Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-3097/2025 06.03.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 13 ədəd ZƏMANƏT + 3 İl Xidməti, Alyans-Paris TV altı, BEREN-Jurnal masa, Puf, Alyans-Paris 2 qapılı Vitrin, Alyan-Paris Masa, Alyans-Paris Kamod, Alyans-Paris 1 qapılı Vitrin, 6 ədəd Stul üçün, 2977.61 (iki min doqquz yüz yetmiş yeddi manat, 61 qəpik) manat ödənilməmiş hissə, 297.76 (iki yüz doxsan yeddi manat, 76 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN üçün, 889.99 (səkkiz yüz səksən doqquz manat, 99 qəpik) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Paket XXL xidməti, İmei kod **********96992 OPPO A78, 2 ədəd vinil mat üçün, 473.77 (dörd yüz yetmiş üç manat, 77 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 47.38 (qırx yeddi manat, 38 qəpik) manat cərimə ümumilikdə 4799.11 manat borc, 68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmı0ş9.10.2023-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, 13 ədəd ZƏMANƏT + 3 İl xidməti, ALYANS-PARİS TV-ALTİ, BEREN - JURNAL MASA, PUF,ALYANS-PARİS 2 QAPİLİ VİTRİN? ALYANS-PARİS MASA, ALYANS-PARİS KAMOD, ALYANS-PARİS 1 QAPİLİ VİTRİN, 6 ədəd STUL, SOYUDUCUHOFFMANN, PALTARYUYAN HOFFMANN, PAKET XXL xidməti, İmei kod **********96992 OPPO A78, 2 ədəd VİNİL MalAmTış və nəticədə 4799.11 (dörd min yeddi yüz doxsan doqquz manat 11 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 3592.62 (üç min beş yüz doxsan iki manat 62 qəpik) manat (18 ay x 199.59 manat + 0 manat ilkin ödəniş) olan 13 ədəd ZƏMANƏT + 3 İl xidməti, ALYANS-PARİS TV-ALTİ, BEREN - JURNAL MASA, PUF,ALYANS-PARİS 2 QAPİLİ VİTRİN?ALYANS-PARİS MASA,ALYANS-PARİSKAMOD, ALYANS-PARİS 1 QAPİLİ VİTRİN, 6 ədəd STUüçLün ümumilikdə, 3275.37 (üç min iki yüz yetmiş beş manat 37 qəpik ) manat olmaqla ondan, 2977.61 (iki min doqquz yüz yetmiş yeddi manat 61 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 297.76 (iki yüz doxsan yeddi manat 76 qəpik) manat cərimə. xx.xx.2024-cü il, tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1411.2 (bir min dörd yüz on bir manat 20 qəpik) manat (18 ay x 78.4 manat + 0 manat ilkin ödəniş) olan SOYUDUCU HOFFMANN, PALTARYUYAN HOFFMANüçNün ümumilikdə, 978.99 (doqquz yüz yetmiş səkki zmanat 99 qəpik) manat olmaqla ondan, 889.99 (səkkiz yüz səksən doqquz manat 99 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 89 (səksən doqquz) manat cərimə; xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 788.86 (yeddi yüz səksən səkkiz manat 86 qəpik) manat (18 ay x 43.27 manat + 10 manat ilkin ödəniş) olan PAKET XXL xidməti, İmei kod **********96992 OPPO A78, 2 ədəd VİNİL MAüTçün ümumilikdə, 544.75 (beş yüz qırx dörd manat 75 qəpik) manat olmaqla ondan, 473.77 (dörd yüz yetmiş üç manat 77 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, müştəriyə güzəşt olunaraq 47.38 (qırx yeddi manat 38 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, 13 ədəd ZƏMANƏT + 3 İl Xidməti, Alyans-Paris TV altı, BEREN-Jurnal masa, Puf, Alyans-Paris 2 qapılı Vitrin, Alyan-Paris Masa, Alyans-Paris Kamod, Alyans-Paris 1 qapılı Vitrin, 6 ədəd Stul almışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN almışdır. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı MMC-dən dəyərini hissə-hissə ödəmək şərtilə, Paket XXL xidməti, İmei kod **********96992 OPPO A78, 2 ədəd vinil mat almışdır. - xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli tarixli təhvil-təslim aktına əsasən 13 ədəd ZƏMANƏT + 3 İl Xidməti, Alyans-Paris TV altı, BEREN-Jurnal masa, Puf, Alyans-Paris 2 qapılı Vitrin, Alyan-Paris Masa, Alyans-Paris Kamod, Alyans-Paris 1 qapılı Vitrin, 6 ədəd Stul, Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN, Paket XXL xidməti, İmei kod **********96992 OPPO A78, 2 ədəd vinil mat Cavabdeh təhvil verilmiş, sonuncu malları təhvil almasını öz imzası ilə təsdiq etmişdir. - xx.xx.2025-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh İddiaçı MMCyə xx.xx.2023-cü il tarixli müqavilə üzrə 2977.61 (iki min doqquz yüz yetmiş yeddi manat, 61 qəpik) manat ödənilməmiş hissə, 297.76 (iki yüz doxsan yeddi manat, 76 qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 889.99 (səkkiz yüz səksən doqquz manat, 99 qəpik) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat cərimə, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 473.77 (dörd yüz yetmiş üç manat, 77 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 47.38 (qırx yeddi manat, 38 qəpik) manat cərimə, ümumilikdə 4799.11 manat məbləğində borcu yaranmışdır. - xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzə əsasən iddia qaldırılması üçün 68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqavilənin predmetini cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olmaqla, təmin edilməlidir. AR Mülki Məcəlləsi dəbbə pulunu öhdəliyin icrasını təmin etmə üsullarından biri kimi təsbit edir (460.1-ci maddə). Dəbbə pulu tərəflərin iradə sərbəstliyi və müqavilə azadlığı prinsiplərinə söykənir. Bu prinsiplər çərçivəsində tərəflər dəbbə pulunun miqdarını azad şəkildə müəyyənləşdirə bilərlər (MM-in 462.3-cü maddəsi). Lakin müəyyənləşdirilən dəbbə pulu miqdarı bəzi hallarda borclunun iqtisadi vəziyyətinə, sahibkarlıq fəaliyyətinə mənfi yöndə təsir edəcək şəkildə tənasübsüz ola bilər. Bu halda, müqavilədəki tənasübsüz dəbbə pulu şərti borclu üçün yalnız məhdud şəkildə öhdəlik yarada bilər. Təsadüfi deyildir ki, MM-in 467-ci maddəsi məhkəməyə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azaltmaq səlahiyyəti vermişdir. Məhkəmə bu səlahiyyətini həyata keçirərkən kreditor və borclunun iqtisadi vəziyyətlərini, kreditorun mənafelərini, xüsusilə də çəkdiyi zərərin miqdarını, borclunun təqsirini, öhdəliyin pozulmasının ağırlığını, müqavilənin növünü və müddətini nəzərə alır. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddianın əsas borca hesablanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə 297.76 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 29.70 (iyirmi doqquz manat, 70 qəpik) manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 89 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 8.90 (səkkiz manat, 90 qəpik) manat məbləğində müəyyən edilməli, xx.xx.2024-cü il tarixli müqavilə üzrə 47.38 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 4.70 (dörd manat, 70 qəpik) manat məbləğində müəyyən edilməli və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalı, beləliklə də iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 68 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia qismən təmin olunsun. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 13 ədəd ZƏMANƏT + 3 İl Xidməti, Alyans- Paris TV altı, BEREN-Jurnal masa, Puf, Alyans-Paris 2 qapılı Vitrin, Alyan-Paris Masa, Alyans-Paris Kamod, Alyans-Paris 1 qapılı Vitrin, 6 ədəd Stul üçün, 2977.61 (iki min doqquz yüz yetmiş yeddi manat, 61 qəpik) manat ödənilməmiş hissə, 297.76 (iki yüz doxsan yeddi manat, 76 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Soyuducu HOFFMANN, Paltaryuyan HOFFMANN üçün, 889.99 (səkkiz yüz səksən doqquz manat, 99 qəpik) manat ödənilməmiş hissə, 89 (səksən doqquz) manat cərimə, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən, Paket XXL xidməti, İmei kod **********96992 OPPO A78, 2 ədəd vinil mat üçün, 473.77 (dörd yüz yetmiş üç manat, 77 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.60 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 47.38 (qırx yeddi manat, 38 qəpik) manat cərimə, ümumilikdə 4408.27 manat borc, 68 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı MMCnin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Günel Kamilli
Məhkəmə qərarları › İş №e-2(027)-3097/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-3097/2025
06.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver