Azərbaycan Respublikası adından QƏTNAMƏ Quba şəhəri İş № e-2(027)-875/2025 14.03.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Vüqar Mircuma oğlunun sədrliyi, Məhkəmə iclas katibi Fətəliyev Veysəl Surxay oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh İB-yə qarşı “aktın, tələbnamənin ləğv edilməsi və əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh «Azəriqaz” İB-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, CavabdehXaçmaz X3 İdarəsi tərəfindən tərtib edilmiş 10 iyul 2023-cü il tarixli “0391805 ” nömrəli Aktın etibarsız hesab edilməsi, akt əsasında tərtib edilmiş X2 dair 10 iyul 2023-cü il tarixli Tələbnamənin (qərarının) ləğv edilməsi, həmin Tələbnamə (qərar) əsasında **********02340 saylı abonent hesabına yazılmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borcun silinməsi və hüquqi yardıma görə ödədiyi 400 (dörd yüz) manat məbləğində pulun Cavabdehndən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Quba rayonu, Timiryazev qəsəbəsində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bununla bağlı adıma Abşeron texniki inventarlaşdırma bürosu tərəfindən qeydiyyat vəsiqəsi tərtib edilmişdir. Mülkiyyətində olan fərdi yaşayış evinə G4 markalı, 10276068 nömrəli qaz sayğacı quraşdırılmışdır. Bundan sonra həmin fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, 10276068 nömrəli qaz sayğacı çıxarılmış, yerinə Elster G-4T markalı, ******* markalı qaz sayğacı quraşdırılmışdır. 10 iyul 2023-cü il tarixdə isə, cavabdeh təşkilatın əməkdaşları tərəfindən “sayğacın hesablama mexanizminin qoruyucu plastmas qapağının üst hissədən sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mükün olduğu, sayğacın istismara yararsız olması” qeydi aparılaraq ******* nömrəli akt tərtib edilmişdir. Bununla bağlı 10 iyul 2023-cü il tarixli X2 Dair Tələbnamə “Qərar” qəbul edilmiş və 12960 kub metr qazdan istifadəyə görə 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc hesablanmışdır. O, qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmır. Belə ki, o, sayğaca zərər vuran hər hansı təqsirli hərəkət etməmişdir. Heç vaxt yaşadığı fərdi yaşayış evində təbii qazdan qanunsuz istifadə etməmişdir. 10 iyul 2023-cü il tarixli aktın nəyə görə tərtib edilməsi ona aydın deyildir. O, istehlak edilmiş təbii qazın dəyərini sayğac göstəriciləri əsasında vaxtlı-vaxtında ödəmişdir. Hesablanmış 1555,20 manat məbləğində zərər həqiqəti və reallığı özündə əks etdirmir. Belə ki, o, daimi olaraq İsrail Dövlətində yaşayır. Azərbaycan Respublikasına vaxt-vaxt gələrək mülkiyyətində olan fərdi yaşayış evində qalır. Həmin müddətdə də istehlak etdiyi təbii qazın dəyərini cavabdeh təşkilata vaxtında ödəyir. Onun fərdi yaşayış evimə çöldə quraşdırılmış qaz sayğacının işlək vəziyyətdə saxlanmasına görə məsuliyyəti cavabdeh qurum özü daşıyır. Bundan əlavə sayğac dövlət yoxlamasında olarkən o, çağırılmamışdır. Sayğac onun iştirakı olmadan yoxlanılmışdır. Ona görə də qeyd edilən qərarla və hesablanmış zərər məbləği ilə razılaşmadığı üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh «Azəriqaz” İB-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Xaçmaz RQİİ-nin 10 iyul 2023-cü il tarixli, ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Quba şəhərində yerləşən, İddiaçı məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına AR DNŞ-nin İT və Rİ-nin «Azəriqaz” İB-nin Xaçmaz X3 İdarəsi qaz sayğacının hesablama mexanizminin qoruyucu plastmas qapağının üst hissədən sınıq olması, sayğacın hesablayıcı mexanizminin iş prinsipinə maneə törədilməsinin mükün olduğu, sayğacın istismara yararsız olması aşkar edilmişdir. -X1 xx.xx.2023-cü il tarixli “X2 dair” tələbnamənin surətindən müəyyən olunur ki, İddiaçı məxsus Quba şəhərində yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacda hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin cəmi 12960 m3 olaraq ödənilməsi qərara alınmış, qərarın verilməsi üçün əsas 10 iyul 2023-cü il tarixli, ******* saylı akt olmuşdur; **********02340 kodlu abonentin saldosundan görünür ki, abonent İddiaçı müdəmadi olaraq aktiv şəkildə qazdan istifadə etmiş və istifadə etdiyi qaza görə ödəniş etmiş, 2023cü il üçün 1555,20 manat borc kimi qalıq və akt əsasında hesablanmış cərimə borcudur. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 nömrəli 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir; 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır; 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır; 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar; 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən qaz sayğacına müdaxilə edilməsi faktını təsdiq edən sübutlar məhkəməyə təqdim edilmədiyindən cavabdeh tərəfindən iddiaçı barəsində qazdan istifadə qaydalarının pozulmasına dair tərtib edilmiş akt əsaslı ola bilməz. Sayğaca müdaxilənin iddiaçı tərəfindən edildiyi sübut olunmadığına görə həmin aktlara əsasən hesablanmış 1555,20 manat məbləğində pulun iddiaçıdan alınması da əsassız olmuşdur. İşin müəyyən edilmiş hallarından göründüyü kimi, qaz sayğacı iddiaçının cavabdehliyi sərhəddində quraşdırılmamışdır. Bilavasitə iddiaçı tərəfindən sayğaca hər hansı müdaxilə edilməsi, iddiaçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sayğacın zədələnməsi müəyyən edilmədiyi halda, iddiaçıya əsassız olaraq 1555,20 manat məbləğində əlavə sərfiyyat hesablanmışdır. Belə ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, cavabdeh dəyişdirilmiş qaz sayğacının dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Beləliklə, şərh olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, "Azəriqaz" İB-nin əməkdaşları tərəfindən 10 iyul 2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 10 iyul 2023-cü il tarixli tələbnamə ləğv olunmalı və həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc İddiaçı abonent hesabından silinməlidir. Bundan başqa, İddiaçı 400 (dörd yüz) manat hüquqi yardım xərcinin Cavabdeh İBdən alınaraq ona verilməsini tələb etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Belə ki, mülki icraat üzrə hüquqi yardımla bağlı vəkillə müqavilə bağlanılması məcburiyyət təşkil etmir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda (30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi) məbləğində dövlət rüsumu tutulur; 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar; 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 1036,80-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ : İddia təmin edilsin. Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş 10 iyul 2023-cü il tarixli, ******* saylı akt əsasında tərtib olunmuş 10 iyul 2023-cü il tarixli tələbnamə ləğv olunsun və həmin tələbnaməyə əsasən hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat, iyirmi qəpik) manat məbləğində borc **********02340 saylı abonent hesabından silinsin. 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu «Azəriqaz” İB-dən alınaraq dövlət büdcəsinə ödənilsin. İddiaçı hüquqi yardımla bağlı xərcləri özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-875/2025
Quba Rayon Məhkəməsi Qətnamə — İş №e-2(027)-875/2025
14.03.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver