Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-30/2023 26.01.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun nunsədrliyi, Quliyeva Reyhan Cəmil qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdeh «Azəriqaz» İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt əsasında ona məxsus Sumqayıt şəhəri yaşıldərə yeni yaşayış massivi 2-ci məhəllə ərazisində yerləşən 486 saylı fərdi yaşayış evinə hesablanmış (abunə kodu:**********048600) 1036,8 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndəsi iddia tələbini müdafiə edərək göstərdi ki, xx.xx.2022-ci il tarixli, ******* nömrəli Akt əsasında Sumqayıt şəhəri, Yaşıldərə yeni yaşayış massivi, 2-ci məhəllə ərazisində yerləşən 486 saylı fərdi yaşayış evinə 8640 m3 sərfiyyat hesablanmışdır (abunə kodu: **********048600). Abonent saldosuna əsasən borc 1036,80 manat təşkil edir. Belə ki, Sumqayıt QİS tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli Dəymiş ziyanın bərpasına dair tələbnamədən və xx.xx.2022-ci il tarixli, ******* nömrəli AKT-ın surətindən görünür ki, aşkar olunmuş nöqsanlar barədə qeyd olunur.Sənayə və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasının Qaz sayğacının yoxlanılması barədə xx.xx.2022-ci il tarixli, 29/1710- 03320-11702AZ**********62. 12317625 nömrəli plomb kəsilərək G-4SM/5858 saylı açılmış, sayğaca baxış keçirilmiş, sayğacın çıxış plastmas borusu deşilib, sayğacın klapanı sınıqdır. Xətalar normadan artıqdır. Sayğac minimal sərfiyyatda -100% nisbi xətayla işləyir. Kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirilmiş, plastmas boruda deşik aşkar olunmuşdur. Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsızdır. Bildirilir ki, onun yaşadığı evə qazdan istifadə üçün quraşdırılmış sayğac evin içərisində deyil, çöldə yerləşir. QİS-nin əməkdaşları istədikləri vaxt ona baxış keçirtmək imkanı var. Onun sayğacın salamatlığına nəzarət etməsi mümkün deyil. Cavabdeh tərəfindən 8640m3 sərfiyyat hesablansa da, bunun heç bir hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.9-cu bəndinə əsasən İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. İddiaçının evində quraşdırılmış sayğacın yararsız vəziyyətə düşməsində təqsiri olmadığına görə hesab edirik ki, cavabdeh tərəfindən iddiaçıya borc hesablanması qanunsuzdur. Qeyd olunanlara əsasən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh «Azəriqaz» İB-nin nümayəndəsi iddianı qəbul etmədi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonentin saldosundan görünür ki, 2022-ci il tarixə İddiaçı qalıq və aktlar üzrə 1036,80 manat borcu var. İş materiallarında olan Azərbaycan Respublikası DNŞ-nin «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, 11702AZ**********62 nömrəli G-4 SM/5858 saylı qutu açıldı.Sayğaca baxış keçirildi. Sayğacın çıxış plastmas borusu deşilib.Sayğacın klapanı sınıqdır.Hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir.Sayğac istismara yararsızdır. İş materiallarında olan «Azəriqaz» İB-yi tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı aktından görünür ki, xx.xx.2022-ci ildə Metrologiya Departamentinin rəyə əsasən 11702AZ**********62 nömrəli G-4 SM/5858 saylı qutu açıldı.Sayğaca baxış keçirildi.Sayğacın çıxış plastmas borusu deşilib.Sayğacın klapanı sınıqdır.Hesablama mexanizmi minimal sərfiyyətda keçən qazın həcmini qeyd etmir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı nümayəndəsi keçirilən ilkin mediasiya sessiyasında iştirak etdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti «Azəriqaz» İB keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdi. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üşün 50 manat məbləğində mediasiyaya dair xərci ödədi. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğaçları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydalarının 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaçlarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydalarının 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin qaydalarının 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə qaydalar”nın 6.5-ci bəndinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Sumqayıt Apellyasiya Məhkəməsi xx.xx.2021-ci il tarixli qətnaməsində göstərmişdir ki, fiziki şəxs qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə ümumiyyətlə məsuliyyət daşımır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, sayğaca cavabdeh tərəfindən müdaxilə halı müəyyən edilmədiyindən, sayğac yaşadığı evdən kənarda yerləşdiyindən, itirilmiş qazın bərpası məqsədi ilə iddiaçı tərəfindən cavabdehin abuna koduna borcun hesablanması əsassız olmuşdur. Məhkəmədə qaz sayğacının zədələnməsinin məhz iddiaçının təqsiri üzündən baş verməsini təsdiq edən mötəbər, inandırıcı və təkzibolunmaz sübutları cavabdeh təqdim etməmişdir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli Akt əsasında İddiaçı məxsus Sumqayıt şəhəri yaşıldərə yeni yaşayış massivi 2-ci məhəllə ərazisində yerləşən 486 saylı fərdi yaşayış evinə hesablanmış (abunə kodu:**********048600) 1036,8 manat borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-30/2023
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-30/2023
26.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver