Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-832/2022 22.04.2022 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayədəsi Nümayəndə iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Quba Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı “sığorta ödənişinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh zərərçəkən şəxslərə ödənilmiş 1761,91 manat və 3238,09 manat olmaqla, ümumilikdə 5000 manat sığorta ödənişinin məbləğinin və 70,40 manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" ASC-də PME ********** nömrəli sığorta şəhadətnaməsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış Cavabdeh 03.09.2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 220” markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində hərəkət edən zaman işıqforun qadağanedici nişanının tələbini pozmuş, nəticədə “Mercedes Benz C 220 CDİ” markalı **- ST-*** dövlət nömrə nişanlı avtomobil ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Eyni zamanda Bakı Nəqliyyat Agentliyi X4 məxsus işıqfora da maddi zərər dəymişdir. Yolnəqliyyat hadisəsi ilə bağlı Bakı şəhəri, X8 İdarəsi tərəfindən tərtib edilmiş 14.09.2021-ci tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində “Mercedes Benz C 220 CDİ” markalı **-ST-*** dövlət nömrə nişanlı avtomobilə 3615 manat məbləğində maddi zərər dəymişdir. PME ********** saylı sığorta şəhadətnaməsinə və 02.12.2021-ci il tarixli İAS211673 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 3238,09 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində Bakı Nəqliyyat Agentliyi X4 məxsus işıqfora isə ümumilikdə 1967 manat maddi zərər dəymişdir. Əmlaka dəymiş zərər məbləği 5000 manatı keçdiyinə görə PME ********** saylı sığorta şəhadətnaməsinə və 09.12.2021ci il tarixli İAS211674 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1761,91 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdeh bu iş üzrə cavabdeh qismində cəlb edilməli və sığorta hadisəsi nəticəsində zərərçəkən şəxslərə ödənilmiş 1761,91 manat və 3238,09 manat, ümumilikdə 5000 manat sığorta ödənişi subroqasiya hüququ əsasında Cavabdeh geri tələb olunmalıdır. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddia tərəfinin ərizəsini nəzərdən keçirib və iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: DİN-nin BPQMİ-nin MAPS şöbəsinin arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır; Bakı şəhər BPİ DYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışdan görünür ki, 03.09.2021-ci il tarixdə saat 18:56 radələrində Cavabdeh törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində təqsirli bilinmiş və sonuncunun əməli inzibati məsuliyyətin yaranmasına səbəb olmuşdur; Bakı şəhər DYPİ-nin ******* saylı, 04.09.2021-ci il tarixli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir; Bakı şəhər DYPİ-nin ******* saylı, 14.09.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh 03.09.2021-ci il tarixdə “Mercedes Benz 220” markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində hərəkət edən zaman işıqforun qadağanedici nişanının tələbini pozduğuna görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 332.1-ci maddələrində nəzərdə tutulmuş qaydada 60 manat məbləğində cərimə edilmişdir; icbari sığorta müqaviləsinə dair məlumatdan görünür ki, X1 mülkiyyətində olan “Mercedes Benz” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.03.2021-ci il tarixdə 01 (bir) il müddətinə, 17.03.2022-ci il tarixədək sığortalanmışdır; 099441 saylı sığorta aktından görünür ki, 21.09.2021-ci il tarixdə baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində X2 məxsus “Mercedes Benz” markalı, **-MU-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3615 manat məbləğində ziyan dəymiş, **********7 saylı sığorta müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən 3615 manat sığorta ödənişi həyata keçirilmişdir; 13.12.2021-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, "xxxx" ASC tərəfindən Bakı Nəqliyyat Agentliyi X6 hesabına sığorta ödənişi qismində 1761,91 manat pul köçürülmüşdür; 02.12.2021-ci il tarixli İAS211673 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 3238,09 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. 09.12.2021-ci il tarixli İAS211674 saylı sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən zərərçəkənə 1761,91 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh 03.09.2021-ci il tarixdə idarə etdiyi “Mercedes Benz 220” markalı **-MU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Q.Qarayev prospekti ilə Özbəkistan küçəsinin kəsişməsində hərəkət edən zaman işıqforun qadağanedici nişanının tələbini pozmuş, nəticədə “Mercedes Benz C 220 CDİ” markalı **- ST-*** dövlət nömrə nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində zərərçəkmiş şəxslərə dəymiş ziyanın aradan qaldırılması məqsədilə 1761,91 manat və 3238,09 manat olmaqla, ümumilikdə 5000 manat sığorta ödənişi həyata keçirilmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1-ci maddəsinə əsasən, sığorta hadisəsi inzibati məsuliyyəti istisna edən və ya əməlin cinayət olmasını aradan qaldıran hərəkətlər istisna olmaqla, sığortalının və ya sığorta olunanın həmin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi qanunazidd hərəkətlərinin nəticəsi olduqda sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 25.2-ci maddəsində qeyd olunduğu kimi subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. İş materiallarından aydın olduğu kimi, Cavabdeh 03.09.2021-ci il tarixdə törətdiyi yolnəqliyyat hadisəsində təqsirli bilinmişmir. “Sığorta haqqında“ Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə nəqliyyat vasitələrindən istifadə edilməsi nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur; 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Sadalanan qanunvericilik normalarının tələbinə əsasən, Cavabdeh yol nəqliyyat hadisəsi törətdiyindən və bu hadisənin törədilməsində təqsirli bilindiyindən, bununla da əlaqədar sığortalanmış nəqliyyat vasitəsinə dəymiş zərərə görə mülki məsuliyyət daşıdığından, "xxxx" ASC tərəfindən ödənilmiş sığorta ödənişi ilə bağlı cavabdehə qarşı reqress qaydasında iddiası əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək, Cavabdeh 1761,91 manat və 3238,09 manat olmaqla, ümumilikdə 5000 manat sığorta ödənişinin məbləği və 70,40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1761,91 manat və 3238,09 manat olmaqla, ümumilikdə 5000 manat sığorta ödənişinin məbləği və 70,40 manat dövlət rüsumu iddiaçı "xxxx" ASC-nin xeyrinə xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Quba Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-832/2022
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-832/2022
22.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver