Məhkəmə qərarları › İş №e-2(027)-65/2025

Quba Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(027)-65/2025

19.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-65/2025 19.02.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Babayev Aydın Vahid oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyev Əmiraslan Arif oğlunun katibliyi, İddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı “Qaz İxrac” İdarəsinin Cavabdeh tərəfindən mühafizə zolağında qanunsuz olaraq tikilmiş tikilinin sökülməsinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “Qaz İxrac” İdarəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X2 istismarında olan «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Zərdabi qəsəbəsinin ərazisində yerləşən, Cavabdeh məxsus soyuducu anbarının öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən İddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Qeyd olunan hüquq normasının tələblərinə əsasən iddiaçı “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin həciminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X2 istismarında olan «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Alekseyevka kəndinin ərazisində yerləşən, Cavabdeh məxsus bir mərtəbəli olan soyuducu anbarın (tikilinin), həmçinin sözügedən soyuducu anbarın yerləşdiyi torpaq sahəsində magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasarın, transformator tikilisinin, bir mərtəbəli və üzərində mansard tikilisi olan fərdi yaşayış evinin, giriş hissədə kölgəlik tikilisinin və kürsülü evin öz vəsaiti hesabına sökülməsi, mühafizə zonasının boşaldılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçı tərəfə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri pozularaq Quba rayonu, Zərdabi qəsəbəsinin ərazisindən keçən “Qaz İxrac” İdarəsinin Siyəzən Magistral X2 balans və istismarında olan 377 mm diametrli «Quba QPS qolu» yeraltı magistral qaz kəmərinin mühafizə zonasında kəmərdən 5 (beş) metr məsafədə Cavabdeh məxsus soyuducu anbar inşa edilmişdir. Magistral qaz kəmərinin mühafizə zonasında inşa edilmiş tikili ilə əlaqədar Quba Rayon İcra Hakimiyyətinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə məlumat verilmiş və mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Məhkəmə iclasında “Qaz İxrac” İdarəsinin nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək və məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, cavabdeh məhkəmə iclaslarına gəlmədiyinə görə qiyabi icraat qaydasında qətnamə qəbul edilməklə iddia tələbinin təmin edilməsinə etiraz etməmişdir. Ərizə təqdim edərək ərizəyə əlavədə torpaq sahəsinin Alekseyevka kəndində yerləşməsinin qeyd edilməsinin texniki səhv olduğunu, torpaq sahəsinin , Zərdabi qəsəbəsində yerləşdiyini qeyd emişdir. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə iddiaçının işə qiyabi icraat qaydasında baxılmasına dair ərizəsini və cavabdehin lazımi qaydada xəbərdar edilmiş hesab olunmasına baxmayaraq, məhkəmə iclasına gəlməməsini nəzərə alaraq Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi qiyabi qətnamə əsasında təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Qaz İxrac” İdarəsi Siyəzən MQKS-nin xx.xx.2024-cü il tarixli aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın tələbləri və Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura komitəsinin xx.xx.2009-cu il tarixli, 17 saylı əmri ilə təsdiq edilmiş 2.9-2 Azərbaycan Respublikasının Dövlət Tikinti Normalarının tələbləri pozularaq Quba rayon Zərdabi kəndində yaşayan Cavabdeh tərəfindən 377 mm-lik 12 atm təzyiqli Quba QPS qol qaz kəmərinin mühafizə zonasında kəmərdən 5 metr məsafədə soyuducu anbar inşa olunmuşdur. İş üzrə təyin edilmiş və keçirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 08 iyul 2024-cü il tarixli 10/3272 saylı rəyindən görünür ki, iddiaçının nümayəndələri tərəfindən təqdim edilən hissədə yerləşən “Qaz İxrac” İdarəsi, 377 mm diametrli 12 atm təzyiqli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərindən daş hasara qədər 5.3 metr, transformator tikilisinə qədər 5.8 metr, bir mərtəbəli üzərində mansard tikilisi olan evə 11.3 metr, giriş hissədə olan kölgəlik tikilisinə qədər 6.74 mer, kürsülü evə qədər 4.86 metr, bir mərtəbəli soyuducu adlanan tikiliyə qədər isə 4.9 metr olduğunu nəzərə alınarsa, daş hasarın, transformator tikilisinin, bir mərtəbəli və üzərində mansard tikilisi olan evin, giriş hissəsində olan kölgəlik tikiliin kürsülü evin, bir mərtəbəli soyuducu adlanan tikilinin 377 mm diametrli 12 atm qəzyiqli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydalarına əsasən magistral qaz kəmərinin orta oxundan hər tərəfə şərti xətlərlə 50 metr mühafizə zonası təyin edilmişdir. Həmin qaydalara əsasən mühafizə zonasında kəməri istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı bir tikinti-qurasdırma islərinin aparılması qəti qadağandır. Qaz kəmərində baş verə biləcək kiçik bir qaz sızması insanların həyatına və sağlamlığına təhlükə yaradan yanğına, partlayışa və digər bədbəxt hadisələrə səbəb ola bilər. Həmin Qaydaların 2.23-cü bəndinin tələblərinə əsasən Magistral boru kəmərlərinin keçdiyi ərazilərdə hüquqi və fiziki şəxslərin (fərdi ev sahiblərinin) torpaq sahələri ayrılması haqqında ərizələrinə rayon və şəhər icra hakimiyyəti orqanları tərəfindən baxıldıqda, ayrılacaq torpaq sahəsi əvvəlcədən qaz kəmərlərini istismar edən orqanlarla (hüquqi şəxslərlə) razılaşdırılır. Eyni Qaydaların 2.7-ci bəndinə əsasən, boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilmişdir. Həmin qaydaların 2.11-ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işləri aparılması qadağandır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. “Texniki təhlükəsizlik haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 saylı qərarına əsasən magistral qaz kəmərləri neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükə obyektlər kateqoriyasına aid edilmişdir. Beləliklə, məhkəmə iclasında sübut edildi ki, iş üzrə Cavabdeh xx.xx.1999-cu il tarixli, 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”-nın müvafiq bəndlərində göstərilən normaları pozaraq, Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində “Qaz İxrac” İdarəsi Siyəzən Magistral X3 istismarında olan 377 mm diametrli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərindən 5 metr aralıda fərdi yaşayış evi və siyuducu anbar inşa etmiş, nəticədə həmin ev potensial təhlükə mənbəyinə çevrilmişdir. İş üzrə tyin edilmiş və keçirilmiş məhkəmə tkinti-texniki ekspertizasının 08 iyul 2024-cü il tarixli 10/3272 saylı yəri ilə iddiaçının nümayəndələri tərəfindən təqdim edilən hissədə yerləşən “Qaz İxrac” İdarəsi, 377 mm diametrli 12 atm təzyiqli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərindən daş hasara qədər 5.3 metr, transformator tikilisinə qədər 5.8 metr, bir mərtəbəli üzərində mansard tikilisi olan evə 11.3 metr, giriş hissədə olan kölgəlik tikilisinə qədər 6.74 mer, kürsülü evə qədər 4.86 metr, bir mərtəbəli soyuducu adlanan tikiliyə qədər isə 4.9 metr olduğunu nəzərə alınarsa, daş hasarın, transformator tikilisinin, bir mərtəbəli və üzərində mansard tikilisi olan evin, giriş hissəsində olan kölgəlik tikiliin kürsülü evin, bir mərtəbəli soyuducu adlanan tikilinin 377 mm diametrli 12 atm qəzyiqli “Quba QPS qolu” yüksək təzyiqli magistral qaz kəmərinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları”nın 2.7 bəndində göstərilən 50.0 m-lik mühafizə zonasına düşdüyü müəyyən edilmişdir. Odur ki, məhkəmə hazırki ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Göstərilənlərə əsasən məhkəmə məhkəmə belə qənaətə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməli, “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X2 istismarında olan «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən Cavabdeh məxsus bir mərtəbəli olan soyuducu anbar (tikili), soyuducu anbarın yerləşdiyi torpaq sahəsində magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar, transformator tikilisi, bir mərtəbəli və üzərində mansard tikilisi olan fərdi yaşayış evi, giriş hissədə kölgəlik tikilisi və kürsülü ev Cavabdeh öz vəsaiti hesabına sökülməli və mühafizə zonası boşaldılmalıdır. 150 (bir yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 xüsusi hesabına ödənilməlidir. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, q ə t e t d i: İddia təmin edilsin. “Qaz İxrac” İdarəsi, Siyəzən Magistral X2 istismarında olan «Quba QPS qolu» yüksək təzyiqli (12-25 atm) magistral qaz kəmərinin mühafizə zonasında, Quba rayonu, Zərdabi qəsəbəsi ərazisində yerləşən Cavabdeh məxsus bir mərtəbəli olan soyuducu anbar (tikili), soyuducu anbarın yerləşdiyi torpaq sahəsində magistral qaz kəmərinin mühafizə zonasında cavabdeh tərəfindən inşa edilmiş daş hasar, transformator tikilisi, bir mərtəbəli və üzərində mansard tikilisi olan fərdi yaşayış evi, giriş hissədə kölgəlik tikilisi və kürsülü ev Cavabdeh öz vəsaiti hesabına sökülsün və mühafizə zonası boşaldılsın. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilsin. 150 (yüz əlli) manat məbləğində ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinin X1 AZ34CTRE******************** №-li (VÖEN **********; KOD 210005; SFİFT BİK: CTREAZ22; müxbir hesab AZ41NABZ013601**********3944) xüsusi hesabına ödənilsin. Qiyabi qətnamədən rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə ilə müraciət edə bilər. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Quba rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aydın Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar