Məhkəmə qərarları › İş №e-2(027)-3063/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-3063/2025

30.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-3063/2025 30.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Xəlilova Nigar Nemət qızı, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2025-ci il tarixinə yaranmış xx.xx.2024-cü il tarixli, № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 369,9 AZN əsas 110,9 AZN cərimə, cəmi 480,8 AZN borc, xx.xx.2024-cü il tarixli, № ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 1677,2 AZN əsas, 503,1 AZN cərimə, cəmi 2180,3 AZN borc, ümumilikdə iki müqavilə üzrə 2047,1 AZN əsas, 614 AZN cərimə, cəmi 2661,1 manat borcun və 46,61 AZN ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2024cü il tarixli, ********* saylı müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 747,90 AZN dəyərində «SAMSUNG” markalı mobil telefon və iki ədəd aksesuar əldə etmişdir. Cavabdeh həmin məbləği 18 ay müddətinə, hər ay 42 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi xx.xx.2025-ci il tarixdə 42 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqı-satqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 369,90 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 1109 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə 110,9 manat hesablanmışdır. xx.xx.2024-cü il tarixli, ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh 2327,20 AZN dəyərində “İphone” markalı mobil telefon və iki ədəd aksesuar əldə etmişdir. Cavabdeh həmin məbləği 18 ay müddətinə, hər ay 130 AZN ödəməyi öhdəsinə götürmüşdür. Cavabdehin son ödənişi xx.xx.2025-ci il tarixdə 130 manat olmuşdur. Cavabdeh müddətli (nisyə) alqısatqı müqaviləsinin şərtlərini pozması nəticəsində İddiaçı MMC qarşısında xx.xx.2024-cü il tarixli müqavilə üzrə ödənilməmiş əsas borc məbləği: 1677,20 AZN, gecikdirilmiş günlərə görə hesablanan cərimə məbləği: 5031 AZN təşkil edir. Tərəflərindən cərimə məbləğinə 90% güzəşt tətbiq edilərək, cavabdeh tərəfindən ödənilməli cərimə: 503,1 AZN hesablanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə görə işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “SAMSUNG” markalı mobil telefon və iki ədəd aksesuara görə 18 ay ödəniş cədvəli üzrə hər ay 42 manat, olmaqla, cəmi 747,90 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən cavabdeh aldığı “İphone” markalı mobil telefon və iki ədəd aksesuar görə 18 ay ödəniş cədvəli üzrə hər ay 130 manat, olmaqla, cəmi 2327,20 manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2025-ci il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 369,9 manat əsas, 110,9 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1677,2 manat əsas, 503,1 manat cərimə borcu yaranmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh tərəfindən banka olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması üçün 46,61 (qırx altı manat, altmış bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilənin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Hesab edirəm ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 369,9 manat təşkil etdiyi halda, 110,9 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər, xx.xx.2024-cü il tarixli müqavilə üzrə əsas borc 1677,2 manat təşkil etdiyi halda 503,1 manat məbləğində cərimənin hesablanması tənasübsüz surətdə yüksək olduğuna görə cərimə borcu 5 manata qədər azaldılmalıdır. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia qismən təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 46,61 (qırx altı manat, altmış bir qəpik) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, qət etdi: Kiçik iddiaya dair ərizə qismən təmin olunsun. Cavabdeh xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 369,9 AZN əsas, 5 AZN cərimə olmaqla, cəmi 374,9 manat borc; xx.xx.2024-cü il tarixli, ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 1677,2 AZN əsas, 5 AZN cərimə olmaqla, cəmi 1682,2 manat borc, ümumilikdə iki müqavilə üzrə cəmi 2057.10 AZN borc və 46,61 AZN ödənilmiş dövlət rüsumu tutulub, İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Xəlilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar