Məhkəmə qərarları › İş №e-2(028)-303/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-303/2023

21.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-303/2023 21.06.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X2 Ruvinovun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 Cavabdeh iştirakları ilə İddiaçı ASC-nin Cavabdeh oğluna qarşı kommunal xərclərlə bağlı tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 567,71 manat borcun və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək tələbə etiraz etmişdir. Qubadlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadına əsasən sadələşdirilmiş icraat qaydasında verilmiş ərizə ümumi müddəalara uyğun olaraq iddia icraatına keçirilmişdir. İddiaçı ASC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, İddiaçı ASC tərəfindən Cavabdeh (abonent kodu:**********000) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdehin əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə xx.xx.2023-cü il tarixinə 567,71 manat borcu yaranmışdır.Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri sayğac göstəricilərinə uyğun olaraq müəyyən edilir. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini ödəməmiş, nəticədə iddiaçıya borcu yaranmışdır.Cəmiyyət tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Cavabdeh barəsində Sumqayıt şəhər Bələdiyyəsi Yeni Yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə komitəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 1248 nömrəli arayışdan görünür ki, ünvan 1 ünvanında 1 (bir) nəfər qeydiyyatdadır.53 Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərdi ki, iddia əsassızdır.İddiaçı ondan su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 567,71 manat borcun və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasını iddia edir.İddia tələbini qəbul etmir.Belə ki, onun iddiaçı təşkilata borcu yoxdur.İddiaçının qeyd etdiyi və **********000 abonent kodu olan ünvan yaşayış üçün yararsız bir tikilidir və o, arabir bu tikiliyə baş çəkmişdir.Daimi olaraq isə ünvan 2 ünvanında yaşayır.Bu səbəbdən də heç kim bu vaxta kimi ondan sudan istifadə ilə bağlı pul tələbi etməmiş, yaşadığı ünvana bildiriş gəlməmişdir.Hətta cavabdeh bu tikili istifadəsiz olduğu üçün ora sayğac da quraşdırmamışdır.Təxminən 2 ay bundan qabaq o, iddiaçı təşkilatda olmuş və ərizə ilə müraciət edərək həmin ünvana sayğac quraşdırılmasını xahiş etmişdir.Onun bu ərizəsini təmin etmək əvəzinə ona qarşı hazırki iddia qaldırılmışdır. Qarşı tərəf xx.xx.2023-cü il tarixə onun onlara borcunun olduğunu bildirir.Halbuki qeyd etdiyi kimi o, sudan istifadə etməmişdir.O, son 2 ayda həmin tikiliyə gəlmiş və orada təmir-abadlaşdırma işləri aparmaqla yaşamağa qərar vermiş və buna görə də cavabdehdən sayğac quraşdırılmasını xahiş etmişdir. Ondan 567,71 manat pulun tələbi tam əsassızdır.O, 2 ay bundan qabaq sayğacın dəyəri kimi 180 manat vəsait də ödəyib.İddia tələbini əsassız sayır.Məhkəmədən iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı ASC-nin Abonent kartının surətindən görünür ki, abonent kodu **********000 olan Cavabdeh su və çirkab sularına görə 2016-cı il üzrə 538,21 manat və 2017-ci il üzrə 29,5 manat, cəmi 567,71 manat borcu vardır. Sumqayıt Bələdiyyəsi Yeni Yaşayış massivinin 8-ci məhəlləsi üzrə 1 saylı məhəllə üzrə Komitəsinin 1248 saylı xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Cavabdeh həqiqətən Sumqayıt şəhəri Yeni yaşayış massivi 8-ci məhəllə üzrə 1 saylı məhəllədə 769 saylı evdə yaşayır. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, Cavabdeh İddiaçı ASC tərəfindən borcu barəsində məlumatlandırılmışdır.Bildirilmişdir ki, borc öhdəliyi icra edilmədiyi halda qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət ediləcəkdir. Məhkəmənin elektron portaldan etdiyi çıxarışdan görünür ki, Cavabdeh qaçqın və məcburi köçkün statusuna malikdir. Azərbaycan Respublikası Tarif (Qiymət) Şurasının İddiaçı ASC-nin sudan istifadə və tullantı sularının axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m3 müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2011-ci il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,30 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,06 manat, Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2021-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, “Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır”. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 62ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “ Sudan istifadə qaydalarının” 4.1.3. bəndinə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. Qaydaların 7.4-cü bəndinə uyğun olaraq Əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 23 yanvar 2017-ci il tarixli Fərmanının 1-1-ci bəndinə əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunsun. xx.xx.2016-cı ilə qədər məcburi köçkünlərin borcun silinməsi barədə Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən limitdən artıq istifadə olunan elektrik enerjisinin dəyəri silinməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi Abonent kartının surətindən görünür ki, cavabdehin 2016-cı il üzrə 538,21 manat borcu olmuşdur. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərinə görə yaranmış 29,50 manat borc İddiaçı ASC-nin xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar