Azərbaycan Respublikası adından QƏRARDAD Quba şəhəri İş № e-2(027)-984/2024 07.03.2024 QUBA RAYON MƏHKƏMƏSİ Quba Rayon Məhkəməsinin hakimi Seyidov Vüqar Mircuma oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işin materiallarını nəzərdən keçirib m ü ə y y ə n e t d i m: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, . xx.xx.2022-ci il tarixli müqavilə üzrə İmei Kodu **********86882 XİAOMİ REDMİ NOTE 11 markalı telefon üçün 117.06 (yüz on yeddi manat altı qəp) manat ödənilməmiş hissə, 11.94 (on bir manat doxsan dörd qəp) manat cərimə ümumilikdə 129 manat borc və 30 manat dövlət rüsumunun, Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsinin və dövlət rüsumunun geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ona görə də hesab edirəm ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia ərizəsinin qaytarılması barədə ərizəsinə əsasən hazırkı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iddiaçıya ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Həmçinin hesab edirəm ki, ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" MMC-yə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, xx.xx.2024-ci il tarixdə **********54 nömrəli mədaxil qəbzinə əsasən iddiaçı "xxxx" MMC tərəfindən məhkəməyə iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, qaytarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 114.1.3, 149,150-152, 263-264 və 266-268-ci cı maddələrini rəhbər tutaraq qəraraaldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi və ərizəyə əlavə olunmuş sənədlər geri qaytarılsın; "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə izah edilsin ki, ərizənin qaytarılması yenidən məhkəməyə müraciət etməyə mane olmur. İddiaçı MMC tərəfindən xx.xx.2024-cü il tarixli, **********54 №-li qəbzə əsasən ödənilmiş 30 manat dövlət rüsumu iddia ərizəsi geri qaytarıldığından dövlət büdcəsindən İddiaçı MMC-yə qaytarılsın. Qərardaddan 10 gün müddətində Quba Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüqar Seyidov
Məhkəmə qərarları › İş №e-2(027)-984/2024
Quba Rayon Məhkəməsi Qərardad — İş №e-2(027)-984/2024
07.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver