Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-869/2023 19.06.2023 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Həsənov Rahim Təşəkkül oğlunun sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 və Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “kredit borcu” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə yaranmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 399,4 manat əsas, 59,9 manat cərimə, cəmi 459,3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqaviləsinə əsasən, 399,9 manat əsas, 59,9 manat cərimə, cəmi 459,8 manat, iki müqavilə üzrə olan borcu 799,3 manat əsas, 119,8 manat cərimə, cəmi 919,1 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "xxxx" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat, xx.xx.2022-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqımüqaviləsinə əsasən, sonuncu, aldığı "xxxx" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 58 manat olmaqla cəmi 689,9 manat, ümumilikdə iki müqavilə üzrə 1289,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 799,3 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Cərimə faizləri əşyanın dəyərini qaytarılmalı olduğu gündən onun faktiki qaytarıldığı günə qədər olan müddət üçün ödənilir. Cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 1198 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı hər iki müqavilə üzrə 1198 manat təşkil ediyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i tərəflərindən güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 119,8 manat "xxxx" MMC-yə ödənilməlidir. Cavabdeh xx.xx.2023-cü il tarixədək "xxxx" MMCnə olan borcu xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 399,4 manat əsas, 59,9 manat cərimə, cəmi 459,3 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, 399,9 manat əsas, 59,9 manat cərimə, cəmi 459,8 manat, iki müqavilə üzrə olan borcu 799,3 manat əsas, 119,8 manat cərimə, cəmi 919,1 manat təşkil etmişdir. İddia ərizəsinin əsasında mülki iş başlanmışdır. Məhkəmə iclasında iddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2 bildirmişdir ki, xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə "xxxx" markalı mobil telefon cavabdehdə deyildir. Telefon işləmədiyi üçün MMC-də qalmışdır. Məhkəmə baxış iclasında Cavabdeh bildirdiki, "xxxx" MMC-dən iki ədəd telefon almışdır. xx.xx.2023-cü il tarixli müqavilə əsasında aldığı "xxxx" markalı mobil telefon iddiaçıdadır. Digər müqavilə üzrə aldığı mobil telefonun aylıq ödənişlərini ödəyir. Lakin, iddiaçı tərəfindən telefonun şəbəkəsi bağlanılmışdır. Məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, aldığı "xxxx" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 50 manat olmaqla cəmi 599,9 manat, xx.xx.2022-ci il tarixli ********* saylımüddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu, aldığı "xxxx" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 58 manat olmaqla cəmi 689,9 manat, ümumilikdə iki müqavilə üzrə 1289,8 manat ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqısatqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 50 manat, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə xx.xx.2022-ci il tarixdə 50 manat ödəniş etmiş və iki müqavilə üzrə qalıq qalmış 799,3 manat borcu qaytarmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh 399,4 manat əsas borc, 599 manat cərimə yaranmış həmin cərimə məbləğinin 90%-i "xxxx" MMC tərəfindən güzəşt edilmiş, cərimə məbləğinin 10%-i, yəni 59,9 manat "xxxx" MMC-nə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, cavabdehin xx.xx.2022-ci il tarixli müqavilə üzrə Cavabdeh 539.9 manat əsas borc, 599 manat cərimə yaranmış həmin cərimə məbləğinin 90%-i "xxxx" MMC tərəfindən güzəşt edilmiş, cərimə məbləğinin 10%-i, yəni 59,90 manat "xxxx" MMC-nə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan arayışdan görünür ki, cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə aldığı "xxxx" markalı mobil telefonu "xxxx" MMC-nin servisinə aparmış və bu zaman müəyyən edilmişdir ki, telefonun ekranında zədə olmadığı halda donur. Belə bir nasazlıq istehsal qüsuru olarsa yarana bilər. İş materiallarında olan xx.xx.2023-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə cavabdehin iddiaçıdan aldığı "xxxx" markalı mobil telefon cavabdehin istifadəsində deyildir. xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilə üzrə cavabdehin iddiaçıdan aldığı "xxxx" markalı mobil telefonun iddiaçının sahibliyində olmasını iddiaçının nümayəndəsidə təsdiq etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqavilə üzrə təmin edilməməlidir. Belə ki, İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 2-ci bəndinə əsasən Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Həmin Qanunun 7-ci maddəsinin 6-cı bəndinə əsasən istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edərsə, qüsur 14 gün ərzində və ya tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır. İstehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verməlidir. Həmin Qanunun 7-ci maddəsinin 11-ci bəndinə əsasən əgər satıcı, istehsalçı (onların funksiyalarını yerinə yetirən müəssisələr) malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirərsə, istehlakçının bu maddədə nəzərdə tutulan tələbləri təmin olunmamalıdır. Göründüyü kimi, iddiaçı "xxxx" MMC İstehlakçı Hüquqlarının Müdafiəsi haqqında Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 11-ci bəndinin tələblərinə əsasən xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alğı-satqı müqavilə üzrə cavabdeh tərəfindən alınmış malın qüsurlarının istehlakçı tərəfindən istifadə və ya saxlanma qaydalarının pozulması, üçüncü şəxslərin hərəkətləri və ya təbii fəlakət nəticəsində əmələ gəldiyini sübuta yetirə bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia xx.xx.2022-ci il tarixli ********* saylı müqavilə hissəsində təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür (maddə 567). Alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda tərəflər arasında müqavilə bağlanmışsa, alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir (maddə 600). Əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur (maddə 600.2). Əşyanı təhvil almış alıcı onu alqı–satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər (maddə 600.4). Həmin Məcəllənin 385.1-ci maddəsində göstərilmişdir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-445.2.2-ci maddələrinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2022-ci il tarixli müdddətli (nisyə) müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etməmiş və bunun nəticəsində onun iddiaçı qarşısında borcu yaranmışdır. Məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarını əsas götürərək hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixli müdddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam və lazımi qaydada icra etmədiyindən 399.40 manat məbləğində əsas borc ondan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cərimənin məbləği yüksək həddə hesablandığından onun azaldılması tərəflərin mənafeyinə uyğundur və cərimənin məbləğini məhkəmə borcluya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 5 manat məbləğində müəyyən edir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat pul MPM-in 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 216-220 və 222-ci maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-nin xeyrinə xx.xx.2022-ci il tarixli müddətli (nisyə) alğı-satqı müqaviləsi üzrə ödənilməmiş 399,40 (üç yüz doxsan doqquz manat qırx qəpik) manat əsas, 05 (beş) manat cərimə borcu olmaqla, cəmi 404,40 (dörd yüz dörd manat qırx qəpik) manat, habelə ödənilmiş dövlət rüsumunun əvəzi ilə bağlı 30 (otuz) manat məbləğində pul tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Quba Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rahim Həsənov
Məhkəmə qərarları › İş №e-2(027)-869/2023
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-869/2023
19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver