Məhkəmə qərarları › İş №e-2(028)-399/2022

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-399/2022

18.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-399/2022 18.08.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X3 Ruvinovun sədrliyi, Aynurə Akif qızı Mustafayevanın katibliyi, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqavilə üzrə APPLE MACBOOK AİR üçün 3172,8 manat ödənilməmiş hissə, 673,2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********27170 olan Samsung Galaxy A51 markalı telefon üçün 638 manat ödənilməmiş hissə, 191 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə APPLE AİRPODS PRO Qulaqlıq üçün 613,2 manat ödənilməmiş hissə, 183,8 manat dəbbə pulu,xx.xx.2020-ci il tarixli müqavilə üzrə TOZSORAN SAMSUNG üçün 187 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə TONOMETR BEURER üçün 63,6 manat ödənilməmiş hissə, 16,4 manat dəbbə pulu,ümumilikdə 5774 manat borc və 77,74 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsi iddianı müdafiə edərək göstərdi ki, Cavabdeh iddiaçı "xxxx" MMC ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il,xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən APPLE MACBOOK AİR, İMEİ kodu **********27170 olan Samsung Galaxy A51 markalı telefon, APPLE AİRPODS PRO Qulaqlıq, TOZSORAN SAMSUNG, TONOMETR BEURER almış və nəticədə 5774 (beş min yeddi yüz yetmiş dörd) manat borcu yaranmışdır. Müqavilələrinin şərtlərini cavabdeh pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 3562,8 manat (24 ay x 132,2 manat+390 manat ilkin ödəniş) olan APPLE MACBOOK AİR üçün umimilikdə 3846 manat olmaqla, ondan 3172,8 manat ödənilməmiş hissə, 673,2 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 746 manat (12 ay x 58 manat+50 manat ilkin ödəniş) olan İMEİ kodu **********27170 olan Samsung Galaxy A51 markalı telefon üçün umimilikdə 829 manat olmaqla, ondan 658 manat ödənilməmiş hissə, 191 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 673,2 manat (12 ay x 51 manat+60 manat ilkin ödəniş) APPLE AİRPODS PRO Qulaqlıq üçün umimilikdə 797 manat olmaqla, ondan 613,2 manat ödənilməmiş hissə, 183,8 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 306 manat (18 ay x 17 manat +0 manat ilkin ödəniş) olan TOZSORAN SAMSUNG üçün umimilikdə 222 manat olmaqla, ondan 187 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, xx.xx.2020- ci il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 69,6 manat (12 ay x 5,8 manat +0 manat ilkin ödəniş) olan TONOMETR BEURER üçün umimilikdə 80 manat olmaqla, ondan 63,6 manat ödənilməmiş hissə, 16,4 manat dəbbə pulu borc hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 683 manat təşkil edir.Cavabdehə ödəniş barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq, o, öz öhdəliklərini yerinə yetirməmişdir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim günün hesablanmış 1 % həcmində mübahisəsiz olaraq penya ödəyir. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPMin 185.5-ci maddəsinə əsasən məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edib hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" MMC Cavabdeh ilə bağladığı xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən APPLE MACBOOK AİR, İMEİ kodu **********27170 olan Samsung Galaxy A51 markalı telefon, APPLE AİRPODS PRO Qulaqlıq, TOZSORAN SAMSUNG, TONOMETR BEURER müqavilələrdə nəzərdə tutulmuş müddət ərzində ödəmək şərti ilə ona satılmışdır.Tərəflər bu müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini vaxtında yerinə yetirmədikdə, məsuliyyət daşıyırlar. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıqda göstərilir ki, müqavilələrin şərtlərini kobud surətdə pozaraq, müqavilələrə əməl etməmişdir. O, borcunu ödəməsə, məhkəməyə müraciət olunacaq. "xxxx" MMC tərəfindən tərtib edilmiş maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh 4674,6 manat ödənilməmiş məbləğ, 1099,4 manat dəbbə pulu, ümumilikdə 5774 manat ödənilməmiş borcu yaranmışdır. Azərbaycan Respublikası MM-in 600-cü maddəsinə müvafiq olaraq,alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyanın nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası MM-in 385.1-ci maddəsinə müvafiq olaraq öhdəliyə əsasən, bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası MM-in 445-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası MM-in 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən hesablanmış borc kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelərini təmin edir. Bunu nəzərə alaraq məhkəmə hesab edir ki,dəbbə pulunun məbləği – 1099,4 manat tənasübsüz surətdə yüksəkdir və müvafiq olaraq 215 manat məbləğində dəbbə pulunu ağlabatan və ədalətli məbləğ kimi müəyyən edir. Məhkəmə qeyd edir ki, dəbbə pulu gəlir vasitəsi kimi çıxış edə bilməz. Dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təmin edilməsi üsuludur. Öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-inin 217-cı maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə APPLE MACBOOK AİR üçün 3172,8 manat ödənilməmiş hissə, 100 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə İMEİ kodu **********27170 olan Samsung Galaxy A51 markalı telefon üçün 638 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu, xx.xx.2021-ci il tarixli müqavilə üzrə APPLE AİRPODS PRO Qulaqlıq üçün 613,2 manat ödənilməmiş hissə, 50 manat dəbbə pulu,xx.xx.2020-ci il tarixli müqavilə üzrə TOZSORAN SAMSUNG üçün 187 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx.xx.2020-ci il tarixli müqavilə üzrə TONOMETR BEURER üçün 63,6 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu,ümumilikdə 4889,6 (dörd min səkkiz yüz səksən doqquz,60) manat borc və 77,74 manat dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM VLADİMİR RUVİNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar