Məhkəmə qərarları › İş №e-2(028)-235/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-235/2023

04.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-235/2023 04.05.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində əsassız və məcburi qaydada ona ödətdirilmiş olan 547 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC-dən əsassız və məcburi qaydada ona ödətdirilmiş olan 697,29 manat məbləğində pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, iddiaçı 1993-cü il 31 avqust tarixində Qubadlı rayonundan məcburi köçkün olaraq Sumqayıt şəhərində məskunlaşmış və hal–hazırda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ statusu daşıyır. Azərişiq ASC-yə məxsus elektrik sayğacı (abunə kodu **********02154) xx.xx.2015-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək istifadəsində olmuşdur. Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin fərmanına və AR Nazirlər Kabinetinin qərarına əsasən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər “ tərəfindən istifadə edilən kommunal xidmətlərə görə aylıq istifadə haqqları 01 yanvar 2017-ci il tarixinədək dövlət tərəfindən qarşılanırdı. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli fərmanına və AR nazirlər kabinetin 24 yanvar 2017-ci il tarixli qərarına əsasən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq ödəniş müavinəti müəyyən edilmiş və “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ istifadə etdikləri elektrik və digər kommunal ödənişlərə görə xx.xx.2017-ci il tarixindən etibarən ödəniş etməli oldular. Belə ki, istifadəsində olmuş elektrik enerjisindən istifadəyə görə yaranmış borc Azərbaycan Respublikası Prezidentinin fərmanına və AR Nazirlər Kabineti qərarına əsasən “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər“ tərəfindən istifadə edilən kommunal xidmətlərə görə aylıq istifadə haqqları 01 yanvar 2017-ci il tarixinədək dövlət tərəfindən qarşılanmalı olduğu halda Azərişiq tərəfindən həmin vəsait onun hesabından silinməmiş, dondurulmuş borc olaraq sistemdə saxlanılmış, sayğacın onun adından çıxarılaraq X1 adına keçirilən zaman sistemdə borcun mövcud olduğu bildirilmiş və nəticədə xx.xx.2022-ci il tarixində qeyd edilən 547 manat məbləğ məcbur və əsassız olaraq ona ödətdirilmişdir. Tərəfindən Azərişıq idarəsinə bir neçə dəfə yaxınlaşmağına və şifahi müraciət etməyinə baxmayaraq ondan əsassız olaraq tələb edilmiş və tərəfindən ödənilmiş 547 manat məbləğində vəsait ona geri qaytarılmamış və bunun yalnız məhkəmə qaydasında mümkün olacağı bildirilmişdir. İş materiallarına əlavə edilmiş elektrik enerjisi ilə bağlı Azərişıqdan aldığı hesabdan çıxarışdada borcun 2017-ci ildən öncəki tarixdə, yəni 2015-ci il tarixində yarandığı, hesabdan çıxarışda borcun silinməsi yazısı olsa da borc silinməmiş və xx.xx.2022-ci il tarixində tərəfindən 547 manat ödənilmişdir. Həmçinin hesabdan çıxarışda 2017-ci il 1 yanvar tarixindən etibarən elektrik enerjisinə sərf edilən məbləğlərin hər ay olaraq tam həcmdə ödənilməsi açıq aydın görünür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqişəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktıməhkəmə tərəfindən etibarsız hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-cimaddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Bunları nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi iddianı qəbul etmədi və göstərdi ki, həmin borc iddiaçı tərəfindən qəbul olunub və ödənilmişdir. Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iş üzrə iddiaçının və cavabdehin nümayəndələrini dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11ci maddəsinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. İş materiallarında olan abunə haqqından görünür ki, abunəçi X1 elektrik enerjisinə görə ETAİS-dən qalan borc 697,29 manat təşkil edir. Borcu qaçqın borcu kimi silinməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 23623 nömrəli qəbzdən görünür ki, İddiaçı "xxxx" ASC-yə 547 manat ödəmişdir. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1- 1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixində əsassız və məcburi qaydada İddiaçı ödətdirilmiş olan 547 manat məbləğində pul vəsaitini "xxxx" ASC-dən alınaraq İddiaçı ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar