Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-357/2025 17.09.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X10 Mübariz oğlunun sədrliyi, Rzayeva Lamiyə Azər qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 1500 manat məbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 35 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə ünvanlanmış ərizədə iddiaçının nümayəndəsi işə iştirakları olmadan baxılması və iddianın təmin edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində, saat 19:00 radələrində Sumqayıt şəhəri, Bakı küçəsi rayonu ərazisində Cavabdeh3 məxsus, Cavabdeh1 sürücülük vəsiqəsi olmadan idarə etdiyi və tərəflərindən PXA********** saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X5 az ağır bədən xəsarəti almışdır. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən tərtib edilmiş 1(060)-210/2023 saylı inzibati tənbeh vermə haqqında qərara əsasən Cavabdeh1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişdir. Bununla əlaqədar olaraq "xxxx" ASC tərəfindən iş üzrə PXA142613/23saylı sığorta aktları tərtib edilməklə piyada qismində olan X3 dəymiş zərərə görə 1500 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, sığortalanmış “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı yüksək təhlükə mənbəyi olan nəqliyyat vasitəsi Cavabdeh3 mülkiyyətində olmuşdur. İstifadə hüququ isə Cavabdeh2 olmuşdur. Sonuncunun razılığı ilə Cavabdeh1 sürücülük vəsiqəsi olmadan idarə etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Cavabdehlər qanunla müəyyən olunmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri haqqında məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən zaman Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, o, İİ Qarabağ müharibəsi iştirakçısı olub. “VAZ 21074” markalı, **- GG-*** dövlət qeydiyyat nişanlı avtomobil onun sahibliyində olmuşdur. Həmin avtomobilə dair baş etibarnaməsi olmuş, baş vermiş hadisəsindən bir il sonra həmin avtomobili satmışdır. Hadisəni qardaşı törətmişdir. Hazırda qardaşı İsa cəzaçəkçmə müəssisəsində cəza çəkir. Onun barəsində narkotik vasitədən qanunsuz istifadəyə görə hökm çıxarılmışdır. xx.xx.2022-ci il tarixdə hadisə baş verəndə Cavabdeh1 onun xəbəri olmadan dönərçi işlədiyi məkanın yanında onun iş yerindən avtomobilin açarlarını götürərək sürmüş və nəticədə bu hadisəni törətmişdir. Həmin vaxt qardaşı İsanın nə sürücülük vəsiqəsi olmuş, nə də ona etibarnamə vermişdir. Odur ki, iddia tələbini qəbul etməmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-210/2023 saylı xx.xx.2023-cü il tarixli hökmünə əsasən Cavabdeh1 xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmaqla nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan qardaşı X6 məxsus “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Sumqayıt şəhəri, 20 Yanvar küçəsində Bakı küçəsinə dönən zaman həmin qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmaqla, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda Sumqayıt şəhəri, Bakı küçəsindəyolu soldan sağa keçən piyada X4 avtomaşının qabaq sol tərəfi ilə vurub yıxmış, nəticədə piyada sağ said sümüklərinin aşağı 1/3-nin açıq yerdəyişən sınığı, saidin arxa səthinin yarası, alının hemotoması, sol gözətrafının, sağ budunun qançırı ilə çüşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səəbəb olan sağlamlığa az ağır zərər vurmaya aid olan xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. Cavabdeh1 Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idaretmə hüquqlarından məhrum edilməklə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2022-ci il tarixdə saat 19:00-də Sumqayıt şəhəri, Bakı küçələrinin kəsişməsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verəndə mülkiyyətçisi Cavabdeh3 olan “VAZ 21074” markalı, **-GG- *** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh1 idarə etmişdir. X1 az ağır dərəcədə xəsarət dəymişdir. PXA********** saylı xx.xx.2022-ci il tarixli İcbari sığorta müqaviləsinə dair məlumatlara əsasən sığortalı Cavabdeh2 məxsus “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Müqavilənin qüvvədən düşmə tarixi – xx.xx.2023-cü il. "xxxx" ASC-nin PXA142613 saylı xx.xx.2022-ci il tarixli Sığorta aktına əsasən xx.xx.2022-ci il tarixdə saat 19:00-da Sumqayıt şəhəri, Bakı küçəsində sığortalanmış “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində piyada X5 az ağır dərəcədə xəsarət almışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məhkəmə tibbi ekspertiza və patoloji anatomiya MTE və PA ETT birliyinin ekspert rəyinə əsasən 1500 manat maddi ziyan vurulmuşdur. Sığorta məbləği alan X5. "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli Ödəniş tapşırığına əsasən Cəmiyyət X3 PXA142613 saylı Sığorta aktına əsasən 1500 manat ödəniş etmişdir. "xxxx" ASC-nin Cavabdeh1 ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlığa əsasən xx.xx.2022-ci il tarixində, saat 19:00 radələrində Sumqayıt şəhəri, Bakı küçəsi rayonu ərazisində idarə onun idarə etdiyi və tərəflərindən PXA142613 saylı sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmış “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində piyada X5 az ağır bədən xəsarəti almışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə dəymiş zərərə görə tərəflərindən 1500 manat sığorta ödənisi edilmişdir. Ondan hadisə zamanı nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi nəzərə alınaraq tərəflərindən ödənilmiş 1500 manat pul vəsaiti subroqasiya qaydasında şirkətə ödənilməsi təklif edilir. Əks halda məhkəməyə müraciət edilməsi bildirilir. "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 35 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarının nəticəsinə əsasən yüksək təhlükə mənbəyinin (nəqliyyat vasitəsi, mexanizm və i.a.) fəaliyyəti nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxslər daşıyırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 106-cı maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. - 217-ci maddəsinə əsasən məhkəmə(hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarından görünür ki, “VAZ 21074” markalı, **-GG-*** dövlət qeydiyyat nişanlı avtomobil mülkiyyət hüququ əsasında X2 mülkiyyətində olsa da, həmin avtomobil etibarnamə əsasında Cavabdeh2 faktiki olaraq qanuni sahibliyində olmuşdur. Lakin hadisə baş verən zaman adı çəkilən avtomobil Cavabdeh2 qardaşı Cavabdeh1 qeyri-qanuni sahibliyində olmuş, yəni avtomobili hadisə vaxtı məhz Cavabdeh1 idarə etmişdir. Cavabdeh1 tərəfindən hadisə vaxtı avtomobili sürücülük hüququ olmadan idarə edilmişdir. Məhkəmə belə olan halda hesab edir ki, iddia tələbi qismən təmin edilməli, iddiaçının yalnız cavabdehlər Cavabdeh1 və Cavabdeh2 sığorta ödənişi tələb etməsi əsaslı hesab edilməli, Cavabdeh3 aid hissədə isə rədd edilməlidir. Göründüyü kimi sözügedən avtomobil Cavabdeh2 izahatında qeyd etdiyi kimi mülkiyyətçi tərəfindən verilmiş etibarnamə əsasında onun qanuni sahibliyində olmuş, yüksək təhlükə mənbəyinə lazımi qaydada nəzarət etməmiş, həmin avtomobilin onun sahibliyindən hüquqzidd götürülməsində təqsirli olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, həmin avtomobilə hüquqazidd yiyələnmiş Cavabdeh1lə birlikdə həmin avtomobilə lazım qaydada nəzarəti həyata keçirməmiş Cavabdeh2 zərərin əvəzinin ödənilməsində məsuliyyət daşımalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1500 manat pul vəsaiti və 35 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV
Məhkəmə qərarları › İş №e-2(028)-357/2025
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-357/2025
17.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver