Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2814/2022 30.12.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Samir Əlibala oğlunun sədrliyi, məhkəmə iclas katibi Muradov Əli Şakir oğlunun katibliyi ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 359,90 (üç yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 53,90 (əlli üç manat doxsan qəpik) manat cərimə olmaqla cəmi 413,80 (dörd yüz on üç manat səksən qəpik) manat, xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 325,60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 48,80 (qırx səkkiz manat səksən qəpik) manat cərimə olmaqla, cəmi 374,40 (üç yüz yetmiş dörd manat qırx qəpik) manat borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "SAMSUNG" markalı mobil telefona və “PANASONİC” markalı təraş alətinə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 52 (əlli iki) manat olmaqla, cəmi 619,90 (altı yüz on doqquz manat doxsan qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı “SAMSUNG" markalı mobil telefona “OMTHİNG" markalı elektron qol saatına və 1 ədəd aksesuara görə 18 ay ödəniş cədvəli üzrə 48 (qırx səkkiz) manat olmaqla, cəmi 853,60 (səkkiz yüz əlli üç manat altmış qəpik) manat, ümumilikdə iki müqavilə üzrə 1473,50 (bir min dörd yüz yetmiş üç manat əlli qəpik) manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 30 (otuz) manat ödəniş etmiş, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 28 (iyirmi səkkiz) manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 685,50 (altı yüz səksən beş manat əlli qəpik) manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən yayınmışdır. Nisyə alqı-satqı müqaviləsinin 1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1 % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və aıcı tərəfindən satıcıya ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1027 (bir min iyirmi yeddi) manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 1027 (bir min iyirmi yeddi) manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmiş və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 102,70 (bir yüz manat yetmiş qəpik) manat İddiaçı MMC-yə ödənilməlidir. Cavabdeh xx.xx.2022-ci il tarixədək İddiaçı MMC-nə olan borcu xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavibsinə əsasən, 359,90 (üç yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 53,90 (əlli üç manat doxsan qəpik) manat cərimə olmaqla cəmi 413,80 (dörd yüz on üç manat səksən qəpik) manat, xx.xx.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 325,60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 48,80 (qırx səkkiz manat səksən qəpik) manat cərimə olmaqla, cəmi 374,40 (üç yüz yetmiş dörd manat qırx qəpik) manat, ümumilikdə iki müqavilə üzrə olan 685,50 (altı yüz səksən beş manat əlli qəpik) manat əsas, 102,70 (bir yüz manat yetmiş qəpik) manat cərimə, cəmi 788,20 (yeddi yüz səksən səkkiz manat iyirmi qəpik) manat təşkil etmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumi dəyəri 679,98 (altı yüz yetmiş doqquz manat doxsan səkkiz qəpik) manat dəyərində olan bir ədəd "SAMSUNG" markalı mobil telefon və bir ədəd “PANASONİC” markalı təraş aləti satılmışdır. Cavabdeh malın dəyərini 12 ay müddətinə hər ay 52 (əlli iki) manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsindən və müqaviləyə əlavələrdən görünür ki, "xxxx" MMC tərəfindən Cavabdeh ümumi dəyəri 853,60 (səkkiz yüz əlli üç manat altmış qəpik) manat dəyərində olan bir ədəd “SAMSUNG" markalı mobil telefon, bir ədəd “OMTHİNG" markalı elektron qol saatı və bir ədəd “SAMSUNG" markalı aksesuar satılmışdır. Cavabdeh malın dəyərini 18 ay müddətinə hər ay 48 (qırx səkkiz) manat ödəməyi öhdəsinə götürmüşdür; maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 359,90 (üç yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 53,90 (əlli üç manat doxsan qəpik) manat cərimə, xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 325,60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 48,80 (qırx səkkiz manat səksən qəpik) manat cərimə borcu qalmışdır; iddia ərizəsinin əsaslandırma hissəsindən göründüyü kimi, müqavilə üzrə faiz borcu 1027 (bir min iyirmi yeddi) manat təşkil etsə də, MMC tərəfindən Cavabdeh güzəşt olunaraq, cərimə məbləğinin 10%-i, yəni 102,70 (bir yüz manat yetmiş qəpik) manat ödənilməlidir; xəbərdarlıq məktubundan görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı mobil telefonun dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, məhkəmə hesab edir ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 359,90 (üç yüz əlli doqquz manat doxsan qəpik) manat əsas, 53,90 (əlli üç manat doxsan qəpik) manat cərimə olmaqla cəmi 413,80 (dörd yüz on üç manat səksən qəpik) manat, xx.xx.2021-i il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsi üzrə 325,60 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 48,80 (qırx səkkiz manat səksən qəpik) manat cərimə olmaqla, cəmi 374,40 (üç yüz yetmiş dörd manat qırx qəpik) manat, ümumilikdə iki müqavilə üzrə olan 685,50 (altı yüz səksən beş manat əlli qəpik) manat əsas, 102,70 (bir yüz manat yetmiş qəpik) manat cərimə, cəmi 788,20 (yeddi yüz səksən səkkiz manat iyirmi qəpik) manat borc və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30 (otuz) manat məbləğində pul Cavabdeh iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov
Məhkəmə qərarları › İş №e-2(027)-2814/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2814/2022
30.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver