Məhkəmə qərarları › İş №e-2(027)-3374/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-3374/2025

22.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-3374/2025 22.01.2026 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızı, Məhkəmə iclas katibi Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agenliyinin Cavabdeh qarşı “pul tələbi” iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agenliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkməyə müraciət edərək, "xxxx" ASC (sonradan “Aqroservis”) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2015-ci il tarixli “191- GL/15” nömrəlimüqavilənin ləğv edilməsi, Cavabdeh iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə xx.xx.2015-ci il tarixli “191-GL/15” nömrəli müqavilə üzrə 3 698 (üç min altı yüz doxsan səkkiz manat 00 qəpik) manat qalıq borc, 5 206,23 (beş min iki yüz altı manat 23 qəpik) manat cərimə borcu olmaqla, cəmi 8 904,23 (səkkiz min doqquz yüz dörd manat 23 qəpik) manat borcun və hüquqi yardım üçün ödənilmiş 576,28 manat (beş yüz yetmiş altı manat 28 qəpik) pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13 yanvar 2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının (ərizəçinin) vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı Azərbaycan Respublikası Kənd Təssərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agenliyi Cavabdeh qarşı “pul tələbi” iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Günel Kamilli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar