Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-353/2022 28.06.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı Cavabdeh qarşı borc tələbinə dair sadələşdirilmiş icraat qaydasında verilmiş ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 848 manat əsas, 80 manat cərimə, cəmi 928 manat borcun və 30 manat dövlət rüsumunun, ümumilikdə 958 manatın xeyrinə tutulması barədə qətnamə çıxarılmasına dair iddia ərizəsi ilə Qubadlı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlərin qəbul olunmasından imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş 23115 saylı xx.xx.2020-ci l tarixli alqı-satqı müqaviləsi tam şəkildə məhkəməyə göndərilməmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Aylıq ödəniş cədvəli (Əlavə 1) və Təhvil-təslim aktı (Əlavə 2) Cavabdeh tərəfindən deyil, alıcı kimi qeyd edilmiş X3 tərəfindən imzalanmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-4.1.3-cü maddəsinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa, məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir. Həmin Məcəllənin 284-4.2-ci maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-cü maddəsini rəhbər tutaraq məhkəmə, qərara aldı: İddiaçı Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul olunmasından imtina edilsin. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin məhkəmə tərəfindən qəbul edilməsindən imtina haqqında qərardaddan şikayət verilə bilməz. Sadələşdirilmiş icraat qaydasında verilmiş ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. HAKİM RƏŞAD QOŞQARLİ
Məhkəmə qərarları › İş №e-2(028)-353/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-353/2022
28.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver