Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2792/2022 27.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2021-ci il tarixli müqavilə üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 186 (bir yüz səksən altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə olmaqla, cəmi 454 (dörd yüz əlli dörd) manat borcun və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pulun iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, sonuncu 27 (iyirmi yeddi) manat ilkin ödənişlə 18 ay müddətinə hər ay 17 (on yeddi) manat ödəmək şərtilə 333 (üç yüz otuz üç) manat dəyərində “BOSCH” markalı tozsoran, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 39 (otuz doqquz) manat ilkin ödənişlə 12 ay müddətinə 37,40 (otuz yeddi manat qırx qəpik) manat ödəmək şərtilə 487,80 (dörd yüz səksən yeddi manat səksən qəpik) manat dəyərində “SAMSUNG GALAXY A21S” markalı telefon almışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə hər iki müqavilə üzrə 454 (dörd yüz əlli dörd) manat borcu yaranmışdır. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 186 (bir yüz səksən altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 406,80 manat təşkil edir. Cavabdehlə MMC arasında bağlanılmış müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehə məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, sonuncu müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30,19 (otuz manat on doqquz qəpik) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-ci il tarixli 22405546 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC 27 (iyirmi yeddi) manat ilkin ödənişlə 18 ay müddətinə hər ay 17 (on yeddi) manat ödəmək şərtilə 333 (üç yüz otuz üç) manat dəyərində “BOSCH” markalı tozsoranı Cavabdeh satmışdır; xx.xx.2021-ci il tarixli 23088973 nömrəli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" 39 (otuz doqquz) manat ilkin ödənişlə 12 ay müddətinə 37,40 (otuz yeddi manat qırx qəpik) manat ödəmək şərtilə 487,80 (dörd yüz səksən yeddi manat səksən qəpik) manat dəyərində “SAMSUNG GALAXY A21S” markalı telefonu Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilələrin şərtlərini pozduğuna görə müqavilələrin ödəniş cədvəli üzrə xx.xx.2021-ci il tarixli müqavilə üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 186 (bir yüz səksən altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə olmaqla, cəmi 454 (dörd yüz əlli dörd) manat borc borc hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 22 (iyirmi iki) manat cərimə, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 186 (bir yüz səksən altı) manat ödənilməmiş hissə, güzəşt olunaraq 18 (on səkkiz) manat cərimə olmaqla, cəmi 454 (dörd yüz əlli dörd) manat borc və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMCnin xeyrinə tutulsun. Qətnamə, qətnamə rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2792/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2792/2022
27.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver