Məhkəmə qərarları › İş №e-2(028)-376/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-376/2025

07.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-376/2025 07.07.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı sığorta ödənişinin tələbinə dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 200 manat pul vəsaiti və 30 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixli PAZ********** №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” şəhadətnaməsi üzrə "xxxx" ASC-də sığortalanmış, Cavabdeh tərəfindən idarə edilən Toyota Prius (Hibrid) minik markalı 77FJ246 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Neftçilər prospekti ərazisində **-CY-*** dövlət qeydiyyat nişanlı Toyota Prius markalı avtomobili ilə toqquşmuşdur. Baş vermiş hadisə ilə bağlı Bakı şəhəri DYPİ inzibati xəta haqqında iş üzrə araşdırma aparılmış, hadisəni törədən sürücü (cavabdeh) Cavabdeh barəsində Azərbycan Respublikası İXM-nin 327.4-cü və 327.6-cı maddələri ilə xx.xx.2023-cü il tarixli protokol yazılmış və İXM-nin 327.6-cı və 327.4-cü maddəsi ilə TP ******* qərar yazılmışdır. Yol-nəqliyyat hadisəsində zərərçəkən X2 idarə etdiyi Toyota Prius (**-CY-***) avtonəqliyyat vasitəsinə dəyən zərəri həmin avtonəqliyyat vasitəsilə bağlı mülki məsuliyyəti icbari formada sığortalamış "xxxx" ASC sığortaçı tərəfindən 200 manat ödənilmişdir. Həmin sığortaçı ilə zərərvuranın mülki məsuliyyətinə görə öhdəlik daşıyan "xxxx" ASC arasında “qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair qaydalar” əsasında 200 manat manat mübahisəsiz tutulmuşdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi ünvan 1 ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, İnzibati xəta haqqında TP5597746 saylı xx.xx.2023-cü il tarixli İnzibati tənbeh vermə haqqında qərara əsasən sürücü Cavabdeh xx.xx.2023-cü il tarixdə saat 20:18-də Bakı şəhəri, Neftçilər prospekti ərazisində “Toyota Prius (HİBRİD)” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bakı şəhər BPİ-nin DYP-nin YNHÜŞ-nin inspektoru tərəfindən verilmiş arayışa əsasən xx.xx.2023-cü il tarixdə baş vermiş sözügedən yol nəqliyyat hadisəsi barədə “Toyota Prius (HİBRİD)” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh hadisə barədə yazılı izahat verilməsi təklif edildikdə, o, hadisə ilə bağlı izahat verməyəcəyini və bu barədə tərtib edilən sənədləri imzalamayacağını qeyd etmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən xx.xx.2023-cü il tarixdə saat 20:18-də Bakı şəhərində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verəndə mülkiyyətçisi X5 olan “Toyota Prius (HİBRİD)” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə etmişdir. Zərər mülkiyyətçisi X7 olan “Toyota Prius” minik markalı, **-CY-*** dövlət nömrə nişanlı maşına dəymişdir. Hadisə zamanı həmin nəqliyyat vasitəsi X6 tərəfindən idarə olunmuşdur. PAZ********** saylı xx.xx.2022-ci il tarixli Avtonəqliyyat vasitəsi sahiblərinin mülkiyyətinin icbari sığorta şəhadətnaməsinə əsasən X3 məxsus “Toyota Prius (HİBRİD)” minik markalı, **- FJ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC-də sığortalanmışdır. Şəhadətnamənin qüvvədən düşmə tarixi – xx.xx.2023-cü il. Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı ZBT134598/23 saylı Ödəniş Aktının surətinə əsasən sığortlanmış “Toyota Prius (HİBRİD)” minik markalı, **-FJ-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Neftçilər prospektində “Toyota Prius” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Akta əsasən sığorta predmetinə 200 manat ziyan dəymişdir. "xxxx" MMC-nin 1301 saylı xx.xx.2023-cü il tarixli Qiymətləndirmə aktına əsasən “Toyota Prius” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin ehtiyat hissələrinə vurulan ziyana və görülən işlərə görə cəmi 200 manat ödənilməlidir. İştirakçının subroqasiya tələblərinin reyestrinə əsasən zərərvuran Cavabdeh sığortaçısı "xxxx" ASC tərəfindən zərərçəkən X2 sığortaçısı "xxxx" ASC-yə PAZ********** saylı sığorta şəhadətnaməsinə əsasən 200 manat ödəniş etmişdir. "xxxx" ASC Qubadlı Rayon Məhkəməsinə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə 30 manat ödəniş etmişdir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. - 936.1-ci maddəsinə müvafiq olaraq, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlarından və vəzifələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. - 936.2-ci maddəsinə müvafiq olaraq, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normaları pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Bakı şəhəri DYPİ polis polkovniki X8 tərəfindən Cavabdeh barəsində İXM-nin 327.4 və 327.6-cı maddələrinin tələblərini pozduğuna görə İnzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərardan şikayət verilməmiş və o, qanuni qüvvəyə minmişdir. Cavabdeh baş vermiş hadisəyə görə izahat verməkdən boyun qaçırmışdır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçının cavabdehdən sığorta ödənişi tələb etməsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-1- 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 200 manat pul vəsaiti və 30 manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar