Məhkəmə qərarları › İş №e-2(028)-376/2023

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-376/2023

14.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-376/2023 14.07.2023 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi İddiaçı Cavabdeh qarşı borc tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh S3K5669489 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 455 manat əsas, 136 manat dəbbə pulu, S3K5776745 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 702 manat əsas, 211 manat dəbbə pulu, S3K5776747 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 70 manat əsas, 21 manat dəbbə pulu, S3K5821650 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 343 manat əsas, 102 manat dəbbə pulu və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 2081 manatın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2019-cu il, xx.xx.2019-cu il, xx.xx.2019-cu il ə xx.xx.2020-ci tarixlərində Cavabdeh ilə S3K5669489 nömrəli, S3K5776745 nömrəli, S3K5776747 nömrəli və S3K5821650 nömrəli hissə-hissə ödənişlə alqı-satqı müqavilələri bağlanmışdır. Müqavilənin 1.1-ci maddəsinə əsasən iddiaçı S3K5669489 nömrəli müqavilə üzrə 1031 manat dəyəri olan 1 ədəd Beko markalı paltaryuyan, S3K5776745 nömrəli müqavilə üzrə 944 manat dəyəri olan 1 ədəd Dell markalı noutbook, S3K5776747 nömrəli müqavilə üzrə 721 manat dəyəri olan 1 ədəd Xiaomi mi A3 markalı telefon və S3K5821650 nömrəli müqavilə üzrə 449 manat dəyəri olan 1 ədəd samsung Galaxy A10 markalı telefon alıcıya hissə-hissə ödənişlə satmaq öhdəliyini öz üzərinə götürmüşdür Müqavilənin 2.1 və 2.2-ci maddələrinə əsasən alıcı S3K5669489 nömrəli müqavilə üzrə 30 manat ilkin ödəniş olmaqla, qalan 1001 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 42 manat olmaqla, hər ayın 17dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5776745 nömrəli müqavilə üzrə 8 manat ilkin ödəniş olmaqla, qalan 936 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 24 ay müddətinə, aylıq 36 manat olmaqla, hər ayın 05-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5776747 nömrəli müqavilə üzrə 1 manat ilkin ödəniş olmaqla, qalan 720 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 60 manat olmaqla, hər ayın 05-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı S3K5821650 nömrəli müqavilə üzrə 0 manat ilkin ödəniş olmaqla, qalan 449 manat pulu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq 12 ay müddətinə, aylıq 38 manat olmaqla, hər ayın 11-dək ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. Alıcı tərəfindən müqavilə üzrə öhdəliklər lazımi qaydada icra edilməmiş və nəticədə S3K5669489 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 455 manat əsas, 136 manat dəbbə pulu, S3K5776745 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 702 manat əsas, 211 manat dəbbə pulu, S3K5776747 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 70 manat əsas, 21 manat dəbbə pulu, S3K5821650 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 343 manat əsas, 102 manat dəbbə pulu borcu yaranmışdır.Alıcı tərəfindən S3K5669489 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 42 manat ödəniş, S3K5776745 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 39 manat, S3K5776747 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 70 manat ödəniş, S3K5821650 nömrəli müqavilə üzrə sonuncu dəfə xx.xx.2020-ci il tarixdə 30 manat ödəniş ödəniş edilmişdir. Tərəflərindən dəfələrlə edilmiş yazılı və şifahi xəbərdarlıqlara baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir.Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh ünvanlanmış məhkəmə bildirişi cavabdehin ünvanı tam olmadığına görə məhkəməyə geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. İş materiallarında olan S3K5669489 nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 1031 manat olan avadanlığı (WM Beko WRE 7512XSS, İron Philips GC2990) satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (30 manat) çıxıldıqdan sonra qalan 1001 manatı 24 ay müddətinə hər ay 42 manat olmaqla hər ayın 17-dək ödəməlidir. S3K5776745 nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 944 manat olan 1 ədəd Dell NB satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür.Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (8 manat) çıxıldıqdan sonra qalan 936 manatı 24 ay müddətinə hər ay 36 manat olmaqla hər ayın 05-dək ödəməlidir. S3K5776747 nömrəli xx.xx.2019-cu il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 721 manat olan 1 ədəd Xiaomi Mi A3 maraklı telefon satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür.Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (1 manat) çıxıldıqdan sonra qalan 720 manatı 12 ay müddətinə hər ay 60 manat olmaqla hər ayın 05-dək ödəməlidir. S3K5821650 nömrəli xx.xx.2020-ci il tarixli Hissə-hissə ödənişlə alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı dəyəri 449 manat olan 1 ədəd Samsung Galaxy A10 maraklı telefon satmağı, alıcı Cavabdeh isə müqavilə ilə razılaşdırılmış məbləğdə pulu hissə-hissə satıcıya ödəməyi öhdəsinə götürür.Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı ilkin ödəniş (0 manat) çıxıldıqdan sonra qalan 449 manatı 12 ay müddətinə hər ay 38 manat olmaqla hər ayın 11-dək ödəməlidir. xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh S3K5669489 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 455 manat əsas, 136 manat dəbbə pulu, S3K5776745 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 702 manat əsas, 211 manat dəbbə pulu, S3K5776747 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 70 manat əsas, 21 manat dəbbə pulu, S3K5821650 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 343 manat əsas, 102 manat dəbbə pulu borcu qalmışdır. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış pretenziya məktubunda göstərilir ki, Cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki, dəbbə pulunun məbləği – 470 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 35 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh S3K5669489 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 455 manat əsas, 10 manat dəbbə pulu, S3K5776745 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 702 manat əsas, 10 manat dəbbə pulu, S3K5776747 nömrəli xx.xx.2019-cu il tarixli müqavilə üzrə 70 manat əsas, 5 manat dəbbə pulu, S3K5821650 nömrəli xx.xx.2020-ci il tarixli müqavilə üzrə 343 manat əsas, 10 manat dəbbə pulu və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 1646 manat İddiaçı xeyrinə tutulsun. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar