Məhkəmə qərarları › İş №e-2(028)-265/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-265/2022

03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-265/2022 03.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X5 Ruvinovun sədrliyi İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1425 manat vurulmuş zərər və 34,25 manat ödənilmiş dövlət rüsumu, cəmi 1459,25 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Kia Optima” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobil 03.02.2019-cu ildən 03.02.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.Sığortalı ilə 03.02.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır.08.10.2019-cu il tarixdə cavabdeh idarə etdiyi “Kia Optima” markalı **-TT-*** dövlət nömrə nişanlı avtomobillə Sumqaytı şəhəri, Sahil-Corat yolu, “Amore” restoranın yaxınlığında yerləşən Daxili İşlər Nazirliyinə məxsus STŞ-075 nömrəli videomüşahidə nöqtəsi ilə toqquşmuşdur.Cavabdeh hadisə yerindən yayınmışdır.Həmin hadisə ilə bağlı Sumqaytı ŞPİ-nin DYPŞ tərəfindən 24.10.2019-cu il tarixində AP0149713 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünnün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Sumqaytı ŞPİ-nin DYPŞ-in 24.10.2019-cu il tarixli TP3317929 nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikasının İXM-nin 327.1-ci və 327.6-cı (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünnün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən 10.10.2019-cu il tarixində verilmiş akta əsasən yol-nəqliyyat hadisəsi zamanı videomüşahidə nöqtəsinə 1425 manat məbləğində ziyan dəymişdir.İddiaçı 17.01.2020-ci il tarixində ********* saylı ödəniş tapşırığı ilə 1425 manat məbləği "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialına ödəmişdir. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə görə avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı tərtib edilən İnzibati Xəta haqqında AP0149713 saylı 24.10.2019-cu il tarixli protokolun surətindən görünür ki, KİA markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edən İbrahimov X1 hərəkətdə olarkən manevr qaydalarını pozmuş, nəticədə maneələrə dəymişdir.Sürücü hadisə yerini tərk etmişdir.Nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətalar törədilmişdir.Xəta nəticəsində Azərbaycan Respublikası DİN BİKİ-yə maddi zərər yetirmişdir. 24.10.2019-cu il tarixli TP3317929 saylı İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, 08.10.2019-cu il tarixli AP0149713 nömrəli protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh 08.10.2019-cu il tarixdə 01:00-da Sahil küçəsində KİA Optima minik markalı **-TT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə əks istiqamətdə hərəkət zolağına çıxmadan manevr etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir.Buna görə Cavabdeh 100 manat məbləğində cərimə edilməsi barədə tənbeh növü tətbiq edilmişdir. 3163 saylı, 04.11.2019-cu il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, KİA markalı, **-TT-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X3r.Hadisə baş verdiyi anda (08.10.2019-cu il tarixdə) isə sürücü Cavabdeh olmuşdur.Sürücülük vəsiqəsi var.Sürücü barədə inzibati qaydada icraat başlanmışdır.Yolnəqliyyat hadisəsinin növü-maneəni vurma. PXA********** nömrəli 03.02.2019-cu il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X2 KİA Optima markalı, 90TT982 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də sığortalanmışdır.Müqavilənin qüvvədən düşmə tarixi 03.02.2020-ci il. Sürücülük vəsiqəsinin elektron surətindən görünür ki, KİA Optima markalı, 90TT982 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi 08.03.2019-cu il tarixdən 15.07.2021-ci il tarixədək X4 (etibar edən) tərəfindən Cavabdeh (etibar edilən) etibar edilmişdir. Sumqayıt şəhər Polis İdarəsinin Dövlət X9 Cavabdeh verdiyi izahatından görünür ki, 08.010.2019-cu il tarixdə saat 00:20 radələrində idarə etdiyi KİA Optima markalı, 90TT982 dövlət qeydiyyat nişanlı avtomobillə Sahil küçəsi ilə hərəkət edən zaman Amor istirahət mərkəzinə çatanda telefonuna zəng gəlmiş, bir anlıq başı qarışdığından yola baxarkən əks istiqamətdə yolda olduğunu görüb.Sükanı sağa çəkib və idarəetməni itirib.Dirəyə dəyib.Avtomobildən düşüb ətrafa baxış keçirtdikdən sonra hadisə yerinə evakuator çağırıb avtomobili hadisə yerindən kənarlaşdırıb.Hadisə barədə yol polisinə heç bir məlumat verməyib.Hadisə zamanı avtomobildə xəsarət alan olmayıb. “Ekin Texnologiya A.Ş” şirkətinin 10.10.2019-cu il tarixli aktından görünür ki, Sumqayıt şəhəri Sahil-Corat yolu Amor istirahət mərkəzinin yanında yerləşən STŞ-075 nömrəli video müşahidə nöqtəsi 08.10.2019-cu il tarixində yol nəqliyyat hadisəsi zamanı zərər görmüşdür. Hadisə zamanı video müşahidə nöqtəsinə dəyən maddi zərər bu cürə götərilmişdir: 1.yeni dirəyin alınması, dirəyin dəyişdirilməsi üçün sökülməsi, təkrar quraşdırılması və nəqliyyat xərcləri 1075 manat; 2.beton özülün qoyulması 350 manat.Ümumilikdə video müşahidə nöqtəsinə dəyən zərərin məbləği 1425 (bir min dörd yüz iyirmi beş) manatdır (ƏDV daxil deyildir). "xxxx" ASC-nin PXA57146 saylı sığorta aktından görünür ki, 08.10.2019-cu il tarixdə 01:00 saatda Babək prospekti Sumqayıt sığortalanmış KİA Optima markalı, 90TT982 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək DİN məxsus STŞ-075 nömrəli video müşahidə nöqtəsinə dəymişdir. Dəymiş zərər “Ekin Texnologiya A.Ş” şirkətinin təqdim etdiyi akta uyğun olaraq 1425 manat təşkil edir. 12.04.2022-ci il tarıxli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən PXA57146 saylı sığorta aktına əsasən “X7 və Ticarət A.Ş” şirkətinə ödəniş etmişdir. 05/01-94 saylı 30.01.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh Cəmiyyətə 1425 manat zərərə görə borclu olduğunu məlumatlandırşımdır.Bildirilmişdir ki, subroqasiya hüququna əsasən ödənilmiş əvəz miqdarında olan 1425 manat zərər 7 (yeddi) təqvim günü ərzində "xxxx" ASC-yə qaytarılmalıdır.Əks halda məhkəməyə müraciət olunacaqdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinin tələbinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1425 manat vurulmuş zərər və 34,25 manat ödənilmiş dövlət rüsumu, cəmi 1459,25 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar