Məhkəmə qərarları › İş №e-2(028)-213/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-213/2024

10.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-213/2024 10.06.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X9 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin ödənilməsi tələbinədair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3357,14 manat sığorta ödənişinin və 54 manat ödənilmiş dövlət rüsumunun, cəmi 3411,14 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Qubadlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəni ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçı işə onun iştirakı olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə Baksol yolunda X2 idarə etdiyi "xxxx" ASC-də “avtomobillərin tam sığortası” qaydasında qismən sığortalanmış “Toyota Camry” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobil X1 məxsus olan və cavabdehin idarə etdiyi “Hyundai Accent” markalı P370EP77 Rusiya Federasiyasının dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq maddi zərərə uğramışdır. Yol - nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmişdir və onun barəsində xx.xx.2024-cü il tarixli, TP6245915 nömrəli inzibati tənbeh vermə qərar tərtib edilərək, Azərbaycan Respublikası İXM-in 327.1 və 469.3-cü maddələri ilə inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. “Toyota Camry” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləğinin müəyyən edilməsi prosesində cavabdehin iştirakının təmin edilməsi üçün Cəmiyyət tərəfindən xx.xx.2024-cü il tarixli, BS-C-24/0180 seriya nömrəli məktub göndərilmiş, lakin cavabdeh qiymətləndirmə prosesində iştirak etməmişdir. “Toyota Camry” markalı ** CR *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər məbləği Cəmiyyət tərəfindən 4500 manat məbləğində qiymətləndirilmiş, həmin məbləğin 85,714%-dən 500 manat şərtsiz azadolma məbləği çıxılmaqla 3357,14 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, ********** nömrəli sığorta şəhadətnaməsindən müəyyən olunur ki, “Toyota Camry” markalı ** CR *** dövlət nömrə nişanlı avtomobil Cəmiyyət tərəfindən “əmlak sığortası” qaydasında sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, TP6245915 nömrəli inzibati tənbeh vermə haqqında qərardan müəyyən olunur ki, cavabdeh X4 yol-nəqliyyat hadisəsinin törədilməsində təqsirli bilinərək, Azərbaycan Respublikası İXM-in 327.1-ci və 469.3-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cəmiyyətinin zərərin hesablanması aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Camry” markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərər manat məbləğində qiymətləndirilmişdir. İddia ərizəsinə əlavə edilmiş Cəmiyyətinin xx.xx.2024-cü il tarixli sığorta aktından və xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, “Toyota Camry” markalı, ** CR *** dövlət nömrə nişanlı avtomobilə dəymiş zərərə görə 500 manat şərtsiz azadolma məbləği çıxılmaqla 3357,14 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, BS-S-24/0440 saylı geriyə tələb (subroqasiya) məktubundan və məktubun cavabdehə çatdırılmasını təsdiq edən poçt xəbərnaməsindən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən Cəmiyyət tərəfindən zərərin aradan qaldırılması üçün ödənilmiş 3357,14 manat məbləğində sığorta ödənişinin geri ödənilməsi cavabdehdən tələb edilmişdir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilir. Cavabdeh qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan TP6245915 saylı xx.xx.2024-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, İXO5988693 saylı xx.xx.2024-cü il tarixli protokola və inzibati xəta hqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh Hyundai Accent minik markalı P370E77 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən araməsafəsi qaydalarının pozulması, qanunla mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə Azərbaycan Respublikası İXM-nin 327.1 və 469.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə 46/2-7120/2024 saylı xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Binəqədi DYP YNH bildirir ki, xx.xx.2024-cü il tarixdə saat 15:30-da Baksol yolunda sürücü Cavabdeh olan Hyundai markalı P370EP77 dövlət qeydiyyat nişanlı maşın mülkiyyətçisi X3 məxsus olan Toyota **-CR-*** saylı maşını arxa hissədən vuraraq avtomobilə ziyan vurmuşdur. İş materiallarında olan "xxxx" ASC-nin Zərərin hesablanması aktından görünür ki, zərər dəymiş əmlaka (Toyota Camry 90CR999) ehtiyat hissələri və əmək haqqı ilə birlikdə cəmi 4500 manat ziyan vurulmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2024-cü il tarixdə 15:30 saatda Baksol yolunda sığortalanmış Toyota Camry markalı, 90CR999 dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai” markalı P370EP77 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərər 4500 manat təşkil edir. Sığortaçının zərər məbləğində payı 3857,14 manat, sığorta ödənişinin məbləği isə 3357,14 manat təşkil edir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən CM029 24 saylı 21.02.24 tarixli sığorta aktına əsasən (müqavilə ********** Toyota Camry 90CR999) 3357,14 manat ödəniş edilmişdir. BS-S-24/0440 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh Cəmiyyətə borclu olması ilə məlumatlandırşmışdır. Bildirilmişdir ki, borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacaqdır. Paysıs MMC-nin qəbzindən görünür ki, "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 54 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 3357,14 manat sığorta ödənişi və 54 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar