitam verilən şəxsin bu müddət ərzində özünü əvvəlki mənzilə xas olan şəraitə uyğun yaşayış sahəsi ilə təmin edə bilməsi üçün mülkiyyətçi tərəfindən təklif edilən kompensasiya məbləği yetərli olsun. Məhkəmə hesab edir ki, indiki halda iddiaçı tərəfindən təklif edilən kompensasiya məbləği məhz müddət baxımından uzun müddət, davamlı olaraq oxşar şəraitli mənzillə təmin edilməsi üçün yetərli hesab edilə bilər. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılmaya dair iddia tələbi əsasli olmaqla təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh İddiaçı məxsus Quba rayonu, Qəçrəş kəndində yerləşən evə olan istifadə hüququna 10000 (on min) manat konpensasiya ödənilməklə xitam verilsin və Cavabdeh məxsus əşyalar evdən çıxarılsın və əşyaların yerləşdirildiyi otaq boşaldılaraq İddiaçı Osmanpaşa oğluna təhvil verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-256/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-256/2025
23.05.2025 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver