Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-321/2025 13.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1510 manat pul vəsaiti və 35 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində saat 14:30 radələrində Bakı şəhəri, Sulutəpə dairəsi ərazisində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5208579 №-li İnzibati təbeh vermə haqqında qərarına əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki, “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 990 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA114978/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 990 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Həmçinin xx.xx.2022-ci il saat 15:15 radələrində Sumqayıt şəhəri, Z.Hacıyev küçəsi ilə C.Məmmədquluzadə küçələrinin kəsişməsində Cavabdeh idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Mercedes Benz C230” markalı, **-TX- *** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Tucson” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi zərər dəymişdir. DYPİ-nin əməkdaşı tərəfindən tərtib edilmiş TP5030072 №-li İnzibati təbeh vermə haqqında qərara əsasən Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddəsi (yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsiyerindən yayınması) nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinmişdir. Təqdim edilmiş Qüsur aktında göstərilmişdir ki,“Hyundai Tucson” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş maddi zərər 520 manat təşkil edir. Bununla əlaqədar olaraq, "xxxx" ASC tərəfindən iş üzrə PXA110564/22 saylı sığorta aktı tərtib edilməklə zərərçəkənə dəymiş zərərə görə 520 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdi. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdeh ünvanda yaşamadığı üçün məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İnzibati xəta haqqında İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokola əsasən sürücü Cavabdeh “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati tənbeh vermə haqqında TP5208579 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən sürücü Cavabdeh “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə saat 15:15-də Sumqayıt şəhəri, Z.Hacıyev-C.Məmmədquluzadə küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verəndə mülkiyyətçisi X13 olan “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Zərər mülkiyyətçisi X5 olan “Hyundai Tucson” minik markalı, **-ND-*** dövlət nömrə nişanlı maşına dəymişdir. Hadisə zamanı həmin nəqliyyat vasitəsi X5 tərəfindən idarə olunmuşdur. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə saat 14:30-da Binəqədi yolunda yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verəndə mülkiyyətçisi X6 olan “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Zərər mülkiyyətçisi X11 olan “Ford Transit” markalı, **-BV- *** dövlət nömrə nişanlı maşına dəymişdir. Hadisə zamanı həmin nəqliyyat vasitəsi X3 tərəfindən idarə olunmuşdur. PXA********** saylı xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülkiyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən X8 məxsus “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Şəhadətnamənin qüvvədən düşmə tarixi – xx.xx.2023-cü il. PXA110564 saylı Sığorta Aktının surətinə əsasən sığortlanmış “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Hyundai Tucson” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Akta əsasən sığorta predmetinə 520 manat ziyan dəymişdir. Sığorta ödənişi X2 AZ43HAJCFCRAZN**********9001 saylı hesab nömrəsinə köçürülməlidir. PXA114978 saylı Sığorta Aktının surətinə əsasən sığortlanmış “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı avtomobil “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Akta əsasən sığorta predmetinə 990 manat ziyan dəymişdir. Sığorta ödənişi X1 AZ17HAJC******************** saylı hesab nömrəsinə köçürülməlidir. "xxxx" MMC-nin “Dəymiş zərərin hesablanmasına dair aktı”na “Hyundai Tucson” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə vurulan ziyana və görülən işlərə görə cəmi 520 manat ödənilməlidir. İlkin və ya Yekun aktına əsasən “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə vurulan ziyana və görülən işlərə görə cəmi 990 manat ödənilməlidir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Z.Hacıyev-C.Məmmədquluzadə küçələrinin kəsişməsində şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Mercedes Benz C230” markalı, **-TX-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Hyundai Tucson” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Dəymiş zərər tərəflərindən zərərçəkənə ödənilmişdir. Ondan tərəflərindən ödənilmiş 520 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlığa əsasən xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Sulutəpə dairəsi ərazisində şirkət tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin sığortası növü üzrə PXA********** nömrəli sığorta şəhadətnaməsi əsasında icbari qaydada sığortalanmış “Mercedes Benz C230” markalı, **-TX- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilərkən yolnəqliyyat hadisəsi törədilmiş və nəticədə “Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Dəymiş zərər tərəflərindən zərərçəkənə ödənilmişdir. Ondan tərəflərindən ödənilmiş 990 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir. "xxxx" ASC-nin Ödəniş tapşırığının surətinə əsasən PXA110564 saylı akt üzrə AZ43HAJCFCRAZN**********9001 saylı hesab nömrəsinə 520 manat ödənilmişdir. "xxxx" ASC-nin Kart hesabından çıxarışına əsasən AZ17HAJC******************** saylı hesab nömrəsinə 990 manat ödənilmişdir. "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 35 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə baş vermiş yol nəqliyyat hadisələri nəticəsində Sumqayıt DYPŞ-si və X16 xidməti inspektoru tərəfindən Cavabdeh barəsində İXM-nin 327.1 və 327.6-cı maddələrinin tələblərini pozduğuna görə İnzibati tənbeh vermə haqqında protokol və İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərarlardan şikayət verilməmiş və qanuni qüvvəyə minmişdir. Cavabdeh Sumqayıt DYPŞ-də verdiyi izahatında “Hyundai Tucson” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmasını etiraf etmiş, digər yol nəqliyyat hadisəsi zamanı (“Ford Transit” markalı, **-BV-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşarkən) isə hadisə yerindən yayınaraq ifadə verməmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 1510 manat pul vəsaiti və 35 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-321/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-321/2025
13.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver