Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2718/2022 16.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Məmmədov İlqar Aslan oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC kiçik iddialara dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Asus kompüter” İmei kodu SDMPF80E0Q16Q iPad Air markalı tablet, Router TP-Link üçün 3944 (üç min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 394 (üç yüz doxsan dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən İmei kodu SDMPD55GFLM93 iPad Mini markalı tablet, Apple AirPods Pro, Mikrodalğalı soba SAMSUNG, X2 Slim üçün, 334 (üç yüz otuz dörd) manat 70 qəpik ödənilməmiş hissə, 33 (otuz) manat, 30 qəpik cərimə; xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən Çaynik Philips, Üz qırxan Wahl, Trimmer Braun üçün 40 (qırx) manat 40 qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 60 qəpik cərimə; ümumilikdə 4751 (dörd min yeddi yüz əlli bir) manat borc və 67 (altımış yeddi) manat 51 qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC ərizəsini onunla əsaslandırmışdır ki, "ABC TELECOM” MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020, xx.xx.2020 və xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Asus kompüter” İmei kodu SDMPF80E0Q16Q iPad Air, İmei kodu SDMPD55GFLM93 iPad Mini markalı tablet, Apple AirPods Pro, Mikrodalğalı soba SAMSUNG, X2 Slim, Çaynik Philips, Üz qırxan Wahl, Trimmer Braun almışdır. Lakin cavabdeh müqavilələrin şərtlərini pozmuş, üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək hər üç müqavilə üzrə ümumilikdə 4751(dörd min yeddi yüz əlli bir) manat borc və 67 (altımış yeddi) manat 51 qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 22436793 saylı müqaviləyə əsasən “Asus kompüter” İmei kodu SDMPF80E0Q16Q iPad Air markalı tablet, Router TP-Link; xx.xx.2020-ci il tarixli, 21212031 saylı müqaviləyə əsasən İmei kodu SDMPD55GFLM93 iPad Mini markalı tablet, Apple AirPods Pro, Mikrodalğalı soba SAMSUNG, X2 Slim; xx.xx.2020-ci il tarixli, 22140436 saylı müqaviləyə əsasən Çaynik Philips, Üz qırxan Wahl, Trimmer Braun almışdır. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh "xxxx" MMC-nə xx.xx.2021ci il tarixli, 22436793 saylı müqavilə üzrə 3944 (üç min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 394 (üç yüz doxsan dörd) manat cərimə; xx.xx.2020-ci il tarixli, 21212031 saylı müqavilə üzrə 334 (üç yüz otuz dörd) manat 70 qəpik ödənilməmiş hissə, 33 (otuz) manat, 30 qəpik cərimə; xx.xx.2020-ci il tarixli, 22140436 saylı müqavilə üzrə 40 (qırx) manat 40 qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 60 qəpik cərimə; ümumilikdə 4751(dörd min yeddi yüz əlli bir) manat məbləğində borcu yaranmışdır; İşdə olan xx.xx.2022-ci il tarixli xəbərdarlığdan görünür ki, Cavabdeh tərəfindən MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli, ********* nömrəli mədaxil qəbzdən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 67 (altımış yeddi) manat 51 qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İşdə olan MAPS arayışdan görünür ki, Cavabdeh Quba Quba rayonu, Səbətlər kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 67 (altımış yeddi) manat 51 qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, q ə t e t d i: Kiçik mübahisələrə dair iddia ərizəsi qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli, 22436793 saylı müqavilə 3944 (üç min doqquz yüz qırx dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə, xx.xx.2020-ci il tarixli, 21212031 saylı müqavilə üzrə 334 (üç yüz otuz dörd) manat 70 qəpik ödənilməmiş hissə, 3 (üç) manat, 30 qəpik cərimə,xx.xx.2020-ci il tarixli, 22140436 saylı müqavilə üzrə 40 (qırx) manat 40 qəpik ödənilməmiş hissə, 0.60 qəpik cərimə, ümumilikdə 4343 (dörd min üç yüz qırx üç) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 67 (altımış yeddi) manat 51 qəpik məbləğdə pul vəsaiti tutulub "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1(bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2718/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2718/2022
16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver