Məhkəmə qərarları › İş №e-2(027)-900/2025

Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-900/2025

13.06.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-900/2025 13.06.2025 QUBA RAYON MƏHKƏMƏSİ Hakim Kamilli Günel Hakim qızının sədrliyi, Xudaverdiyev Elşad Mütəllim oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X5 iştirakı ilə İddiaçı "xxxx" ASC-nin cavabdeh Quba rayon İstehsal-İstehlak Kooperativinə qarşı “cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmə hazırlıq iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında "xxxx" ASC Xaçmaz RETSİ Quba EŞ-nin balansında olan elektrik xəttinin mühafizə zonasına daxil olan, cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin (obyektin) onun öz hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 3 ünvanda Quba rayon İstehsal- İstehlak Kooperativinin balansında olan tikili (obyekt) "xxxx" ASC-nin X7 Təchizatı və Satışı İdarəsinin Quba X4 şöbəsinin balansında olan və 1964-cü ildən istismara verilən 35/6 kV-luq Quba yarımstansiyasından çıxan 6 kV-luq 11 saylı Şəhər hava xəttinə məxsus mühafizə zonasını pozmaqla inşa edilmişdir. Sözügedən elektrik xəttinin mühafizə zonası fiziki və hüquqi şəxslər tərəfindən zəbt olunmuş, orada müxtəlif təyinatlı qeyri-əhali obyektlər tikilmişdir. Qeyd edilən ünvanda elektrik xəttinin mühafizə zonasının pozulması və yaranmış qanunsuzluğun aradan qaldırılması ilə bağlı Quba rayon İstehsal-İstehlak Kooperativinə, eləcə də aidiyyəti üzrə müvafiq qurumlara edilən müraciətlər heç bir nəticə verməmişdir. Həmin hava xətti istismara verildikdən sonra orada tikinti işləri həyata keçirilmişdir. Mühafizə zonası pozulan hava xətti yüzlərlə əhali abonentini, eləcə də bir neçə qeyri-əhali abonentini elektrik enerjisi ilə təchiz edir. Bu abonentlərin içərisində mənzillər və digər əhəmiyyətli obyektlər mövcuddur. Sözügedən mühafizə zonasında yarana biləcək qəzanın qarşısını vaxtında aradan qaldırmaq mümkün olmadığı təqdirdə baş verə biləcək nəticə ağılasığmaz dərəcədə çox ağır ola bilər. Belə ki, qeyri-yaşayış obyektinin, həmçinin çoxlu sayda insanın yaşadığı mənzilləri elektrik enerjisi ilə təmin edən elektrik xəttində baş verən qəzanın təxirə salınmadan aradan qaldırılmaması yuxarıda qeyd edilən obyektlərin və evlərin yanması, eləcə də insan tələfatı ilə nəticələnə bilər. Cavabdeh Quba rayon İstehsal-İstehlak Kooperativi qeyd edilən yaşayış obyektlərində baş verə biləcək qəzanın nəticələri, eləcə də mühafizə zonasının boşaldılması, eyni zamanda baş verə biləcək qarşısı alınması mümkün olmayan qəza barədə xəbərdarlıq edilməsinə baxmayaraq mühafizə zonasını qətiyyən boşaltmır. Qeyd edilən mühafizə zonası "xxxx" ASC-yə məxsus ərazidir və Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Mülkiyyətə edilən hər hansı müdaxilə mövcud qanunvericiliyə uyğun şəkildə aradan qaldırılmalıdır. Odur ki, cavabdeh Quba rayon İstehsalİstehlak Kooperativinin hərəkətləri "xxxx" ASC-nin mülkiyyətinə birbaşa edilən qəsd kimi qiymətləndirilməli, onun bu qanunsuz hərəkətləri dərhal dayandırılmalı, elektrik xəttinin mühafizə zonası boşaldılmalı, inşa edilmiş qanunsuz tikili cavabdehin öz hesabına sökülməlidir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək tərəflə işin məhkəmə aidiyyəti üzrə göndərilməsi məsələsini müzakirə edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi X6 mülki işin məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, əvvəlki məhkəmə iclasında iştirak edən nümayəndəsi işə Quba rayon Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işə əlavə edilmiş sənədləri nəzərdən keçirib, cavabdehin izahatını dinləyib hesab edir ki, mülki iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, yaxud mübahisənin predmeti və ya hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, Mülki Prosessual Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilən normaların məzmunundan göründüyü kimi mübahisənin məhkəmə aidiyyəti, yəni ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aid olması müəyyən edilərkən üç meyar - işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri əsas götürülür. Bu zaman kommersiya mübahisəsinin subyektləri qismində hüquqi şəxslər və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər çıxış edə bilərlər. Kommersiya mübahisəsinin predmeti isə tərəflərin həyata keçirdikləri sahibkarlıq fəaliyyəti ilə bağlı olmalıdır. İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” xx.xx.2020-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11-ci bəndinə görə O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Həmin qərarın 12-ci bəndinə görə bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Qeyd edilən Qərarın 25-ci bəndinə əsasən qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə Kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə Kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. AR Mülki Məcəllənin 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. İş materiallarına əlavə edilmiş Quba Rayon İstehsal-İstehlak Koorperativinin nizamnaməsinin: 1.1-ci bəndinə əsasən kooperativin qanunvericilikdə nəzərdə tutulan qaydada istənilən fəaliyyətlə (xüsusi icazə tələb olunan fəaliyyət növlərinə müvafiq qaydada icazə almaqla) məşğul olmaq hüququ vardır. 21-ci bəndə əsasən kooperativ qanunla qadağan olunmayan istənilən sahədə qanunvericiliklə müəyyən edilmiş qaydada sahibkarlıq fəaliyyətləri ilə məşğul ola bilər. Məhkəmə hazırki halda cavabdeh “Quba rayon İstehsal İstehlak” Kooperativinin istehlakla yanaşı, istehsal xarakterli olmasını, onun fəaliyyət məqsədilərini, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakterini, mübahisənin predmetini nəzərə almaqla hesab edir ki, işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 32.7-ci maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Sadalanan halları nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdehnə qarşı “cavabdeh tərəfindən özbaşına inşa edilmiş tikilinin öz hesabına sökülməsi” tələbinə dair iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 31, 44-45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: İddiaçı "xxxx" ASC-nin cavabdeh Quba rayon İstehsal-İstehlak Kooperativinə qarşı “cavabdeh tərəfindən inşa edilmiş özbaşına tikilinin öz hesabına sökülməsi” tələbinə dair iddia ərizəsi üzrə iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində (elektron kabinet vasitəsilə) Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Kamilli Günel

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar