Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2771/2022 22.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 172,30 (yüz yetmiş iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 17,70 (on yeddi manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22 (iyirmi iki) manat ödənilməmiş hissə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 639,60 (altı yüz otuz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 63,40 (altmş üç manat qırx qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36,70 (otuz altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,30 (üç manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 1568 (bir min beş yüz altmış səkkiz) manat borcun və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 35,68 (otuz beş manat altmış səkkiz qəpik) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, tarixli müqavilələrinə əsasən, cavabdeh “XİAOMİ Mİ LED TV”, “LENOVO” çanta, “JBL” qulaqlıq, “HP” markalı kompüter, “TRUST MOUSЕ”, “SAMSUNG GALAXY A12” markalı telefon və “PANASONİC” qulaqlıq, “XİAOMİ Mİ” markalı kompüter, “AİWA” TV və televizor asqısı almış və nəticədə 1568 (min beş yüz altmış səkkiz) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 508,80 (beş yüz səkkiz manat səksən qəpik) manat (12 ay x 42,40 manat + 0 manat ilkin ödəniş) olan “SAMSUNG GALAXY A12” markalı telefon və “PANASONİC” qulaqlıq üçün 172,30 (yüz yetmiş iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 17,70 (on yeddi manat yetmiş qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1185,60 (min yüz səksən beş manat altmış qəpik) manat (24 ay x 9,40 manat + 0 manat ilkin ödəniş) olan “AİWA” TV və televizor asqısı üçün 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1351,20 (min üç yüz əlli bir manat iyirmi qəpik) manat (24 ay x 56,30 manat + 0 manat ilkin ödəniş) olan “XİAOMİ Mİ LED TV” üçün 639,60 (altı yüz otuz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 63,40 (altmş üç manat qırx qəpik) cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 613 (altı yüz on üç) manat (12 ay x 108,30 manat + 90 manat ilkin ödəniş) olan “LENOVO” çanta, “JBL” qulaqlıq, “HP” markalı kompüter, “TRUST MOUSЕ” üçün 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 73,20 (yetmiş üç manat iyirmi qəpik) manat (12 ay x 6,10 manat + 0 manat ilkin ödəniş) olan “XİAOMİ Mİ COMPUTER” üçün 36,70 (otuz altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,30 (üç manat otuz qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə MMC arasında bağlanılmış müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulları tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30,19 (otuz manat on doqquz qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 12 ay müddətinə hər ay 42,40 (qırx iki manat qırx qəpik) manat ödəmək şərtilə 508,80 (beş yüz səkkiz manat səksən qəpik) manat dəyərində “SAMSUNG GALAXY A12” markalı telefon və “PANASONİC” qulaqlığı Cavabdeh satmışdır; xx.xx.2021-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 24 ay müddətinə hər ay 49,40 (qırx doqquz manat qırx qəpik) manat ödəmək şərtilə 1185,60 (min yüz səksən beş manat altmış qəpik) manat dəyərində “AİWA” TV və televizor asqısını Cavabdeh satmışdır; xx.xx.2021-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 24 ay müddətinə hər ay 56,30 (əlli altı manat otuz qəpik) manat ödəmək şərtilə 1351,20 (min üç yüz əlli bir manat iyirmi qəpik) manat dəyərində “XİAOMİ Mİ LED TV” markalı televizoru Cavabdeh satmışdır; xx.xx.2021-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 90 manat ilkin ödənişlə hər ay 108,30 (bir yüz səkkiz manat otuz qəpik) manat ödəmək şərtilə 613 (altı yüz on üç) manat dəyərində “LENOVO” çanta, “JBL” qulaqlıq, “HP” markalı kompüteri Cavabdeh satmışdır; xx.xx.2021-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 12 ay müddətinə hər ay 6,10 (altı manat on qəpik) ödəmək şərtilə 73,20 (yetmiş üç manat iyirmi qəpik) manat dəyərində “XİAOMİ Mİ COMPUTER”-i Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilələrin şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 172,30 (yüz yetmiş iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 17,70 (on yeddi manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 639,60 (altı yüz otuz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 63,40 (altmş üç manat qırx qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36,70 (otuz altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,30 (üç manat otuz qəpik) manat cərimə borcu hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 35,68 (otuz beş manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 35,68 (otuz beş manat altmış səkkiz qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 172,30 (yüz yetmiş iki manat otuz qəpik) manat ödənilməmiş hissə, 17,70 (on yeddi manat yetmiş qəpik) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 22 (iyirmi iki) manat ödənilməmiş hissə, 0 (sıfır) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 639,60 (altı yüz otuz doqquz manat altmış qəpik) manat ödənilməmiş hissə, 63,40 (altmş üç manat qırx qəpik) cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 558 (beş yüz əlli səkkiz) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 36,70 (otuz altı manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 3,30 (üç manat otuz qəpik) manat cərimə olmaqla, cəmi 1568 (bir min beş yüz altmış səkkiz) manat borc və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 35,68 (otuz beş manat altmış səkkiz qəpik) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2771/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2771/2022
22.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver