Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-3029/2024 26.12.2024 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədliyi, Hacəyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi qismində vəkili Nümayəndə, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-ə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh İB-ə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı CavabdehXaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 23 aprel 2024-cü il tarixli “0415165 ” nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş dəymiş ziyanın bərpasına dair 30 aprel 2024-cü il tarixli Tələbnamənin (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında **********04260 saylı abonent hesabına yazılmış 3240 (üç min iki yüz qırx) manat məbləğində borcun silinməsi və hüquqi yardıma görə ödədiyim 400 manat məbləğində pulun Cavabdehndən alınaraq verilməsi barədə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2024-cü il tarixində məhkəmə iclası zamanı müəyyən edilmişdi ki, 2(027)-3029/2024 saylı mülki işlə əlaqəli olan iddiaçı Cavabdeh İB-nin qızının cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddia ərizəsi üzrə 2(027)-2694/2024 saylı mülki iş icraatdadır. Tərəflər məhkəmə iclasında 2(027)-3029/2024 saylı mülki işin 2(027)-2694/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etməmişdir. Məhkəmə hesab edir ki, 2(027)-3029/2024 saylı mülki iş üzrə icraat 2(027)-2694/2024 saylı mülki iş üzrə icraatla birləşdirilməklə baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 43, 169.3, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı Cavabdeh İB-ə qarşı aktın etibarsız hesab edilməsi, qərarın ləğv edilməsi və borcun silinməsi tələbinə dair ərizəsi üzrə 2(027)-3029/2024 saylı mülki iş, iddiaçı Cavabdeh İB-nin qızının cavabdeh İddiaçı qarşı pul tələbinə dair 2(027)-2694/2024 saylı mülki işlə bir icraatda birləşdirilsin. Sədrlik edən: Aydın Babayev
Məhkəmə qərarları › İş №e-2(027)-3029/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-3029/2024
26.12.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver