Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-232/2023 17.04.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 Ruvinovun sədrliyi İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 750 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 780 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “KİA RİO” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA ********** nömrəli sığorta müqaviləsi bağlanılmışdır. 2020-ci il martın 24-də Cavabdeh etibarnamə olmadan idarə etdiyi “KİA RİO” markalı, **-RP-*** dövlət nömrə nişanlı avtomobillə Sumqayıt şəhəri, Sülh küçəsində “DAİMLER CHRYSLER” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.Sumqayıt ŞPİ-nin İŞ-nin müstəntiqi, polis baş-leytenantı X1 tərəfindən 11 iyun 2020-ci il tarixində cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən baş vermiş yol-nəqliyyat hadisəsində hər iki sürücü təqsirli bilinmiş və Cavabdeh barəsində Azərbaycan Respublikası İXM-nin 328.2-ci və 332.1-ci (nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) maddələri ilə inzibati qaydada tədbir görülməsi üçün toplanmış material Sumqayıt DYPŞ-nə göndərilmişdir. Başqa sözlə vurulmuş zərərin məhz cavabdehin təqsirli əməli nəticəsində baş verməsi cinayət işinin rədd edilməsi haqqında qərarı ilə müəyyən edilərək, təsdiqini tapmışdır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci il tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində “DAİMLER CHRYSLER” markalı, 44–BL–045 dövlət nömrə nişanlı avtomobillə 1500 manat məbləğində ziyan dəymişdir. Beləliklə sığorta ödənişi aşağıdakı qaydada hesablanmışdır:1500 manat (zərər məbləği) : 2 (hər iki sürücünün təqsiri olduğu üçün) = 750 manat.İddiaçı xx.xx.2020-ci il tarixində 750 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə sasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Sumqayıt şəhər Pİ-nin İŞ-nin müstəntiqinin xx.xx.2020-ci il tarixli cinayət təqibi üzrə icraata xitam verilməsi barədə qərarın surətindən görünür ki, iş üzrə zərərçəkmiş şəxs qismində tanınmış Cavabdeh zərərçəkmiş şəxs qismində iştirakına xitam verilməsi və Cavabdeh əməlində Azərbaycan Respublikasının İXM-nin 328.2-ci və 332.1-ci maddələrinin tərkib əlamətləri olduğu üçün barəsində inzibati tənbeh tədbiri görülməsi üçün qəbul edilmiş qərarın surətinin Sumqayıt ŞPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. PXA********** nömrəli xx.xx.2019-cu il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X3 KİA Rio markalı, 99RP702 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi xx.xx.2020-ci il. Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli Qüsur aktından görünür ki, “Daimler Chrysler” markalı 44BL045 dövlət qeydiyyat nişanlı avtomobilə ehtiyyat hissələrinə görə 1160 manat, görülən xidmətə görə isə 340 manat, cəmi 1500 manat ziyan vurulmuşdur. "xxxx" ASC-nin PXA65559 saylı sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə 18:30 saatda Sumqayıt Sahil küçəsində sığortalanmış Kia Rio markalı, 99RP702 dövlət qeydiyyat nişanlı avtomobil “Daimler Chrysler” markalı 44BL045 dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Dəymiş zərər ATXS-nin təqdim etdiyi akta uyğun olaraq 1500 manat təşkil edir.Təqsirli şəxs hər iki tərəf olduğundan sığorta ödənişi zərər məbləğinin 50%-ni təşkil edir, yəni 750 manata bərabərdir. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PXA65559 saylı sığorta aktına əsasən X2 750 manat ödəniş etmişdir. 05/01-750 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh Cəmiyyətə 750 manat zərərə görə borclu olduğunu məlumatlandırşımdır.Bildirilmişdir ki, subroqasiya hüququna əsasən ödənilmiş əvəz miqdarında olan 750 manat zərər 7 (yeddi) təqvim günü ərzində "xxxx" ASC-yə qaytarılmalıdır.Əks halda məhkəməyə müraciət olunacaqdır. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 750 manat vurulmuş zərər və 30 manat ödənilmiş dövlət rüsumu, cəmi 780 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-232/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-232/2023
17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver