Məhkəmə qərarları › İş №e-2(027)-594/2023

Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-594/2023

07.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-594/2023 07.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsi hakimi Babayev Aydın Vahid oğlu İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında yazılı sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********28425 olan “Samsung Galaxy A52” markalı telefon üçün 725 (yeddi yüz iyirmi beş) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 72 (yetmiş iki) manat 60 (altımış) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Electric scooter” üçün 662 (altı yüz altımış iki) manat ödənilməmiş hissə, 66 (altımış altı) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********21537 olan “Samsung Galaxy A12” markalı telefon üçün 562 (beş yüz altımış iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 56 (əlli altı) manat 10 (on) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********52175 olan “Samsung Galaxy A12” markalı telefon üçün 437 (dörd yüz otuz yeddi) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Pike Takimi, 2 ədəd yastıq, yorğan” üçün 331 (üç yüz otuz bir) manat 60 (altımış) qəpik ödənilməmiş hissə, 33 (otuz üç) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********284065 olan “X2 9S” markalı telefon üçün 288 (iki yüz səksən səkkiz) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “X3 4Q” üçün 43 (qırx üç) manat 60 (altımış) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Aiva qulaqlıq” üçün 40 (qırx) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 20 (iyirmi) qəpik cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “X3 5” üçün 39 (otuz doqquz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 3 (üç) manat 30 (otuz) qəpik cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Headphones JBL” üçün 24 (iyirmi dörd) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 50 (əlli) qəpik cərimə; ümumilikdə 3469 (üç min dörd yüz altımış doqquz) manat borc və 54 (əlli dörd) manat 69 (altımış doqquz) qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********28425 olan “Samsung Galaxy A52” markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Electric scooter”, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********21537 olan “Samsung Galaxy A12” markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********52175 olan “Samsung Galaxy A12” markalı telefon, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Pike Takimi, 2 ədəd yastıq, yorğan”, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İmei kod **********284065 olan “X2 9S” markalı telefon,xx.xx.2021-ci il müqaviləyə əsasən “X3 4C”, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən “Aiva qulaqlıq”müqaviləyə əsasən “Aiva qulaqlıq”, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “X3 5”,xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən “Headphones JBL almışdır. Lakin cavabdeh müqavilələrin şərtini pozmuş, üzərinə düşən öhdəliyi icra etməmişdir. İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət etmək qərarına gələrək, ümumilikdə 3469 (üç min dörd yüz altımış doqquz) manat borc və 54 (əlli dörd) manat 69 (altımış doqquz) qəpik ödənilmiş dövlət rüsumu, Cavabdeh alınaraq "ABC TELECOM” MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinin tələblərinə uyğun olaraq, cavabdehə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini, habelə dəlillərini təsdiq edən sənədlərin təqdim olunması hüququnun izah edilməsi barədə bildiriş qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə əsasən, iddia ərizəsinə təqdim edilmiş sənədlər əsasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021-ci il tarixli 23208947 saylı müqaviləyə əsasən İmei kod **********28425 olan “Samsung Galaxy A52” markalı telefon, xx.xx.2021-ci il tarixli 24033262 saylı müqaviləyə əsasən “Electric scooter”, xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən İmei kod **********21537 olan “Samsung Galaxy A12” markalı telefon, xx.xx.2021-ci il tarixli ******* saylı müqaviləyə əsasən İmei kod **********52175 olan “Samsung Galaxy A12” markalı telefon, xx.xx.2021-ci il tarixli 03634 saylı müqaviləyə əsasən “Pike Takimi, 2 ədəd yastıq, yorğan”, xx.xx.2021-ci il tarixli 22267560 saylı müqaviləyə əsasən İmei kod **********284065 olan “X2 9S” markalı telefon, xx.xx.2021-ci il tarixli 23005160 saylı müqaviləyə əsasən “X3 4C”, xx.xx.2021-ci il tarixli ********* saylı müqaviləyə əsasən “Aiva qulaqlıq”, xx.xx.2020-ci il tarixli 21150210 saylı müqaviləyə əsasən “X3 5”, xx.xx.2020-ci il tarixli 20226205 saylı müqaviləyə əsasən “Headphones JBL almışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə və ödəniş cədvəlinə əsasən, Cavabdeh "xxxx" MMC-nə xx.xx.2021-ci il tarixli 23208947 saylı müqavilə üzrə 725 (yeddi yüz iyirmi beş) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 72 (yetmiş iki) manat 60 (altımış) qəpik cərimə; xx.xx.2021-ci il tarixli 24033262 saylı müqavilə üzrə 662 (altı yüz altımış iki) manat ödənilməmiş hissə, 66 (altımış altı) manat cərimə; xx.xx.2021-ci il tarixli ******* salı müqavilə üzrə 562 (beş yüz altımış iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 56 (əlli altı) manat 10 (on) qəpik cərimə; xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 437 (dörd yüz otuz yeddi) manat ödənilməmiş hissə, 43 (qırx üç) manat cərimə; xx.xx.2021-ci il tarixli 03634 saylı müqavilə üzrə 331 (üç yüz otuz bir) manat 60 (altımış) qəpik ödənilməmiş hissə, 33 (otuz üç) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli 22267560 saylı müqavilə üzrə 288 (iki yüz səksən səkkiz) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 28 (iyirmi səkkiz) manat 20 (iyirmi) qəpik cərimə; xx.xx.2021-ci il tarixli 23005160 saylı müqavilə üzrə 43 (qırx üç) manat 60 (altımış) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 40 (qırx) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 4 (dörd) manat 20 (iyirmi) qəpik cərimə; xx.xx.2020-ci il tarixli 21150210 saylı müqavilə üzrə 39 (otuz doqquz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 3 (üç) manat 30 (otuz) qəpik cərimə; xx.xx.2020-ci il tarixli 20226205 saylı müqavilə üzrə 24 (iyirmi dörd) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 50 (əlli) qəpik cərimə; ümumilikdə 3469 (üç min dörd yüz altımış doqquz) manat məbləğində borcu yaranmışdır; İş materiallarında olan xəbərdarlıq məktubunun surətindən göründüyü kimi, Cavabdeh tərəfindən MMC-yə olan borc ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir; İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli mədaxil qəbzdən göründüyü kimi, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 54 (əlli dörd) manat 69 (altımış doqquz) qəpik məbləğində dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan AZE ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətindən və MAPS arayışdan göründüyü kimi, Cavabdeh Quba rayonu, 1-ci Nügədi kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər Məhkəmədə tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər arasında alğı-satqı müqaviləsi bağlanılmış, iddiaçı cavabdehə malları satmağı, cavabdeh isə həmin malları almağı və onun dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı tərəflər arasında bağlanılmış müqaviləni predmeti qismində çıxş edən məhsulu cavabdehə təhvil vermiş, cavabdeh isə həmin malın dəyərini müqavilə ilə şərtləşdirilmiş müddətdə və qaydada hissə-hissə ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə üzrə ödənişləri vaxtlı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öz üzərinə götürdüyü öhdəlikləri icra etməmiş, nəticədə müqavilə üzrə iddiaçı qarşısında borc öhdəliyinə görə onun mülki hüquqi məsuliyyəti yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi borcun tutulması hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd olunan halları nəzərə alaraq, məhkəmə iddianın əsas borca hesablanmış 313.7 manat cərimə (dəbbə pulu) tələbi hissəsi ilə bağlı belə qənaətə gəlir ki, hesablanmış cərimə məbləği əsas borc məbləğinə mütənasib olmadığından azaldılmalı və 27.70 manat məbləğində müəyyən edilməli, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi cərimə borcunun tutulması hissəsində qismən təmin edilməlidir. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 54 (əlli dörd) manat 69 (altımış doqquz) qəpik dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284- 5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: İddia tələbləri qismən təmin olunsun. Cavabdeh xx.xx.2021-ci il tarixli 23208947 saylı müqavilə üzrə 725 (yeddi yüz iyirmi beş) manat 40 (qırx) qəpik ödənilməmiş hissə, 6 (altı) manat 60 (altımış) qəpik cərimə; xx.xx.2021-ci il tarixli 24033262 saylı müqavilə üzrə 662 (altı yüz altımış iki) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə; xx.xx.2021-ci il tarixli ******* salı müqavilə üzrə 562 (beş yüz altımış iki) manat 90 (doxsan) qəpik ödənilməmiş hissə, 5 (beş) manat 10 (on) qəpik cərimə; xx.xx.2021-ci il tarixli ******* saylı müqavilə üzrə 437 (dörd yüz otuz yeddi) manat ödənilməmiş hissə,3 (üç) manat cərimə; xx.xx.2021-ci il tarixli 03634 saylı müqavilə üzrə 331 (üç yüz otuz bir) manat 60 (altımış) qəpik ödənilməmiş hissə, 3 ( üç) manat 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli 22267560 saylı müqavilə üzrə 288 (iki yüz səksən səkkiz) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 2 (iki) manat 20 (iyirmi) qəpik cərimə; xx.xx.2021-ci il tarixli 23005160 saylı müqavilə üzrə 43 (qırx üç) manat 60 (altımış) qəpik ödənilməmiş hissə, 0, 40 (qırx) qəpik cərimə; xx.xx.2021-ci il tarixli ********* saylı müqavilə üzrə 40 (qırx) manat 80 (səksən) qəpik ödənilməmiş hissə, 1 (bir) manat 20 (iyirmi) qəpik cərimə; xx.xx.2020-ci il tarixli 21150210 saylı müqavilə üzrə 39 (otuz doqquz) manat 30 (otuz) qəpik ödənilməmiş hissə, 0, 30 (otuz) qəpik cərimə; xx.xx.2020-ci il tarixli 20226205 saylı müqavilə üzrə 24 (iyirmi dörd) manat 50 (əlli) qəpik ödənilməmiş hissə, 0. 50 (əlli) qəpik cərimə; ümumilikdə 3183 (üç min yüz səksən üç) manat məbləğində borc və dövlət rüsumu üçün ödənilmiş 54 (əlli dörd) manat 69 (altımış doqquz) qəpik tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbləri qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə (elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar