Məhkəmə qərarları › İş №e-2(027)-2937/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-2937/2025

22.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-2937/2025 22.10.2025 QUBA RAYON MƏHKƏMƏSİ Xəlilova Nigar Nemət qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh19 sentyabr 2024-cü il tarixli AZL-4115 saylı “Daxili lizinq” müqaviləsinə əsasən lizinq obyektindən müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 avqust 2025-ci il tarixə ödənilməmiş 704.21 manat gecikdirilmiş əsas, 895.89 manat gecikdirilmiş mükafat və həmin günə hesablanmış 425.56 manat dəbbə pulu, həmçinin lizinq obyekti olan “Chevrolet Cobalt” markalı, **-YB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpası üçün tələb edilən 6359.60 manat, ümumilikdə 8385.06 manat borc və ödənilmiş 103.85 manat dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutuması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası MPM) 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Hesab edirəm ki, ərizəyə məhkəmə aidiyyatı üzrə Quba Rayon Məhkəməsində baxılmalı olmadığından, geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Həmin Məcəllənin 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətlərinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. İş materiallarından görünür ki, İddiaçı MMC lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi barədə hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. “Elektron məhkəmə informasiya sistemi”ndən görünür ki, iş üzrə iddiaçı iş üzrə İddiaçı MMC hüquqi şəxs, cavabdeh tərəf isə vergi ödəyicisi olan fiziki şəxsdir. Ərizənin məzmunundan həmçinin görünür ki, tərəflər arasındakı mübahisə sahibkarlıq fəaliyyəti barədədir. MPM-in 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır.” Həmçinin tərəflər arasındakı mübahisənin xarakteri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlir və tərəflərin VOEN-ləri vardır. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 266- 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı MMC-nin Cavabdeh qarşı lizinq müqaviləsi üzrə borcun və lizinq obyektinə vurulmuş zərərin ödənilməsi tələbi barədə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər İddiaçı MMC-yə qaytarılsın. İddiaçı MMC-yə aidiyyatı üzrə kommersiya məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad iş üzrə ödənilmiş 103,85 manat məbləğində dövlət rüsumunun (qəbz: **********, ödənişin təyinatı: Quba Rayon Məhkəməsi) geri qaytarılması üçün əsasdır Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar