Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-372/2022 05.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X7 Ruvinovun sədrliyi İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1200 manat vurulmuş zərər və 32 manat ödənilmiş dövlət rüsumu, cəmi 1232 manatın xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Nissan X-Trail” markalı **-LU-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2020-ci ilədək "xxxx" ASC-də icbari sığorta növündə sığortalanmışdır.Sığortalı ilə xx.xx.2019-cu il tarixli PXA********** nömrəli sığorta müqaviləsi bağlanmışdır.xx.xx.2020-ci il tarixdə cavabdeh etibarnamə olmadan idarə etdiyi “Nissan X- Trail” markalı **-LU-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Mətbuat prospektində X1 idarə etdiyi Opel Astra markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.Həmin hadisə ilə bağlı Bakı DYPİ-i tərəfindən xx.xx.2020-ci il tarixində inzibati xəta haqqında protokol tərtib edilmiş və cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmişdir. Bakı DYPİ-in xx.xx.2020-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.1-ci (Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə) və 327.1-ci maddələri təqsirli bilinmişdir. Avtomobillərin Texniki Xidmət Mərkəzi tərəfindən xx.xx.2020-ci tarixində verilmiş qüsur aktına əsasən hadisə nəticəsində Opel Astra markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobilə 1200 manat məbləğində ziyan dəymişdir. İddiaçı xx.xx.2020-ci il tarixdə 1200 manat məbləği zərərçəkmiş şəxs X2 ödəmişdir. “İcbari Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdeh həmin ünvanda yaşamadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan xx.xx.2020-ci il tarixli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, xx.xx.2020-ci il tarixli İXP3156636 nömrəli protokol və inzibati xəta haqqında işin digər materiallarına baxılaraq müəyyən edilmişdir ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə 02:00-da Mətbuat prospektində Nissan X-Trail minik markalı 99LU814 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən ara məsafəsi qaydalarının pozulmuş, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə etmiş və nəticədə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.Buna görə Cavabdeh 40 manat məbləğində cərimə edilməsi barədə tənbeh növü tətbiq edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışından görünür ki, “Nissan X-Trail” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyətçisi X6r. Hadisə baş verdiyi anda isə sürücü Cavabdeh ayıq və etibarnaməsiz maşını idarə etmişdir.Zərər dəyən əmlakın mülkiyyətçisi X3 və zərər dəyən əmlak Opel Astra markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobil. PXA********** nömrəli xx.xx.2019-cu il tarixli İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, sığortalı X4 “Nissan X-Trail” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi sığortaçı "xxxx" ASC-də sığortalanmışdır.Müqavilənin qüvvəyə minmə tarixi xx.xx.2019, qüvvədən düşmə tarixi xx.xx.2020-ci il. Bakı şəhəri BPİ DYPİ-nin nümayəndəsinə Cavabdeh verdiyi izahatından görünür ki, xx.xx.2020-ci il tarixdə saat 02:00-da Mətbuat prospektində idarə etdiyi Nissan markalı avtomaşınla Mətbuat prospektində hərəkətdə olarkən yolun sağında dayanmış olan Opel markalı **-ZP-*** dövlət nömrə nişanlı avtomaşını arxasından vurmuşdur.Hadisə zamanı bədən xəsarəti alan olmamışdı. Avtomobillərin Texniki Xidmət Mərkəzinin xx.xx.2020-ci il tarixli Qüsur aktından görünür ki, Opel Astra markalı **-ZP-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin ehtiyyat hissələrinə cəmi 570 manat və işçiliyə görə cəmi 630 manat olmaqla ümumilikdə 1200 manat ziyan dəymişdir. "xxxx" ASC-nin PXA62733 saylı sığorta aktından görünür ki, xx.xx.2020-ci il tarixdə 02:00 saatda Bakı Mətbuat prospekti sığortalanmış “Nissan X-Trail” markalı **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobil Opel Astra markalı, **-ZP-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur.Sığorta predmetinə dəymiş zərər ATXS-nin təqdim etdiyi Qüsur aktlna uyğun olaraq 1200 manat müəyyən edilmişdir.Sığorta ödənişi alan şəxs X5. Sığorta ödənişinin alınması üçün plastik ödəmə kartının xx.xx.2020-ci il tarixli təhviltəslim aktından görünür ki, "xxxx" ASC tərəfindən sığorta ödənişini almaq üçün plastik kart (1000 07630 katın nömrəsi, **********873056-16 rəqəmli xüsusi nömrə, AZ20HAJCA********************- İBAN nömrəsi) və şen zərf X2 təhvil verildi. xx.xx.2021-ci il tarixli Cari hesabdan çıxarışdan görünür ki, "xxxx" Bank ASC tərəfindən xx.xx.2020-ci il tarixdə 1200 manat qarşı tərəf AZ20HAJCA********************-ya köçürülmüşdür.Ödənişin təyinatı PXA62733 05/01-516 saylı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC Cavabdeh Cəmiyyətə 1200 manat zərərə görə borclu olduğunu məlumatlandırşımdır.Bildirilmişdir ki, subroqasiya hüququna əsasən ödənilmiş əvəz miqdarında olan 1200 manat zərər 7 (yeddi) təqvim günü ərzində "xxxx" ASC-yə qaytarılmalıdır.Əks halda məhkəməyə müraciət olunacaqdır. «İcbari sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.3-ci maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-ci maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin İX bölməsində mülki hüquq pozuntulardan (deliktlərdən) əmələ gələn öhdəliklər göstərilir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 1200 manat vurulmuş zərər və 32 manat ödənilmiş dövlət rüsumu, cəmi 1232 manat iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV
Məhkəmə qərarları › İş №e-2(028)-372/2022
Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-372/2022
05.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver