Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2883/2025 05.12.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddiası üzrə mülki işə baxaraq, m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ KODU **********02312 İPHONE 13 markalı telefon, APPLE ADAPTER, PAKET APPLE XİDMƏTİ, QİZİL ZƏMANƏT ULTRA 2 İL XİDMƏT üçün 1151,02 (min yüz əlli bir manat, 02 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsum 23.60 (iyirmi üç manat, 60 qəpik) manat, 115,10 (yüz on beş manat, 10 qəpik) manat cərimə, ümumilikdə 1289,72 manat borc və 32,90 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə göndərərək, Cavabdeh "xxxx" MMC-nin xeyrinə pul məbləğinin tutulması ilə bağlı iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, qaytarılır. Ona görə də hesab edirəm ki, iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Həmçinin, "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 32,90 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən "xxxx" MMC-yə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 114,1.5, 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, q ə r a r a a l d ı m: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. "xxxx" MMC tərəfindən xx.xx.2025-ci il tarixli, ********** №-li qəbzə əsasən ödənilmiş 32,90 manat dövlət rüsumu mülki iş üzrə ərizə baxılmamış saxlanıldığından dövlət büdcəsindən "xxxx" MMC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova
Məhkəmə qərarları › İş №e-2(027)-2883/2025
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2883/2025
05.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver