Məhkəmə qərarları › İş №e-2(027)-2715/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2715/2025

10.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2715/2025 10.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı «ABC Telecom” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddiası üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı «ABC Telecom” MMC Cavabdeh qarşı pul tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, 6 ƏDƏD STUL - KAPRİZ, STAR - KUNC DİVAN, 7 ƏDƏD ZƏMANƏT + 3 İL XİDMƏTİ üçün 1987 (min doqquz yüz səksən yeddi) manat ödənilməmiş hissə, 198,70 (yüz doxsan səkkiz manat, 70 qəpik) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, SAXLAMA QABİ - BH, YATAK ÖRTÜSÜ + NEVRESİM TAKİMİ - SAHRA, SÜFRƏ - RİKKO, 2 ƏDƏD HAVLU SETİ - TEKSTİL- SG, 2 ƏDƏD ÇAY DƏSMALİ - TEKSTİL - SG, 2 ƏDƏD SCHAFER ELEGANCE ORTBOY ŞAMDAN üçün 540,45 (beş yüz qırx manat, qəpik ) manat ödənilməmiş hissə, 54,05 (əlli dörd manat, 05 qəpik) manat cərimə, ümumilikdə 2780,20 manat borc 47,81 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «ABC Telecom” MMC məhkəməyə ərizə göndərərək, Cavabdeh borc öhdəliyini yerinə yetirdiyini, ona görə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri, dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, iddiaçı «ABC Telecom” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, «ABC Telecom” MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 47,81 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən «ABC Telecom” MMC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114,1.5, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı «ABC Telecom” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. «ABC Telecom” MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 47,81 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən «ABC Telecom” MMC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar