Məhkəmə qərarları › İş №e-2(027)-2985/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-2985/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-2985/2025 04.02.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, İMEİ Kod **********43664 İPHONE 13 üçün, 1228.97 (min iki yüz iyirmi səkkiz manat, 97 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, 122.90 (yüz iyirmi iki manat, 90 qəpik) manat dəbbə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 ZƏMANƏT + 2 İL xidməti üçün, 1214.57 (min iki yüz on dörd manat, 57 qəpik) manat ödənilməmiş hissə, 121.46 (yüz iyirmi bir manat 46 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 ZƏMANƏT + 2 İL xidməti üçün, 1084.4 (min səksən dörd manat, 40 qəpik) manat ödənilməmiş hissə, 108.44 (yüz səkkiz manat, 44 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, PLAYSTATİON 5 üçün, 1009.58 (min doqquz manat, 58 qəpik) manat ödənilməmiş hissə, 100.96 (yüz manat, 96 qəpik) manat dəbbə Ümumilikdə 5014.87 manat borc, 70.15 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" MMC tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, İMEİ Kod **********43664 İPHONE 13, PLAYSTATİON 5 ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5, ZƏMANƏT + 2 İL xidməti, PLAYSTATİON 5 almış və nəticədə 5014.87 (beş min on dörd manat 87 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1779.92 (min yeddi yüz yetmiş doqquz manat, 92 qəpik) manat (18 ay x 70.56 manat + 509.84 manat ilkin ödəniş) olan İMEİ Kod **********43664 İPHONE 13 üçün ümumilikdə, 1375.47 (min üç yüz yetmiş beş manat, 47 qəpik) manat olmaqla ondan, 1228.97 (min iki yüz iyirmi səkkiz manat, 97 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 122.90 (yüz iyirmi iki manat, 90 qəpik) manat dəbbə. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1780.42 (min yeddi yüz səksən manat, 42 qəpik) manat (18 ay x 71.69 manat + 490 manat ilkin ödəniş) olan PLAYSTATİON 5 ZƏMANƏT + 2 İL xidmətiüçün ümumilikdə, 1336.03 (min üç yüz otuz altı manat 3 qəpik) manat olmaqla ondan, 1214.57 (min iki yüz on dörd manat, 57 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 121.46 (yüz iyirmi bir manat 46 qəpik) manat dəbbə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1411.36 (min dörd yüz on bir manat, 36 qəpik) manat (12 ay x 109.28 manat + 100 manat ilkin ödəniş) olan PLAYSTATİON 5, ZƏMANƏT + 2 İL xidmətüiçün ümumilikdə, 1192.84(min yüz doxsan iki manat, 84 qəpik) manat olmaqla ondan, 1084.4 (min səksən dörd manat, 40 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 108.44 (yüz səkkiz manat, 44 qəpik) manat dəbbə; xx.xx.2024 -cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1609.44 (min altı yüz doqquz manat, 44 qəpik) (18 ay x 67.36 manat + 396.96 manat ilkin ödəniş) olan PLAYSTATİON 5üçün ümumilikdə, 1110.54 (min yüz on manat, 54 qəpik) manat olmaqla ondan, 1009.58 (min doqquz manat, 58 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 100.96 (yüz manat, 96 qəpik) manat dəbbə miqdarında dəbbə pulu borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2043.62 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-ci il, xx.xx.2024-ci il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir Tələbinin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər; tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslimaktı və ödəniş cədvəlindən ibarətdir. Müştəri “Müqavilə”-nn şərt(lər)ini pozduğu, pul öhdəliyini lazımı qaydada icra etmədiyi hal(lar)da “ABC” “mal”-ın istifadəsini mümkünsüz edə, o cümlədən cihazın İMEİ kodunun deaktiv olunması üsulu ilə əşyanın Azərbaycan Respublikasının rabitə şəbəkələrində istifadəsinə məhdudiyyəti tədbiq edə, məhdudiyyətin aradan qaldırılması üçün müqavilənin 3.5-ci bəndinə əsasən İnnovativ Layihələr Mərkəzinə ödənilən rüsumu tələb edə bilər. “Müştəri”nin adının riskli müştəri siyahısına salınmasını təmin edə, habelə adının rislki müştəri siyahısında olduğuna dair digər satıcılara məlumat ötürə bilər. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Ödəniş cədvəlinin 3-cü bəndinə əsasən, Ödəniş edilən zaman hesablanmış penya aşkarlanırsa, Müştərinin ödədiyi məbləğin 50%-nə qədər hissəsi penya ödənilməsnminə yönəldilə bilər. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirərək, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Ona görə də məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən hazırki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə, iş materiallarını araşdırıb, işdəki sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13729459 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı İMEİ Kod **********43664 İPHONE 13 markalı telefon üçün 509,84 manat ilkin ödəniş olmaqla, 18 ay ödəniş cədvəli üzrə hər ay 70,56 manat olmaqla, cəmi 1779,92 manat ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 09351933 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Playstation 5 Zəmanət+2 il xidməti üçün 490 manat ilkin ödəniş olmaqla, 18 ay ödəniş cədvəli üzrə hər ay 71,69 manat olmaqla, cəmi 1780,42 manat ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 03118679 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Playstation 5 Zəmanət+2 il xidməti üçün 100 manat ilkin ödəniş olmaqla, 12 ay ödəniş cədvəli üzrə hər ay 109,28 manat olmaqla, cəmi 1411,36 manat ödəməyi öhdəsinə götürmüşdür; "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 02139206 saylı müqavilədən və ödəniş cədvəlindən görünür ki, Cavabdeh aldığı Playstation 5 üçün 396,96 manat ilkin ödəniş olmaqla, 18 ay ödəniş cədvəli üzrə hər ay 67,36 manat olmaqla, cəmi 1609,44 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC tərəfindən əşyanın tam dəyərini və gecikmə günlərinə müvafiq olaraq hesablanmış penya məbləğini qısa bir zamanda ödəməyi təklif olunmuş, əks təqdirdə qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq olunmuşdur. xx.xx.2025-ci il tarixli tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMCyə xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1228,97 manat ödənilməmiş hissə İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,6 manat və 122,90 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1214,57 manat ödənilməmiş hissə və 121,46 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1084,4 manat ödənilməmiş hissə və 108,44 manat cərimə; xx.xx.2024-cü il tarixli müqavilə üzrə 1009,58 manat ödənilməmiş hissə və 100,96 manat cərimə olmaqla ümumilikdə 5014,87 manat məbləğində borcu yaranmışdır. xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 70,15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın əsas borca hesablanmış xx.xx.2024-cü il tarixli müqavilə üzrə 122,90 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 5 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 121,46 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 5 manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 108,44 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 5 manat məbləğində və xx.xx.2024-cü il tarixli müqavilə üzrə 100,96 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 5 manat məbləğində müəyyən edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 70,15 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1228,97 manat əsas, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23,60 manat rüsum, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1214,57 manat əsas, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1084,40 manat əsas, 5 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli alqı-satqı müqaviləsi üzrə 1009,58 manat əsas, 5 manat cərimə borcu olmaqla cəmi 4581,12 manat borc və dövlət rüsumu üçün ödənilmiş 70,15 manat məbləğdə pul vəsaiti tutulub, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar