Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-334/2025 18.06.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X4 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2443 manat pul vəsaiti və 44 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixində saat 17:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində tərəfilərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21074 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş, nəticədə “Vaz 2107 minik” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymiş, sonuncu nəqliyyat vasitəsində sürücü qismində olan X10 isə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almışdır. Mingəçevir Şəhər Məhkəməsi tərəfindən qəbul edilmiş 1(051)-105/2023 saylı hökmə əsasən Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Hadisə üzrə tərtib edilmiş Qüsur aktında göstərilmişdir ki, “Vaz 2107 minik” markalı **- BC-*** dövlət nömrə nişanlıavtomobilə vurulmuş maddi zərər 1886 manat təşkil edir. “İcbari sığortalar haqqında Qanunun” 58.3-2-ci maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığınına zərər vurduğu halar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA155172 saylı sığorta aktı tərtib edilməklə “Vaz 2107 minik” markalı 06-BC424 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə proposianallıq nəzərə alınmaqla 943 manat məbləğində sığorta ödənişi ödənilmiş və PXA155173 saylı sığorta aktı tərtib olunmaqla sürücü qismində olan X6 aldığı xəsarətə görə isə sonuncunun hesabına 1500 manat sığorta ödənişi ödənilmişdir (ümumilikdə 2443 manat). Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi cavabdehin elektron kabinetinə yerləşdirilmiş, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2023-cü il tarixdə saat 17:00-da Mingəçevir şəhəri, H.Əliyev prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verəndə mülkiyyətçisi X12 olan “Vaz 21074 minik” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Zərər mülkiyyətçisi X5 olan “Vaz 2107 minik” markalı 06-BC424 dövlət nömrə nişanlı maşına və onun sürücüsünə dəymişdir. Hadisə zamanı həmin nəqliyyat vasitəsi X10 tərəfindən idarə olunmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-105/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 1 il 6 ay müddətə nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə bir il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hökmdə qeyd edilir ki, Cavabdeh 15.01.202-cü il tarixdə saat 17 radələrdə Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozara həmin maddələrin tələblərinə əsasən hərəkət təhlükəsizliyi üçün qorxu törədən alkoqol maddənin təsiri altında nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbiri görməli olduğu halda həmin tələblərə əməl etməyib alkoqollu içkilərin qəbulu nəticəsində yüngül dərəcəli sərxoş halda, B1, B, C1, C dərəcəli sürücülük vəsiqəsi ilə etibarnamə əsasında idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan “Vaz 21074” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı avtomobili Mingəçevir şəhərinin H.Əliyev prospekti ilə asfalt yolla şəhərin Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkət etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbini pozaraq, həmin maddənin tələblərinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqələri daxilində 60 km/saat sürətdən artıq olmayan sürətlə idarə etməli olduğu halda buna əməl etməyib gəldiyi 60 km/saat sürətdən artıq sürətlə hərəkətini davam etdirərək yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, şəhərin H.Əliyev prospektində yerləşən 6 saylı orta məktəbin inzibati binasının bərabərliyindəki asfalt yolda bu zaman şəhərin H.Əliyev prospekti ilə Yevlax rayonu Xaldan qəsəbəsi istiqamətində hərəkətdə olan və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-cı maddəsinin 1-ci və 6- cı hissələrinin tələblərini pozaraq yolun sol hissəsi ilə kənar vəziyyəti tutmadan sola dönmək istəyən sürücü X6 idarə etdiyi “Vaz 2107” markalı **- BC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol qapısının qanad hissəsi ilə birləşən yerindən öz idarə etdiyi avtomobilin qabaq sağ qanad hissəsi ilə vuraraq toqquşmuş, nəticədə “Vaz 2107” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X3 körpücük sümüyünün qapalı yerdəyişən sınığının əmələ gəlməsi ilə nəticələnən ağırlıq dərəcəsinə görə sağlamlığı uzun müddətə müvəqqəti pozduğundan ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X1 az ağır zərər vurulmasına səbəb olan alkoqollu içkilərin qəbulu nəticəsində sərxoş halda yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Cavabdeh ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 Publik hüquqi şəxsin Canlı şəxsin ekspertizasına dair 44 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən X6 məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarət : sol körpücük sümüyün qapalı yerdəyişən sınığı, ənsənin yarası, qərarda gösətirlən müddətdə və şəraitdə xx.xx.2023-cü il tarixdə avtoqəza nəticəsində yetirilməyə uyğundur. Ağırlıq dərəcələrinə görə sol körpücük sümüyünün qapalı yerdəyişən sınığı sağlamlığı uzun müddətə poduğundan sağlamlığa az ağır zərər vurmaya aiddir. Ənsə nahiyyəsinin yarası sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan yüngül zərər vurmaya aiddir. PXA********** saylı xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülkiyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən “Vaz 21074” markalı, **-ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Şəhadətnamənin qüvvədən düşmə tarixi – xx.xx.2023-cü il. PXA155172 saylı Sığorta Aktının surətinə əsasən sığortlanmış “Vaz 21074” markalı, **- ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhəri, H.Əliyev prospektində “Vaz 2107” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Akta əsasən sığorta predmetinə 1886 manat ziyan dəymişdir (zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair Akt). Sığorta ödənişi X6 AZ53HAJCFCRAZN**********5001 saylı hesab nömrəsinə köçürülməlidir. PXA155173 saylı Sığorta Aktının surətinə əsasən sığortlanmış “Vaz 21074” markalı, **- ZM-*** dövlət qeydiyyat nişanlı avtomobil Mingəçevir şəhəri, H.Əliyev prospektində “Vaz 2107” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. X2 az ağır dərəcəli xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya MTE və PA ETT birliyinin ekspert rəyinə əsasən Pərviz Nəbiyevin sağlamlığına 1500 manat həcmində zərər dəymişdir. Sığorta ödənişi sonuncunun AZ53HAJCFCRAZN**********5001 saylı hesab nömrəsinə köçürülməlidir. "xxxx" ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində Mingəçevir şəhəri, H.Əliyev prospektində tərəfilərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “Vaz 21074 minik” markalı, **- ZM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən sərxoş vəziyyətdə idarə edilərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə “Vaz 2107” markalı **-BC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi zərər dəymiş, sonuncu nəqliyyat vasitəsində sürücü qismində olan X10 isə sağlamlığının qısa müddətdə pozulmasına səbəb olan az ağır dərəcəli bədən xəsarəti almışdır. Dəymiş zərər tərəflərindən zərərçəkənə ödənilmişdir. Ondan tərəflərindən ödənilmiş 2443 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli 12274 saylı və 12275 saylı Ödəniş tapşırıqlarına əsasən X6 AZ53HAJCFCRAZN**********5001 saylı hesab nömrəsinə 1500 manat (PXA155173 saylı Sığorta Aktı üzrə) və 943 manat (PXA155172 saylı Sığorta Aktı üzrə) Cəmiyyət tərəfində pul köçürülmüşdür. "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 44 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 25.1.2-ci maddəsinə əsasən bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi, həmçinin qeyd olunan maddələrdən istifadənin müəyyənləşdirilməsi ilə bağlı səlahiyyətli orqan tərəfindən aparılan müayinədən boyun qaçırması halında sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, Əhmədzadə X7 Şəhər Məhkəməsinin 1(051)-105/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən baş vermiş yol nəqliyyat hadisəsində ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir və məhkəmədə təqsiri sübuta yetirilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 2443 manat pul vəsaiti və 44 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-334/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-334/2025
18.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver