Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-232/2024 03.05.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 183,29 manat məbləğində sığorta ödənişinin, 30 manat məbləğində dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının, cəmi 213,69 manat məbləğində pul vəsaitinin xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə tərəflərindən idarə edilən və ona məxsus olan "xxxx" ASC-də (bundan sonra ASC) “icbari sığorta” qaydasında sığortalanmış **-DO-*** dövlət qeydiyyat nişanlı "xxxx" minik markalı avtomobillə X1 idarə etdiyi **-EM-*** dövlət nömrə nişanlı“Honda İnsight (Hibrid)” minik markalı avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş vermişdir. Baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və Azərbaycan Respublikasının İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli PBA********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsindən müəyyən olunur ki, **-DO-*** dövlət qeydiyyat nişanlı "xxxx" minik markalı avtomobil ASC tərəfindən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək sığortalanmışdır. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan və hadisə ilə bağlı Sumqayıt şəhər DYPŞ tərəfindən İcbari Sığorta Bürosunun mərkəzləşdirilmiş sisteminə yerləşdirilmiş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayış” lardan (Forma4) müəyyən olunur ki, baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində cavabdeh təqsirli bilinmiş və AR İXM-in 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. İddia ərizəsinə əlavə edilmiş “Paşa Sığorta ASC”-nin sığorta aktından müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi nəticəsində **-EM-*** dövlət nömrə nişanlı “Honda İnsight (Hibrid)” minik markalı avtomobilə dəymiş zərər 150 manat məbləğində müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli subroqasiya tələblərinin reyestrindən müəyyən olunur ki, nettinqin nəticələrinə əsasən 183,29 manat məbləğində pulun ödənilməsi tələbi **-EM-*** dövlət nömrə nişanlı “Honda İnsight (Hibrid)” minik markalı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2024-cü il tarixli, BS-S-23/0468 saylı geriyə tələb (subroqasiya) məktubundan və həmin məktubun çatdırılmasına dair xəbərnamədən görünür ki, Mülki Məcəllənin 936-cı maddəsinə əsasən "xxxx" ASC tərəfindən 183,29 manat məbləğində pulun geri ödənilməsi cavabdehdən tələb edilmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində **-EM-*** dövlət nömrə nişanlı “Honda İnsight (Hibrid)” minik markalı avtomobilə dəymiş zərər "xxxx" ASC tərəfindən 150 manat məbləğində qiymətləndirilmişdir. İştirakçılar arasında keçirilmiş nettinqin nəticəsinə əsasən dəymiş zərərlə bağlı 183,29 manat məbləğində sığorta ödənişi tərəflərindən müvafiq qaydada "xxxx" ASC-nin bank hesabına köçürülmüşdür. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, İXP5895634 saylı xx.xx.2023-cü il tarixli protokola və inzibati xəta hqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh **-DO-*** dövlət qeydiyyat nişanlı "xxxx" markalı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkətləri qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyatı hadisəsi yerindən yayınmasına görə əks istiqamətli hərəkət zolağına çıxmalqa manevr etməsi ilə Azərbaycan Respublikası İXM-nin 327.6-cı və 327.1-ci maddələrini pozmuş və ona 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatı barədə xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, mülkiyyətçisi və sürücüsü Cavabdeh olan **-DO-*** dövlət qeydiyyat nişanlı "xxxx" minik markalı avtomobil xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində hadisə zamanı zərər vurulmuş Honda İnsight (Hibrid) markalı ** EM *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini idarə edən X4 maddi ziyan vurmuşdur. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, xx.xx.2023-cü il tarixdə Sumqayıt şəhəri, Sahil küçəsində zərərvuran ("xxxx" ASC-də sığortalı) Cavabdeh Khazar LX markalı, 50DO528 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə zərərçəkən şəxs X2 idarə etdiyi Honda İnsight (Hibrid) markalı ** EM *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ("xxxx" ASC-də sığorta predmeti) toqquşmuşdur. Vurulan ziyanın məbləği və sığorta ödənişi 150 manat təşkil edir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatdan görünür ki, Honda İnsight (Hibrid) markalı ** EM *** qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə cəmi 150 manat zərər dəymişdir. "xxxx" ASC-nin xx.xx.2024-cü il tarxili Yeni tələbindən görünür ki, zərərvuran Cavabdeh xx.xx.2023-cü il tarixdə toqquşma nəticəsində zərərçəkən X6 zərər vurmuşdur. Sığorta ödənişinin ehtimal olunan ilkin məbləği 80 manatdır. xx.xx.2024-cü il tarixli Əlavə 2-dən görünür ki, 183,29 manat məbləğində pulun ödənilməsi tələbi **-EM-*** dövlət nömrə nişanlı “Honda İnsight (Hibrid)” minik markalı avtomobilin sığortaçısı "xxxx" ASC tərəfindən "xxxx" ASC qarşısında irəli sürülmüşdür. BS-S-24/0468 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh Cəmiyyətə borclu olması barədə məlumatlandırılmışdır. Bildirilmişdir ki, borc ödənilmədiyi halda məhkəməyə müraciət olunacaqdır. Paysıs MMC-nin qəbzindən görünür ki, "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25- ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsizamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Qanunun 52-1.1-ci maddəsinə əsasən həmin maddədə nəzərdə tutulmuş şərtlərin hər birinin mövcud olduğu halda yol-nəqliyyat hadisəsində zərərçəkən zərərin əvəzinin ödənilməsini onun idarə etdiyi avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyətini icbari formada sığortalamış sığortaçıdan tələb edir. 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X10 25/2 Qərarına əsasən yolnəqliyyat hadisəsində hər biri ilə bağlı mülki məsuliyyətin icbari sığorta müqaviləsi qüvvədə olan iki avtonəqliyyat vasitəsi iştirak etdikdə zərərçəkən zərərin əvəzinin ödənilməsini zərərçəkənin sığortaçısından tələb edir. Azərbaycan Respublikası Mərkəzi X11 29 iyun 2022-ci il tarixli, 25/2 saylı qərarı ilə təsdiq edilmiş“ Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” Qaydanın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən sığorta ödənişinin verilməsi ilə bağlı sığorta tələbi zərərçəkənin sığortaçısına verilir. Sığorta tələbi barədə müraciət daxil olduğu gün zərərçəkənin sığortaçısı tərəfindən həmin tələb Büronun elektron informasiya sistemi (bundan sonra – informasiya sistemi) vasitəsilə qeydiyyata alınır. Həmin Qaydaların 5.1-ci, 5.2-ci, 5.3 və 5.4-cü bəndlərinə əsasən zərərçəkənin sığortaçısı Qanuna uyğun olaraq sığorta ödənişini həyata keçirdikdən sonra zərərvuranın sığortaçısına qarşısubroqasiya hüququndan istifadə edir. Zərərvuranın sığortaçısı subroqasiya tələbi irəli sürmüş zərərçəkənin sığortaçısı qarşısında sığorta ödənişinin Qanuna və bu Qaydaya uyğun olaraq həyata keçirilməsi üçün öhdəlik daşıyır. Sığorta ödənişi verildikdən sonra zərərçəkənin sığortaçısı sığorta ödənişinin verilməsini təsdiq edən, qiymətləndirmənin nəticələrini əks etdirən və faydalanan şəxsin sığorta ödənişi məbləği ilə razı olduğunu təsdiq edən məlumatları və sənədlərin surətlərini iddia faylına daxil edir. Bu Qaydanın 5.3-cü bəndində nəzərdə tutulmuş sənədlərin sonuncusu iddia faylına daxil edildikdən sonra zərərçəkənin sığortaçısı informasiya sistemi üzərindən zərərvuranın sığortaçısına qarşı subroqasiya tələbi yaradır və informasiya sistemi vasitəsilə Büroya təqdim edir. Həmin qaydaların 2.1.9-cu bəndinə əsasən iştirakçıların göndərdiyi və aldığı subroqasiya tələblərindən irəli gələn tələb və öhdəliklərin bir xalis tələbə və ya öhdəliyə çevrilməsi nettinq adlanır. Həmin qaydaların 6.1. və 6.2-ci bəndlərinə əsasən İcbari Sığorta Bürosu subroqasiya tələblərini həftəlik əsasda (bazar ertəsindən bazar gününədək) toplayır və onların əsasında bu Qaydanın 7.2-ci bəndinə uyğun olaraq hər iştirakçının öhdəliyini hesablayaraq nettinqi həyata keçirir. 6.2-ci bəndə əsasən subroqasiya tələbləri və nettinqin nəticəsi bu Qaydanın 2 nömrəli Əlavəsində müəyyən edilmiş formada hər bir iştirakçı üzrə formalaşdırılan subroqasiya tələblərinin reyestrində əks olunur. Həmin Qaydaların 7.1 və 7.2-ci maddələrinə əsasən zərərçəkənin sığortaçısı ilə zərərvuranın sığortaçısı arasında hesablaşmalar nağdsız formada həyata keçirilir. Zərərvuranın sığortaçısının zərərçəkənin sığortaçı qarşısında öhdəliklərinin məbləği zərərçəkənin sığortaçısı tərəfindən zərərvuranın sığortaçısına qarşı irəli sürülmüş bütün subroqasiya tələblərinin orta məbləğlərinin cəminə bərabərdir. Orta məbləğlərin hesablanması qaydası Büronun üzvü olan avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyət göstərmək hüququna malik sığortaçıların bağladığı kollektiv sazişlə müəyyən olunur. Həmin Qaydaların 10.1-ci bəndinə əsasənbu Qaydada nəzərdə tutulmuş subroqasiya tələbləri üzrə öhdəliyin icra edilməsi məqsədilə iştirakçılar və Büro (İcbari Sığorta Bürosu) arasında bu Qaydanın qüvvəyə mindiyi tarixdən ən geci 30 təqvim günü müddətində kollektiv saziş bağlanılır. Yol-nəqliyyat hadisəsi hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair 18 avqust 2022-ci il tarixli kollektiv sazişin 3.1-ci bəndinə əsasən subroqasiya tələbləri üzrə tərəflər arasında hesablaşmalar subroqasiya tələblərinin müəyyən edilmiş orta məbləğləriəsasında aparılacaqdır. Subroqasiya tələblərinin orta məbləği loto üsülu ilə müəyyən edilir. Həmin Sazişin 7.1-ci bəndinə əsasənbu Saziş çərçivəsində sığorta hadisələrinin, sığorta tələblərinin, sığorta ödənişlərinin və subroqasiya tələblərinin qeydiyyatı Büronun elektron İnformasiya sistemi vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-cimaddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 1114.2-ci maddəsinə əsasən birlikdə vurulmuş zərərin əvəzini ödəmiş zərərvuran digər zərərvuranların hər birindən zərərçəkənə ödədiyi əvəzin həmin zərərvuranın təqsirinin dərəcəsinə uyğun məbləğdə hissəsini tələb edə bilər. Təqsirin dərəcəsini müəyyənləşdirmək mümkün olmadıqda hissələr bərabər sayılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 183,29 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində dövlət rüsumunun və 0,4 manat məbləğində xidmət haqqının əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV
Məhkəmə qərarları › İş №e-2(028)-232/2024
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-232/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver