Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-208/2024 18.04.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S18K5735341 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 339 manat əsas, 101 manat dəbbə pulu, S18K5777426 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 360 manat əsas, 108 manat dəbbə pulu, S18K5777575 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 245 manat əsas, 75 manat dəbbə pulu, S18K5832776 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 517 manat əsas, 155 manat dəbbə pulu və 39 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1939 manatın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərində Cavabdeh ilə S18K5735341 nömrəli, S18K5777426, S18K5777575 və S18K5832776 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı S18K5735341 nömrəli müqavilə üzrə 842 manat dəyəri olan 2 ədəd Samsung Galaxy A10 markalı telefon, S18K5777426 nömrəli müqavilə üzrə 555 manat dəyəri olan 1 ədəd Samsung Galaxy A20S markalı telefon, S18K5777575 nömrəli müqavilə üzrə 434 manat dəyəri olan 1 ədəd Samsung Galaxy A10 markalı telefon və S18K5832776 nömrəli müqavilə üzrə 527 manat dəyəri olan 1 ədəd X4 8 markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür. Müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən alıcı S18K5735341 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 842 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 71 manat olmaqla, hər ayın 21dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S18K5777426 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 555 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 15 ay müddətinə, aylıq 37 manat olmaqla, hər ayın 03-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S18K5777575 nömrəli müqavilə üzrə 20 manat ilkin ödəniş olmaqla, qalan 414 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 18 ay müddətinə, aylıq 23 manat olmaqla, hər ayın 16-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S18K5832776 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 527 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 44 manat olmaqla, hər ayın 06-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə onun S18K5735341 nömrəli müqavilə üzrə 339 manat əsas, 101 manat dəbbə pulu olmaqla 440 manat, S18K5777426 nömrəli müqavilə üzrə 360 manat əsas, 108 manat dəbbə pulu, olmaqla 468 manat, S18K5777575 nömrəli müqavilə üzrə 245 manat əsas, 75 manat dəbbə pulu olmaqla 320 manat, S18K5832776 nömrəli müqavilə üzrə 517 manat əsas, 155 manat dəbbə pulu olmaqla 672 manat borcu yaranmışdır. Alıcı tərəfindən S18K5735341 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 6 manat ödəniş, S18K5777426 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 10 manat ödəniş, S18K5777575 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 5 manat, S18K5832776 nömrəli müqavilə üzrə xx.xx.2021-ci il tarixdə 10 manat, ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığı üçün məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan S18K5735341 nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 842 manat olan avadanlığı (2 ədəd Samsung Galaxy A10) satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (0 manat) çıxıldıqdan sonra qalan 842 manatı 12 ay müddətinə hər ay 71 manat olmaqla hər ayın 21-dək ödəməlidir. S18K5777426 nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 555 manat olan avadanlığı (Samsung Galaxy A20S) adlı məhsulu satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (0 manat) çıxıldıqdan sonra qalan 555 manatı 15 ay müddətinə hər ay 37 manat olmaqla hər ayın 03-dək ödəməlidir. S18K5777575 nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 434 manat olan avadanlığı (Samsung Galaxy A10) adlı məhsulu satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (20 manat) çıxıldıqdan sonra qalan 414 manatı 18 ay müddətinə hər ay 23 manat olmaqla hər ayın 16-dək ödəməlidir. S18K5832776 nömrəli xx.xx.2020-ci il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 527 manat olan avadanlığı (X4 8) adlı məhsulu satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (0 manat) çıxıldıqdan sonra qalan 527 manatı 12 ay müddətinə hər ay 44 manat olmaqla hər ayın 06-dək ödəməlidir. xx.xx.2024-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh S18K5735341 nömrəli müqavilə üzrə 339 manat əsas, 101 manat dəbbə pulu, S18K5777426 nömrəli müqavilə üzrə 360 manat əsas, 108 manat dəbbə pulu, S18K5777575 nömrəli müqavilə üzrə 245 manat əsas, 75 manat dəbbə və S18K5832776 nömrəli müqavilə üzrə 517 manat əsas, 155 manat dəbbə borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunda göstərilir ki, Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Sözügedən Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Bu Məcəllənin 522-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi,alıcı isə əşyanı qəbul edib əvəzinə müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin məcəllənin 600.4-cü maddəsinə əsasən- Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan nisyə alqı-satqı müqaviləsinə əsasən aldığı məhsul üzrə borcu iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci tarixli alqı-satqı müqavilələrinə əsasən öhdəliklərini icra etməyərək həmin alqı-satqı müqavilələrinin tələblərini pozmuş və iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçının xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixli alqı-satqı müqavilələri üzrə borcun cavabdehdən tutulması hissədə iddia tələbi təmin edilməlidir. İddia tələbindən göründüyü kimi cavabdehdən eyni zamanda hesablanmış 101 manat, 108 manat, 75 manat və 155 manat məbləğində dəbbə pulunun tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 30 manat, 30 manat, 25 manat və 50 manat məbləğində dəbbə pulunun tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. (“Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 1596 manat olduğundan (339 manat əsas+30 manat dəbbə; 360 manat əsas+30 manat dəbbə; 245 manat əsas+25 manat dəbbə və 517 manat əsas+50 manat dəbbə) iddiaçı tərəfindən ödənilmiş 39 manat dövlət rüsumunun 35,96 manat hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, dövlət rüsumu kimi ödənilmiş 3,04 manat iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh S18K5735341 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 339 manat əsas borc, 30 manat dəbbə pulu, S18K5777426 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 360 manat əsas borc, 30 manat dəbbə pulu, S18K5777575 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 245 manat əsas, 25 manat dəbbə pulu və S18K5832776 nömrəli xx.xx.2020cu il tarixli müqavilə üzrə 517 manat əsas borc, 50 manat dəbbə pulu, cəmi 1596 manat və 35,96 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumunun 3,04 manatı iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-208/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-208/2024
18.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver