Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-445/2023 10.02.2023 QUBA RAYON MƏHKƏMƏSİ Mən hakim Həsənov Rahim Təşəkkül oğlu iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə baxaraq MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, ALYANS-PARİS, MARVİN, MİNSK markalı mebel əşyalar üçün 2827.6 (iki min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 282.4 (iki yüz səksən iki manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOFT markalı mebel əşyası üçün 408.2 (dörd yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 40.8 (qırx manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 2 ədəd matras üçün 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, Pakrval üçün 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 23.2 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TEKSTİL markalı dəsmal və bornozüçün ondan 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu olmaqla, ümumilikdə 4435 manat borc və 64.35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, ALYANS-PARİS, MARVİN, MİNSK markalı mebel əşyaları, SOFT markalı mebel əşyası, 2 ədəd matras, Pakrval, TEKSTİL markalı dəsmal və bornoz, almış və nəticədə 4435 (dörd min dörd yüz otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3996 (üç min doqquz yüz doxsan altı) manat (24 ay x 166.5 manat + 0 manat ilkin ödəniş) olan ALYANS-PARİS, MARVİN, MİNSK markalı mebel əşyaları üçün 3110 (üç min yüz on) manat olmaqla ondan, 2827.6 (iki min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 282.4 (iki yüz səksən iki manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 583.2 (beş yüz səksən üç manat iyirmi qəpik) manat (24 ay x 24.3 manat + 0 manat ilkin ödəniş) olan SOFT markalı mebel əşyası üçün 449 (dörd yüz qırx doqquz) manat olmaqla ondan 408.2 (dörd yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 40.8 (qırx manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 511.2 (beş yüz on bir manat iyirmi qəpik) manat (24 ay x 21.3 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd matras üçün 392 (üç yüz doxsan iki) manat olmaqla ondan 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 255 (iki yüz əlli beş) manat (18 ay x 21.4 manat + 0 manat ilkin ödəniş) olan, Pakrval üçün ümumilikdə 255 (iki yüz əlli beş) manat olmaqla ondan 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 23.2 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 316.98 (üç yüz on altı manat doxsan səkkiz qəpik) manat (18 ay x 17.61 manat + 0 manat ilkin ödəniş) olan TEKSTİL markalı dəsmal və bornozüçün 229 (iki yüz iyirmi doqquz) manat olmaqla ondan 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1758.98 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.1-284-5.3-cü maddələrinə əsasən Ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdeh iddia tələbi ilə bağlı rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq o, məhkəməyə tələbə etirazını əsaslandıracaq heç bir sübut təqdim etməmişdir. Hesab edirəm ki, aşağıda qeyd olunanlara əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 3996 (üç min doqquz yüz doxsan altı) manat (24 ay x 166.5 manat + 0 manat ilkin ödəniş) olan ALYANS-PARİS, MARVİN, MİNSK markalı mebel əşyaları üçün 3110 (üç min yüz on) manat olmaqla ondan, 2827.6 (iki min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 282.4 (iki yüz səksən iki manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğısatqı qiyməti 583.2 (beş yüz səksən üç manat iyirmi qəpik) manat (24 ay x 24.3 manat + 0 manat ilkin ödəniş) olan SOFT markalı mebel əşyası üçün 449 (dörd yüz qırx doqquz) manat olmaqla ondan 408.2 (dörd yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 40.8 (qırx manat səksən qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 511.2 (beş yüz on bir manat iyirmi qəpik) manat (24 ay x 21.3 manat + 0 manat ilkin ödəniş) olan 2 ədəd matras üçün 392 (üç yüz doxsan iki) manat olmaqla ondan 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 255 (iki yüz əlli beş) manat (18 ay x 21.4 manat + 0 manat ilkin ödəniş) olan, Pakrval üçün ümumilikdə 255 (iki yüz əlli beş) manat olmaqla ondan 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 23.2 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alğı-satqı qiyməti 316.98 (üç yüz on altı manat doxsan səkkiz qəpik) manat (18 ay x 17.61 manat + 0 manat ilkin ödəniş) olan TEKSTİL markalı dəsmal və bornozüçün 229 (iki yüz iyirmi doqquz) manat olmaqla ondan 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə miqdarında borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşin araşdırılan hallarından müəyyən olunur ki, iddiaçı tərəfin təqdim etdiyi xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən cavabdehin xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2827.6 (iki min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 282.4 (iki yüz səksən iki manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 408.2 (dörd yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 40.8 (qırx manat səksən qəpik) manat cərimə pulu, xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 35 (otuz beş) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 23.2 (iyirmi üç manat iyirmi qəpik) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu olmaqla, ümumilikdə ödənilməmiş 4435 manat borcu qalmışdır. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilələrdən görünür ki, Cavabdeh ALYANS-PARİS, MARVİN, MİNSK markalı mebel əşyaları almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ALYANS-PARİS, MARVİN, MİNSK markalı mebel əşyalar tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləsindən görünür ki, Cavabdeh SOFT markalı mebel əşyası almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən SOFT markalı mebel əşyasını tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh 2 ədəd matras almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqavilsinə əsasən 2 ədəd matrası tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh Pakrval almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Pakrval tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh TEKSTİL markalı dəsmal və bornoz almışdır. Ərizəyə əlavə olunmuş “Əşyaların təhvil-təslim Aktı”ndan görünür ki, Cavabdeh "xxxx" MMC ilə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən TEKSTİL markalı dəsmal və bornozu tam qüsursuz halda aldığını imzasıyla təsdiq etmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh müqavilə üzrə öhdəlikləri gecikdirməsi barədə xəbərdarlıq edilmiş, öhdəliyi yerinə yetirmədiyi təqdirdə aidiyyatı üzrə dövlət qurumuna müraciət olunacağı bildirilmişdir. Ərizəyə əlavə olunmuş xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 64,35 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəf iddia tələbinə dair etirazını əsaslandıracaq hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən öhdəliyin icra edilməməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 521). Alğısatqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir ( maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alğı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 376,4.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 437,6.2.1-437,6.2.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Müəyyən edilmişdir ki, cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı «ABC Telecom” MMC qarşısında borcu yaranmışdır. Mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edirəm ki, Cavabdeh üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 2827.6 (iki min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 408.2 (dörd yüz səkkiz manat iyirmi qəpik) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 357 (üç yüz əlli yeddi) manat, xx.xx.2021-ci il tarixli müqavilə üzrə 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat və xx.xx.2021-ci il tarixli müqavilə üzrə 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və məhkəmə borcluya hesablanmış cəriməni xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 20 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 4 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 3 manat, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən 2 manat, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 3 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, QƏT ETDİM: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən ALYANS-PARİS, MARVİN, MİNSK markalı mebel əşyalar üçün 2827.6 (iki min səkkiz yüz iyirmi yeddi manat altmış qəpik) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən SOFT markalı mebel əşyası üçün 408.2 (dörd yüz səkkiz manat iyirmi qəpik) manat ödənilməmiş hissə, 4 (dörd) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən 2 ədəd matras üçün 357 (üç yüz əlli yeddi) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən Pakrval üçün 231.8 (iki yüz otuz bir manat səksən qəpik) manat ödənilməmiş hissə, 2 (iki) manat cərimə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, TEKSTİL markalı dəsmal və bornozüçün ondan 209 (iki yüz doqquz) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə pulu və 64,35 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-445/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-445/2023
10.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver