Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2762/2025 14.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, Cavabdeh X8 iştirakı ilə, İddiaçı cavabdeh X9 qarşı “Qaz xəttinin mühafizə zolağında tikilmiş fərdi yaşayış evinin sökülməsinə” dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: I. İşin mahiyyəti: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh X14 oglu tərəfindən qaz xəttinin mühafizə zolagında qanunsuz olaraq tikilmiş fərdi yaşayış evinin sökülməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180-cı maddəsində göstərir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya lazımı icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili qurgu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.3-cü maddəsinə əsasən tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və saglamlıgı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Həmin məcəllənin 180.4-cü maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımı icazələr alınmadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış bina və qurgular müvafiq icra hakimiyyəti organlarının və ya maraqlı tərəfin müraciəti əsasında sökülə bilər. İddiaçı Quba X20 tərəfindən cavabdehə qanunsuz inşa olunmuş evin sökülməsi ilə baglı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, ev bu günə kimi sökülməmişdir. Azərbaycan Respublikası TM-nin 111-ci maddəsinə əsasən, göstərilən ərazidə cavabdehin hüquqları özbaşına tutdugu (zəbt etdiyi) və faktik istifadəsində olan torpaq sahəsinə,qüvvədə olan qanunvericiliklə müəyyən edilmiş qaydada tanınabilməz. Habelə cavabdehin mühafizə edilən təhlükəsizlik zonasında torpaq sahəsinin özünküləşdirilməsinə dair bagladıgı hər hansı əqd həmin məcəllənin 109-cu maddəsinə uygun olaraq etibarsızdır, eləcə də, həmin məcəllənin 110-cu maddəsinə əsasən torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət daşıyır. Cavabdehin mühafizə edilən təhlükəsizlik zonasında inşa etdiyi qanunsuz tikili həm özünün, həm də, ətrafdakılar üçün ona məlum olan səbəblərdən (özünün kobud ehtiyatsızlıgı nəticəsində) yüksək təhlükə mənbəyi hesab olunmaqla, həm özü tərəfindən həm də digərləri tərəfindən ala bilinən zərərlərə görə, məsuliyyət Azərbaycan Respublikası MM-nin 1108-ci maddəcinə əsasən, təqsirli şəxs kimi özünün üzərinə düşür. II. Tərəflərin mövqeləri: İş üzrə İddiaçı İB məhkəməyə ərizə göndərərək, iş yükünün çoxluğu ilə əlaqədar olaraq həmin prosesdə iştirak edə bilməyəcəyini bildirmiş, buna görə də məhkəmə prosesinin iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdeh X1 baş vermiş fövqəladə hal ilə bağlı sakinlərin Güləzi kəndinə köçürüldüyünü, torpağın ayrılması və evin tikintisinin müvafiq dövlət qurumları tərəfindən həyata keçirildiyini, qaz borusunun evinin yaxınlığından keçdiyini ilk dəfə özü aşkarlayıb müvafiq qurumlara xəbər verdiyini, borunun yerinin dəyişdirilməsi üçün dəfələrlə məlumat verməsinə baxmayaraq hər hansı tədbir görülmədiyini bildirmiş, iddianın rədd edilməsini xahiş etmişdir. İİİ. İşin faktiki halları: İş materiallarında olan: xx.xx.2025-ci il tarixdə tərtib edilmiş və Quba XS-si QDX-nin rəisi, böyük mühəndisi, ustası tərəfindən imzalanmış Akta əsasən cavabdehin yazdığı yazılı müraciətə əsasən ünvana baxış keçirilmiş , evin Susayqışlaq kəndini təbii qazla təmin edən D-200 mm-lik PE orta təzyiqli qaz kəməri üzərində yerləşdiyi məlum olmuşdur. Təqdim edilmiş fotoşəkillərdən və Quba rayonu Güləzi kəndində cavabdehə məxsus fərdi yaşayış evinin altından keçən D/200mm-lik orta təzyiqli polietilen qaz kəmərinin mühafizə zonasında tikilən hissəsinin sxeminə əsasən Susayqışlaq kəndini təbii qazla təmin edən D-200 mm-lik PE orta təzyiqli qaz kəməri cavabdehin evinin yaxınlığından keçir. Quba rayonu Güləzi bələdiyyəsinin xx.xx.2017-ci il tarixli Protokolundan çıxarışa və ona əlavə olunmuş layihəyə əsasən X9 yaşadığı kənd torpaq sürüşmə zonasında yerləşdiyini, evin yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq ona Yeni Güləzi kəndində yaşayış məntəqələrinə bitişik kəndin perspektiv inkişafı sahəsindən fərdi yaşayış evinin tikilməsi üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. Xaçmaz RQİİ-nin Quba rayonu üzrə rəis müavinin Quba Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinə Qaz xəttinin yerinin dəyişdirilməsi barədə müraciətinə cavab olaraq bildirmişdir ki, həmin qaz xətti 2012-ci ildə X9 məxsus fərdi yaşayış evinin tikintisindən əvvəl quraşdırılmışdır. Qeyd olunan qaz xəttinin yerinin dəyişdirilməsi işləri İddiaçı İB-nin razılığı ilə vətəndaşın öz vəsaiti hesabına xüsusi icazəsi olan tikinti təşkilatı tərəfindən həyata keçirilməlidir. FHN DYNX-nin X19 Yanğın Nəzarəti İdarəsinin X9 yazdığı məktubda müraciət olunan məsələ ilə bağlı FHN Tikintidə Təhlukəsizliyə X4 X7 səlahiyyətləri çərçivəsində olduğu bildirilmişdir. FHN Tikintidə Təhlukəsizliyə Nəzarət Dövlət X2 ünvanladığı məktubda evinin qəzalı vəziyyətdə olduğu üçün 2019-cu il tarixdə Quba rayon İcra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsində 2 otaqlı fərdi yaşayış evinin tikilib təhvil verildiyi, digər məsələnin onun səlahiyyətində olmadığını bildirmişdir. Quba rayon İcra hakimiyyətinin FHN X17 Görülməsi və X22 Dövlət Agentliyinə ünvanladığı məktubda qaz kəmərinin kənarlaşdırılması üçün İcra hakimiyyəti tərəfindən X21 İstismarı idarəsinə məktub ünvanlandığı bildirilmişdir. Quba rayon İcra hakimiyyətinin X21 İstismarı İdarəsinə ünvanladığı məktubda X8 qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətinə baxılıb ərizəçiyə məlumat verilməsi xahiş olunmuşdur. Quba rayon İcra hakimiyyətinin Azəriqaz İB X21 İstismar İdarəsinə ünvanladığı məktubda bildirilmişdir ki, FHN tərəfindən vətəndaşa dövlət vəsaiti hesabına rayonun Aşağı Atuc (Yeni Güləzi yaşayış massivi) kəndinin ərazisində 2 otaqlı yaşayış evi tikilərək təhvil verilmiş, və o ailəsi ilə birlikdə həmin evə köçürülmüşdür. Sonradan məlum olmuşdur ki, yaşayış evinin altından PY 200 mm-lik qaz xətti keçir. Bu hal orada yaşayan şəxslərin təhlükəsizliyinə ciddi təhdid yaradır. Məktubda yer altı qaz xəttinin təhlükəsiz əraziyə köçürülməsinə göstəriş verilməsi xahiş olunmuşdur. Quba rayon Güləzi bələdiyyəsinin xx.xx.2017-ci il tarixli arayışına əsasən Yeni Güləzi kəndinə dair çəkilmiş layihə sənədlərinə əsasən kəndin giriş hissəsi boş ehtiyat sahə kimi göstərilmişdir. İddiaçı İB X9 ünvanladığı məktubuna əsasən 2017-ci il tarixdə FHN onlarla razılaşdırmadan qaz xəttinin mühafizə zonasında fərdi yaşayış evi inşa etmişdir. Qaz xəttinin yerdəyişməsi vətəndaşın öz vəsaiti hesabına həyata keçirilməlidir, heç bir güzəşt nəzərdə tutulmur. İV.Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə ərizəni nəzərdən keçirib, sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, X9 Quba rayonu Güləzi bələdiyyəsinin xx.xx.2017-ci il tarixli Protokolundan çıxarışa və ona əlavə olunmuş layihəyə əsasən X9 yaşadığı kənd torpaq sürüşmə zonasında yerləşdiyindən evin yararsız vəziyyətə düşdüyünü nəzərə alaraq ona Yeni Güləzi kəndində fərdi yaşayış evinin tikilməsi üçün 0.08 ha həyətyanı torpaq sahəsi ayrılmışdır. FHN tərəfindən vətəndaşa dövlət vəsaiti hesabına rayonun Yeni Güləzi kəndinin ərazisində 2 otaqlı yaşayış evi tikilərək təhvil verilmiş, və o ailəsi ilə birlikdə həmin evə köçürülmüşdür. Sonradan cavabdeh orada müəyyən təsərrüfat şləri aparkən məlum olmuşdur ki, yaşayış evinin altından PY 200 mm-lik qaz xətti keçir. Bununla əlaqədar müvafiq səlahiyyətli qurumlara məktublar ünvanlamışdır. İşin bütün hallarından görünür ki, torpaq sahəsnin ayrılması və üzərində fərdi yaşayış evinin tikintiki dövlət orqanları tərəfində həyata keçirilmişdir. Vətndaşın burada özbaşına tikinti aparması və ya hər hasnı təhlükəsizlik qaydalarını pozması ilə bağlı hər hansı fakt yoxdu, bununla bağlı hər hansı mübahisədə yoxdur. Digər tərəfdən həmin qaz xətti X11 tərəfindən aşkarlanmış və müvafiq qurumlara məlumat verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Məhkəmə hesab edir ki, iddia əsassızdır, təmin edilməməlidir. X3 müvafiq təhlükənin qaldığını nəzərə alıb qaz kəmərinin yerinin dəyişdirilməsi ilə bağlı müvafiq qurumlara müraciət etmək hüququ izah edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 119.1-ci maddəsinin tələbinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia rədd edilsin. Dövlət rüsümü iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-2762/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2762/2025
14.01.2026 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver