Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-667/2023 16.03.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlu, İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddiası üzrə mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİM: İddiaçı MMC Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair kiçik iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə bağlanmış BL141848 saylı xx.xx.2018-ci il tarixli, nisyə satış müqaviləsinə əsasən yaranmış 116,18 (yüz on altı manat, on səkkiz qəpik) manat əsas borc, 0,00 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 116,18 manat borcun, BL135582 saylı, xx.xx.2018-ci il tarixdə bağlanmış nisyə satış müqaviləsinə əsasən yaranmış 159,91 (bir yüz əlli doqquz manat, doxsan bir qəpik) manat əsas borc, 15,99 (on beş manat, doxsan doqquz qəpik) manat cərimə, ümumilikdə, 175,90 (bir yüz yetmiş beş manat, doxsan qəpik) manat borcun, cəmi 292,08 (iki yüz doxsan iki manat, səkkiz qəpik) manat borc və 30,00 (otuz) manat dövlət rüsumunun Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2018-ci il tarixli, BL141848 saylı və BL135582 saylı, xx.xx.2018-ci il tarixli nisyə satış müqavilələri bağlanmışdır. xx.xx.2018-ci il tarixli, BL141848 saylı müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada Cavabdeh 12 ay müddətinə, hər ayın 8-dən gec olmamaq şərtilə 67 (altmış yeddi) manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, BL141848 saylı müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada Cavabdeh 12 ay müddətinə, hər ayın 8-dən gec olmamaq şərtilə 67 (altmış yeddi) manat ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2018-ci il tarixli, BL135582 saylı tarixdə bağlanmış nisyə satış müqaviləsinə əsasən Cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə, hər ayın 16-dan gec olmamaqla 32 (otuz iki) manat ödəməyi üzərinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri vaxtında ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, hər iki müqavilə üzrə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Borca dair arayışlardan görünür ki, BL141848 saylı, xx.xx.2018-ci il tarixdə və BL135582 saylı, xx.xx.2018-ci il tarixlərində nisyə müqavilələri üzrə Cavabdeh İddiaçı MMC-yə 276,09 (iki yüz yetmiş altı manat, doqquz qəpik) manat əsas borc, 15,99 (on beş manat, doxsan doqquz qəpik) manat hesablanmış cərimə, ümumilikdə, 292,08 (iki yüz doxsan iki manat, səkkiz qəpik) manat borcu vardır. Azərbaycan Respubikası Mülki-Prosessual Məcəlləsinin: 284-cü maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh Quba rayonu, Qəcərzeyid kəndində qeydiyyatdadır; xx.xx.2018-ci il tarixli, BL141848 saylı nisyə satış müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi qiyməti 847 manat dəyərində avadanlıq satılmışdır. Cavabdeh malın dəyərindən əvvəlcədən 48 manat ilkin ödəniş etmiş, qalan 799 manat məbləği 12 ay müddətinə hər ayın 8-dən gec olmamaqla hər ay 67 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2018-ci il tarixli, BL135582 saylı nisyə satış müqaviləsindən və müqaviləyə əlavədən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh ümumi qiyməti 376 manat dəyərində avadanlıq satılmışdır. Cavabdeh malın dəyərindən əvvəlcədən 1 manat ilkin ödəniş etmiş, qalan 375 manat məbləği 12 ay müddətinə hər ayın 16-dan gec olmamaqla, hər ay 32 manat ödəməyi öhdəsinə götürmüşdür; xx.xx.2023-cü il tarixli borca dair arayışlardan görünür ki, Cavabdeh xx.xx.2018-ci il tarixli, BL141848 saylı nisyə satış müqaviləsi üzrə 116,18 manat məbləğində əsas borc və 0,00 manat cərimə borcu, xx.xx.2018-ci il tarixli, BL135582 saylı nisyə satış müqaviləsi üzrə isə 159,91 manat məbləğində əsas borc və 15,99 manat cərimə borcu qalmışdır; xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, Cavabdeh müqavilələr üzrə borclu olduğu məbləği ödəməyəcəyi təqdirdə barəsində məhkəmədə mülki iddia qaldırılacağı barədə xəbərdar edilmişdir; xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırılması üçün iddiaçı tərəfindən 30,00 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, tərəflər arasında olan müqavilə münasibətlərindən göründüyü kimi, tərəflər əşyanın nisyə alınıb-satılması barədə razılığa gəlmişlər. Cavabdeh müqaviləyə əsasən hissə-hissə ödəmək şərtilə satın aldığı əşyaların dəyərindən qalan məbləği hər ay vaxtında ödəyəcəyi barədə üzərinə öhdəlik götürsə də, müqavilələrin şərtlərini icra etməmiş və nəticədə iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 600.1-ci maddəsinin tələbinə görə, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; 600.4-cü maddəsinin tələbinə görə, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, təqdim edilən sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyi, iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurətinin olmadığı qənaətinə gələrək, hesab edirəm ki, kiçik iddia təmin edilərək yaranmış borc məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Həmçinin, hesab edirəm ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən, iddiaçı tərəfindən dövlət büdcəsinə köçürülmüş 30,00 (otuz) manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, "xxxx" MMC-nin məhkəməyə müraciət etdiyi vaxt qüvvədə olan (xx.xx.2023cü il) «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun mətninin 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 500 manatdan az olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİM: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli, BL141848 saylı nisyə satış müqaviləsinə əsasən yaranmış 116,18 (yüz on altı manat, on səkkiz qəpik) manat əsas borc, 0,00 (sıfır) manat cərimə olmaqla, ümumilikdə 116,18 manat borc, BL135582 saylı, xx.xx.2018-ci il tarixli nisyə satış müqaviləsinə əsasən yaranmış 159,91 (bir yüz əlli doqquz manat, doxsan bir qəpik) manat əsas borc, 15,99 (on beş manat, doxsan doqquz qəpik) manat cərimə, ümumilikdə, 175,90 (bir yüz yetmiş beş manat, doxsan qəpik) manat borc olmaqla, cəmi 292,08 (iki yüz doxsan iki manat, səkkiz qəpik) manat borc və 30,00 (otuz) manat dövlət rüsumunu Cavabdeh "xxxx" MMC-nin xeyrinə tutulsun. Dövlət büdcəsinə köçürülmüş dövlət rüsumunun əvəzi olan 30,00 (otuz) manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə, rəsmi qaydada verildiyi göndən bir ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-667/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-667/2023
16.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver