Məhkəmə qərarları › İş №e-2(027)-503/2025

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-503/2025

21.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-503/2025 21.01.2025 QUBA RAYON MƏHKƏMƏSİ Mən, Quba Rayon Məhkəməsinin hakimi Məmmədov Samir Əlibala oğlu, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 794,52 manat ödənilməmiş hissə, 79,48 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 723,06 manat ödənilməmiş hissə, 72,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 647,28 manat ödənilməmiş hissə, 64,72 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 505,62 manat ödənilməmiş hissə, 50,38 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 271,08 manat ödənilməmiş hissə, 27,92 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 262,80 manat ödənilməmiş hissə, 26,20 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 183,96 manat ödənilməmiş hissə, 18,04 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 183,06 manat ödənilməmiş hissə, 18,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən 90 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, ümumilikdə 4194 manat borc və 61,94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəf ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-ci il tarixlərindəki müqavilələrə əsasən, İmei kod **********07249 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, PANASONİC markalı ətçəkən, BOSCH markalı çaynik, İmei kod **********11863 XİAOMİ REDMİ NOTE 13 markalı telefon, İmei kod **********30566 XİAOMİ REDMİ 12 markalı telefon, İmei kod **********33985 SAMSUNG GALAXY A05 markalı telefon, vinil şəffaf, İmei kod **********71582 XİAOMİ REDMİ 13C markalı telefon, 2 ədəd ROMOSS markalı powerbank, TTEC markalı powerbank, SCHAFER SOLİDE AHŞAP BİÇAK SETİ, URBANİSTA qulaqlıq almış və nəticədə 4194 manat borcu yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-ci il tarixli müqavilə üzrə 794,52 manat ödənilməmiş hissə, 79,48 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 723,06 manat ödənilməmiş hissə, 72,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 647,28 manat ödənilməmiş hissə, 64,72 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 505,62 manat ödənilməmiş hissə, 50,38 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 271,08 manat ödənilməmiş hissə, 27,92 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 262,80 manat ödənilməmiş hissə, 26,20 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 183,96 manat ödənilməmiş hissə, 18,04 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 183,06 manat ödənilməmiş hissə, 18,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 90 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, ümumilikdə 4194 manat borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 90 manat təşkil edir. Cavabdehlə MMC arasında bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il,xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktına əsasən cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə telefon danışığı, həmçinin göndərilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respubikası Mülki Prosessual Məcəlləsinin: 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-2-ci maddəsinə əsasən, kiçik iddialara dair işlərdə ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; 284-6.2-ci maddəsinə əsasən, məhkəmə qətnaməsindən bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada apellyasiya şikayəti verilə bilər. İş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: xx.xx.2024-ci il müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhviltəslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 44,14 manat ödəmək şərtilə 794,52 manat dəyərində XİAOMİ REDMİ NOTE 13 markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 40,17 manat ödəmək şərtilə 723,06 manat dəyərində PANASONİC markalı ətçəkən, BOSCH markalı çayniki Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 35,96 manat ödəmək şərtilə 647,28 manat dəyərində XİAOMİ REDMİ NOTE 13 markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 28,09 manat ödəmək şərtilə 505,62 manat dəyərində XİAOMİ REDMİ 12 markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 15,06 manat ödəmək şərtilə 299 manat dəyərində SAMSUNG GALAXYA05 markalı telefon, şəffaf vinili Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 14,60 manat ödəmək şərtilə 352,80 manat dəyərində XİAOMİ REDMİ 13C markalı telefonu Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 10,22 manat ödəmək şərtilə 183,96 manat dəyərində 2 ədəd ROMOSS markalı powerbankı Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 10,17 manat ödəmək şərtilə 183,06 manat dəyərində TTEC markalı powerbankı Cavabdeh satmışdır; xx.xx.2024-ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 12 ay müddətinə hər ay 12,50 manat ödəmək şərtilə 150 manat dəyərində SCHAFER SOLİDE AHŞAP bıçak seti Cavabdeh satmışdır; xx.xx.2024 -ci il tarixli müqavilədən, müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən və təhvil-təslim aktından görünür ki, "xxxx" MMC ilkin ödənişsiz 18 ay müddətinə hər ay 5 manat ödəmək şərtilə 90 manat dəyərində URBANİSTA qulaqlığı Cavabdeh satmışdır; maliyyə arayışından görünür ki, Cavabdeh ödənişləri gecikdirməsi ilə müqavilənin şərtlərini pozduğuna görə müqavilənin ödəniş cədvəli üzrə xx.xx.2024-ci il tarixli müqavilə üzrə 794,52 manat ödənilməmiş hissə, 79,48 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 723,06 manat ödənilməmiş hissə, 72,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 647,28 manat ödənilməmiş hissə, 64,72 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 505,62 manat ödənilməmiş hissə, 50,38 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 271,08 manat ödənilməmiş hissə, 27,92 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 262,80 manat ödənilməmiş hissə, 26,20 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 183,96 manat ödənilməmiş hissə, 18,04 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 183,06 manat ödənilməmiş hissə, 18,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 90 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, ümumilikdə 4194 manat borc hesablanmışdır; xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; mədaxil qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 61,94 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilələrin münasibətlərindən göründüyü kimi, tərəflər əşyaların nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqavilələrə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyların dəyərini hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; 600.5-ci maddəsinə əsasən, alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilməlidir. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 61,94 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2024-ci il tarixli müqavilə üzrə 794,52 manat ödənilməmiş hissə, 79,48 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 723,06 manat ödənilməmiş hissə, 72,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 647,28 manat ödənilməmiş hissə, 64,72 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 505,62 manat ödənilməmiş hissə, 50,38 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 271,08 manat ödənilməmiş hissə, 27,92 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 262,80 manat ödənilməmiş hissə, 26,20 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 183,96 manat ödənilməmiş hissə, 18,04 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 183,06 manat ödənilməmiş hissə, 18,94 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, xx.xx.2024-ci il tarixli müqavilə üzrə 90 manat ödənilməmiş hissə, 9 manat cərimə olmaqla, ümumilikdə 4194 manat məbləğində pul və dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi 61,94 manat Cavabdeh alınaraq "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Samir Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar