Məhkəmə qərarları › İş №e-2(028)-173/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-173/2022

15.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-173/2022 15.04.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən Dnepr yataq-çarpayı, dolab, termo, tumba, tumba, matras üçün 1302 manat ödənilməmiş hissə, 130 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən TP link modem, Dect Panasonic ev telefonu üçün 123,6 manat ödənilməmiş hissə, 12,4 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən LG Led TV üçün 1225 manat öənilməmiş hissə, 122 manat cərimə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 01246 kodlu mebel üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59955 olan Samsung Galaxy A30 markalı telefon üçün 180 manat ödənilməmiş hissə, 18 manat cərimə, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 101 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 3293 manat borc və 52,93 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı 22.02.2020-ci il tarixli, 22.02.2020-ci il tarixli, 22.02.2020-ci il tarixli, 20.01.2019-cu il tarixli, 18.04.2019-cu il tarixli və 09.12.2019-cu il tarixli müqavilələrinə əsasən Dnepr yataq-çarpayı, dolab, termo, tumba, tumba, matras, TP link modem, Dect Panasonic ev telefonu, LG Led TV, 01246 kodlu mebel, Samsung Galaxy A30 markalı telefon və Samsung Led TV almış, nəticədə 3293 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 22.02.2020-ci tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1368 manat (yəni 20 ay x 68,4 manat + 0 manat ilkin ödəniş) olan Dnepr yataq-çarpayı, dolab, termo, tumba, tumba, matras üçün ümumilikdə 1432 manat olmaqla ondan 1302 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 130 manat cərimə,22.02.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 123,6 manat (yəni 12 ay x 10,3 manat + 0 manat ilkin ödəniş) olan TP link modem, Dect Panasonic ev telefonu üçün ümumilikdə 136 manat olmaqla ondan 123,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 12,4 manat cərimə, 22.02.2020-ci tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1297,8 manat (yəni 18 ay x 72,1 manat + 0 manat ilkin ödəniş) olan LG Led TV üçün ümumilikdə 1347 manat olmaqla ondan 1225 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 122 manat cərimə, 20.01.2019-cu tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 1134 manat (yəni 18 ay x 63 manat +0 manat ilkin ödəniş) olan 01246 kodlu mebel üçün ümumilikdə 69 manat olmaqla ondan 63 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 9 manat cərimə, 18.04.2019-cu tarixli müqaviləsinə əsasən alqısatqı qiyməti 675 manat (yəni 15 ay x 45 manat +0 manat ilkin ödəniş) olan İMEİ kodu **********59955 olan Samsung Galaxy A30 markalı telefon üçün ümumilikdə 198 manat olmaqla ondan 180 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 18 manat cərimə və 09.12.2019-cu tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 828 manat (yəni 18 ay x 46 manat +0 manat ilkin ödəniş) olan Samsung Led TV üçün ümumilikdə 121 manat olmaqla ondan 101 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 10 manat cərimə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2431,8 manat təşkil edir. Cavabdehlə bağlanılmış 22.02.2020-ci il tarixli, 22.02.2020-ci il tarixli, 22.02.2020-ci il tarixli, 20.01.2019-cu il tarixli, 18.04.2019-cu il tarixli və 09.12.2019-cu il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktlarından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 18.012.2020-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-dək həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan heç bir sənəd məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan 22.02.2020-ci il tarixli 20120963 saylı, 22.02.2020-ci il tarixli, 20120892 saylı, 22.02.2020-ci il tarixli 20120926 saylı, 20.01.2019-cu il tarixli 00478019 saylı, 18.04.2019-cu il tarixli 00619668 saylı və 09.12.2019-cu il tarixli 01112879 saylı Müqavilələrindən görünür ki, Cavabdeh "xxxx" MMC ilə Dnepr yataq-çarpayı, dolab, termo, tumba, tumba, matras, TP link modem, Dect Panasonic ev telefonu, LG Led TV, 01246 kodlu mebel, Samsung Galaxy A30 markalı telefon və Samsung Led TV-yə dair müqavilə imzalamışdır. Müqavilələrin 1.1-ci bəndinə görə "xxxx" MMC özünəməxsus olan həmin əşyaları müştəriyə verir, müştəri isə əşyaları müqavilə şərtlərinə əsasən qəbul edir. 22.02.2020-ci il tarixli, 22.02.2020-ci il tarixli, 22.02.2020-ci il tarixli, 20.01.2019-cu il tarixli, 18.04.2019-cu il tarixli və 09.12.2019-cu il tarixli Əlavələrdən (Ödəniş Cədvəlindən) görünür ki, cavabdeh ödənişləri Ödəniş Cədvəlinə uyğun olaraq hər ay (20 ay) 68,4 manat, hər ay (12 ay) 10,3 manat, hər ay (18 ay) 72,1 manat, hər ay (18 ay) 63 manat, hər ay (15 ay) 45 manat və hər ay (18 ay) 46 manat olmaq şərti ilə ödəməlidir. 22.02.2022-ci il tarixli, 20.01.2019-cu il tarixli, 18.04.2019-cu il tarixli və 09.12.2019-cu il tarixli Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarından görünür ki, Cavabdeh Dnepr yataqçarpayı, dolab, termo, tumba, tumba, matras, TP link modem, Dect Panasonic ev telefonu, LG Led TV, 01246 kodlu mebel, Samsung Galaxy A30 markalı telefon və Samsung Led TV adlı məhsulları tam qüsursuz halda təhvil almışdır. 03.03.2022-ci il tarixli Maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən Dnepr yataq-çarpayı, dolab, termo, tumba, tumba, matras üçün 1302 manat ödənilməmiş hissə, 130 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən TP link modem, Dect Panasonic ev telefonu üçün 123,6 manat ödənilməmiş hissə, 12,4 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən LG Led TV üçün 1225 manat öənilməmiş hissə, 122 manat cərimə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 01246 kodlu mebel üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59955 olan Samsung Galaxy A30 markalıtelefon üçün 180 manat ödənilməmiş hissə, 18 manat cərimə, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 101 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 3293 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xəbərdarlıqda göstərilir ki, Cavabdeh müqavilələrin şərtlərini kobud surətdə pozaraq, müqavilələrə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqısatqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 298,4 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 96 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən Dnepr yataq-çarpayı, dolab, termo, tumba, tumba, matras üçün 1302 manat ödənilməmiş hissə, 30 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən TP link modem, Dect Panasonic ev telefonu üçün 123,6 manat ödənilməmiş hissə, 10 manat cərimə, 22.02.2020-ci il tarixli müqaviləsinə əsasən LG Led TV üçün 1225 manat öənilməmiş hissə, 30 manat cərimə, 20.01.2019-cu il tarixli müqaviləyə əsasən 01246 kodlu mebel üçün 63 manat ödənilməmiş hissə, 6 manat cərimə, 18.04.2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kodu **********59955 olan Samsung Galaxy A30 markalıtelefon üçün 180 manat ödənilməmiş hissə, 10 manat cərimə, 09.12.2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led TV üçün 101 manat ödənilməmiş hissə, 10 manat cərimə borcu olmaqla, ümumilikdə 3090,6 manat borc və 52,93 manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar