Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-252/2022 05.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Guseinov Gasanın Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh qarşı lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC məhkəməyə müraciət edərək İddiaçı ASC ilə bağlanmış xx.xx.2021-ci il tarixli UNİ-3075 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyekti olan 2014cü il buraxılışlı **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobili mülkiyyətçi İddiaçı ASC-yə qaytarılması, 22 yanvar 2021-ci il tarixli UNİ-3075 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 21 aprel 2022-ci il tarixə 1578,65 manat əsas, 88,44 manat mükafat və 348,69 manat dəbbə pulu, cəmi 2015,78 manat borcu və ödənilmiş 40,56 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.İddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək lizinq obyekti olan 2014-cü il buraxılışlı **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobilin mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılması, 22 yanvar 2021-ci il tarixli UNİ- 3075 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1315,25 manat əsas borcu və ödənilmiş 40,56 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli UNİ-3075 saylı daxili lizinq müqaviləsinə əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışı, **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobil verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə N 3 ) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 17 aylıq müddətə hər ay sabit pul məbləği olmaqla 416,84 manat, ümumilikdə isə 7086 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.Ödənilməli olan ümumilikdə 7086 manatın 6487 manatı əsas məbləğ təşkil edir. Cavabdeh tərəfindən lizing şirkətinə sonuncu ödəniş carı ilin iyul ayında olmuş və onun 1315,25 manat borcu qalmışdır. Daxili lizinq müqaviləsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ödənişləri ödəməlidir. Müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq əsas borcu və ona hesablanmış faizləri ödəmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasinın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa İnsan hüquqları məhkəməsi “Loizida Türkiyəyə qarşı” işdə qeyd edilir ki, “mülkiyyətdən maneəsiz istifadə hüququnun həyata keçirilməsinə həm hüquqi, həm da faktiki maneələr Konvensiyanın pozuntusunu təşkil edir”.Bu məsələyə konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci norması, yəni dinc istifadə hüququ kontekstindən yanaşmaq lazımdır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qusurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 449.1-ci maddəsinə əsasən,özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onun qaytarmaqdan boyun qacırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə həmin vəsaitin məbləğindən faizləri ödənilməlidir. Azərbaycan Respublikası MM-in 449.4-cü maddəsinə əsasən, özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Beləliklə cavabdeh lizinq müqaviləsi üzrə öhdəliyini icra etmədiyi üçün onun xx.xx.2021-ci il tarixə 1578,65 manat əsas borcu, 88,44 manat mükafat borcu və 348,69 manat dəbbə pulu, cəmi 2015,78 manat borcu var. Göstərilənləri nəzərə alaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddianı qəbul etmədi və göstərdi ki, iddiaçı ilə razılığa gəlmişlər ki, o, qalan 700 manat borcu ödəsin və iddiaçı iddiadan imtina edəcək. Lakin iddiaçı yenə məhkəməyə müraciət etmişdir.Bunu nəzərə alaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, işin materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 22 yanvar 2021-ci il tarixli UNİ-3075 saylı daxili lizinq müqaviləsinə (Əlavə N 1 ) əsasən Cavabdeh müvəqqəti sahiblik və istifadəsinə İddiaçı ASC-nin mülkiyyətində olan 2014-cü il buraxılışı, **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli gümüşü rəngli avtomobil verilmişdir. Daxili lizinq müqaviləsinin ayrılmaz tərkib hissəsi olan Lizinq ödənişləri cədvəlinə (Əlavə № 3 ) əsasən Cavabdeh illik 12 % hesablanmaqla 17 aylıq müddətə hər ay sabit pul məbləği olmaqla 416,84 manat, ümumilikdə isə 7086 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür.Ödənilməli olan ümumilikdə 7086 manatın 6487 manatı əsas məbləğ təşkil edir. 22 yanvar 2021-ci il tarixli təhvil-təslim aktına əsasən Cavabdeh İddiaçı ASC-nin mülkiyyətində olan **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı avtomobilin təhvil-təslim aparmışlar. Daxili lizinqi müqaviləsinin 1.1-ci bəndinə görə, lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə lizinq alan bu müqavilə ilə müəyyən edilmiş lizinq ödənişləri ödəməlidir. Daxili lizinqi müqaviləsinin 1.3-ci bəndinə görə, lizinq ödənişləri məbləği ödənilməsi qaydası və müddətləri müqavilənin ayrılmaz tərkib hissəsi olan lizinq ödənişlərinin cədvəlində (Əlavə 3) müəyyən edilir. Daxili lizinqi müqaviləsinin 7.2-ci bəndinə görə, lizinq alan lizinq ödənişlərini müqavilə ilə müəyyən edilən müddətdə tam həyata keçirmirsə, lizinq alan lizinq verənə hər gecikdirilmiş təqvim günü üçün vaxtında ödənilməmiş məbləğdən 0,3 % miqdarında dəbbə pulu ödəyir. İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda (pretenziya məktubunda) göstərilir ki, 22 yanvar 2021-ci il tarixli UNİ-3075 saylı daxili lizinq müqaviləsi üzrə borcu yaranmışdır. Lizinq müqaviləsinin şərtləri pozulduğu üçün həmin müqavilənin 9-cu bəndinə əsasən müqavilə birtərəfli qaydada ləğv ediləcək, lizinq obyektinin qaytarılması və yaranmış borc məhkəmə qaydasında tələb ediləcəkdir. Daxili lizinq müqaviləsinə əsasən Cavabdeh illik 12 % hesablanmaqla 17 aylıq müddətə 7086 manat məbləğində pulu İddiaçı ASC-nin hesabına ödəməyi öhdəsinə götürmüşdür. . İş materiallarında olan maliyya arayışdan görünür ki, Cavabdeh 22 yanvar 2021-ci il tarixli UNİ-3075 saylı daxili lizinq müqaviləsi üzrə xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 1578,65 manat əsas, 88,44 manat mükafat və 348,69 manat dəbbə pulu, cəmi 2015,78 manat borcu var. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 747-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Azərbaycan Respublikası MM-in 748-1.12.4-cü maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 748-2.5-ci maddəsinə əsasən maliyyə lizinqi zamanı lizinq obyektinə mülkiyyət hüququ, əgər maliyyə lizinqi müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, bütün lizinq ödənişlərinin verilməsi şərti ilə müqavilə müddəti başa çatmazdan əvvəl lizinq alana keçir. Azərbaycan Respublikası MM-in 748-7.1-ci maddəsinə əsasən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Azərbaycan Respublikası MM-in 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Azərbaycan Respublikası MM-in 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Azərbaycan Respublikası MPM-in 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-in 217-cı maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Lizinq obyekti olan 2014-cü il buraxılışlı **-AE-*** dövlət qeydiyyat nişanlı “Daewoo Gentra” markalı, XWB5V319DEA590954 ban, 0544 mühərrik nömrəli, gümüşü rəngli avtomobil mülkiyyətçi İddiaçı ASC-yə geri qaytarılsın. 22 yanvar 2021-ci il tarixli UNİ-3075 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektinin müvəqqəti sahiblik və istifadə edilməsinə görə 1315,25 manat əsas borc və ödənilmiş 40,56 manat dövlət rüsumu Cavabdeh İddiaçı ASC-nin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-252/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-252/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver