Məhkəmə qərarları › İş №e-2(027)-389/2024

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-389/2024

09.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-389/2024 09.02.2024 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********63719 SAMSUNG GALAXY A13 markalı telefon üçün 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, 72 (yetmiş iki) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PERFORATOR İSKRA üçün 141.89 (yüz qırx bir manat səksən doqquz qəp) manat ödənilməmiş hissə, 14.11 (on dörd manat on bir qəp) manat cərimə. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PERFORATOR İSKRAİE, DREL İSKRAİE üçün 55.37 (əlli beş manat otuz yeddi qəp) manat ödənilməmiş hissə, 5.63 (beş manat altmış üç qəp) manat cərimə ümumilikdə 1009 manat borc, 30.09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********63719 SAMSUNG GALAXYA13 markalı telefon, PERFORATOR İSKRA, PERFORATOR İSKRAİE, DREL İSKRAİE almış və nəticədə 1009 (min doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay 40 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********63719 SAMSUNG GALAXY A13 markalı telefon üçün ümumilikdə, 792 (yeddi yüz doxsan iki) manat olmaqla ondan, 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 72 (yetmiş iki) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 232.66 (iki yüz otuz iki manat altmış altı qəp) manat (18 ay x 11.87 manat + 19 manat ilkin ödəniş) PERFORATOR İSKRA üçün ümumilikdə, 156 (yüz əlli altı) manat olmaqla ondan, 141.89 (yüz qırx bir manat səksən doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14.11 (on dörd manat on bir qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304.2 (yüç yüz dörd manat iyirmi qəp) manat (18 ay x 16.9 manat + 0 manat ilkin ödəniş) PERFORATOR İSKRAİE, DREL İSKRAİE üçün ümumilikdə, 61 (altmış bir) manat olmaqla ondan, 55.37 (əlli beş manat otuz yeddi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.63 (beş manat altmış üç qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PERFORATOR İSKRA və ZƏMANƏT + 3 İL-dən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 213.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 35.23 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 213.6 manat, ümumilikdə, 248.83 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 90.77 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********63719 SAMSUNG GALAXYA13 markalı telefon, PERFORATOR İSKRA, PERFORATOR İSKRAİE, DREL İSKRAİE almış və nəticədə 1009 (min doqquz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 720 (yeddi yüz iyirmi) manat (18 ay 40 manat + 0 manat ilkin ödəniş) İMEİ KODU **********63719 SAMSUNG GALAXY A13 markalı telefon üçün ümumilikdə, 792 (yeddi yüz doxsan iki) manat olmaqla ondan, 720 (yeddi yüz iyirmi) manat ödənilməmiş hissə, güzəşt olunaraq 72 (yetmiş iki) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 232.66 (iki yüz otuz iki manat altmış altı qəp) manat (18 ay x 11.87 manat + 19 manat ilkin ödəniş) PERFORATOR İSKRA üçün ümumilikdə, 156 (yüz əlli altı) manat olmaqla ondan, 141.89 (yüz qırx bir manat səksən doqquz qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 14.11 (on dörd manat on bir qəp) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 304.2 (yüç yüz dörd manat iyirmi qəp) manat (18 ay x 16.9 manat + 0 manat ilkin ödəniş) PERFORATOR İSKRAİE, DREL İSKRAİE üçün ümumilikdə, 61 (altmış bir) manat olmaqla ondan, 55.37 (əlli beş manat otuz yeddi qəp) manat ödənilməmiş hissə, güzəşt olunaraq 5.63 (beş manat altmış üç qəp) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, PERFORATOR İSKRA və ZƏMANƏT + 3 İL-dən xx.xx.2022-ci il tarixində imtina etmiş və məhsul 213.6 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 35.23 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 213.6 manat, ümumilikdə, 248.83 manat təşkil edir. Digər müqavilələr üçün cəmi ödədiyi məbləğ 90.77 manat təşkil edir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2023-cü il tarixli müqavilə üzrə ödənilməmiş 792 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 156 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə ödənilməmiş 61 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh İMEİ KODU **********63719 SAMSUNG GALAXY A13 markalı telefon, PERFORATOR İSKRA və PERFORATOR İSKRAİE, DREL İSKRAİE almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2023-cü il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli müqavilələrinə əsasən İMEİ KODU **********63719 SAMSUNG GALAXY A13 markalı telefon, PERFORATOR İSKRA və PERFORATOR İSKRAİE, DREL İSKRAİE tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30,09 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası MM-nin 600.1-ci maddəsinə əsasən, Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, Əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən, Alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 437.1-437.2-ci maddəsinə əsasən Əgər müqavilənin predmeti fərdi-müəyyən əşyadırsa, kreditor başqa əşyanı, onun dəyəri daha yüksək olsa da, qəbul etməyə borclu deyildir. Əgər borclu fərdi-müəyyən əşyanı verməyə borcludursa, o, orta tipli və keyfiyyətli eyni əşyanı verməlidir. Əgər borclu həmin əşyanın verilməsi üçün zəruri olan özündən asılı hər şeyi etmişdirsə, borc öhdəliyi bu əşya ilə məhdudlaşır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «ABC Telecom” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2023-cü il tarixli müqavilə üzrə 720 manat, xx.xx.2022-ci il tarixli müqavilə üzrə 141,89 manat və xx.xx.2022-ci il tarixli müqavilə üzrə 55,37 manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 7 manat, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 3 manat və xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən 2 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30,09 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqavilə üzrə, İMEİ KODU **********63719 SAMSUNG GALAXY A13 markalı telefon üçün 720 manat əsas, 07 manat cərimə, xx.xx.2022-ci il tarixli müqavilə üzrə, PERFORATOR İSKRA üçün 141,89 manat əsas, 03 manat cərimə və xx.xx.2022-ci il tarixli müqavilə üzrə PERFORATOR İSKRAİE, DREL İSKRAİE üçün 55,37 manat əsas, 02 manat cərimə 30,09 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar