Məhkəmə qərarları › İş №e-2(028)-43/2024

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-43/2024

19.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-43/2024 19.02.2024 QUBADLI RAYON MƏHKƏMƏSİ X6 Xoşbəxt oğlunun sədrliyi, Reyhan Cəmil qızı Quliyevanın katibliyi, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdeh oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli 229- LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borcun və hesablanmış 6661,79 manat cərimə borcunun və hüquqi yardımla bağlı 500 (beş yüz) manat cəmi:12295,63 (on iki min iki yüz doxsan beş manat 63 qəpik) manat pul vəsaitinin Cavabdeh tutularaq xeyirlərinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iddiaçının nümayəndəsi iddianı müdafiə edərək bildirdi ki, "xxxx" ASC ("xxxx" ASC) ilə miras qoyan mərhum X4 arasında bağlanmış xx.xx.2018-ci il tarixli 229- LD/18 nömrəli müqaviləyə əsasən lizinq alan damazlıq heyvanları lizinqə götürmüşdür. Müqavilə üzrə öhdəliklər yerinə yetirilməmişdir. Nəticədə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə 5133,84 manat gecikdirilmiş borc və hesablanmış 6661,79 manat cərimə borcu yaranmışdır. Öhdəliklərin yerinə yetirilməsi barədə edilmiş xəbərdarlıqlara baxmayaraq ödənişlər yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsi tərəfindən Aqrar Kredit və İnkişaf Agentliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda X2 adına 22.09.21-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və atası (hazırki iş üzrə cavabdeh) Cavabdeh miras əmlaka dair vərəsəlik şəhadətnaməsinin verildiyinin müəyyən edildiyi göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən lizinq alandan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmişdir. Hüquqi yardım göstərilməsi haqqında müqaviləyə əsasən hüquqi yardıma görə haqqın məbləği 500 (beş yüz) manat müəyyənləşdirilmişdir. Bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə Cavabdeh bildirdi ki, Hikmət İbişov onun oğlu olub. Xəstəlikdən dünyasını dəyişib. Oğlunun heyvan almasından, onun tələf olmasından xəbəri olmayıb. Oğlu ilə müxtəlif ünvanlarda yaşayıblar. O, iddia tələbini qəbul etməyərək məhkəmədən onun rədd olunmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsini və cavabdehi dinləyib, iş materiallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Dövlət vəsaiti hesabına idxal olunmuş "xxxx" ASC-yə məxsus damazlıq heyvanların güzəştli qaydada lizinqə verilməsi barədə 229-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilədən görünür ki, "xxxx" ASC (lizinq verən) Holştin-Friz damazlıq malı (4 baş) X3 (lizinq alana) damazlıq heyvanların güzəştli satış dəyərini lizinq ödəniş qrafikinə uyğun tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə 3(üç) ilə lizinqə verir. Lizinq alan damazlıq heyvanların güzəştli satış dəyərindən 5126 manat ilkin ödəniş məbləğini əvvəlcədən lizinq verənə ödəyir, damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 5216 manat məbləği isə ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəsinə götürür. İş materiallarında olan 229-LD/18 saylı xx.xx.2018-ci il tarixli lizinq müqaviləsinin spesifikasiyasından görünür ki, "xxxx" ASC tərəfindən (lizinq verən) Hikmət İbişova (lizinq alan) birka nömrələri DE**********, DE**********, DE358907985 və DE********** olan 4 baş Holştin-Friz damazlıq heyvan cinsləri verilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 2603/1 saylı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-də C-LİV-0007/18 saylı sığorta müqaviləsi ilə sığortalanmış bir baş DE ********** inventar nömrəli Holştin-friz cinsli düyənin tələf olması hadisəsi dərhal tərəflərindən qeydiyyata alınmış və DE ********** inventar nömrəli heyvana tərtib edilmiş yarma protokolunda diri ikən “ağciyər pnevmoniyası”, patanatomik isə “bronxopnevmoniya” diaqnozu qoyulmuşdur. Anamnez məlumatda ölümdən iki gün öncə heyvanda yüksək temperaturun olduğunun göstərilməsi və heyvanın qısa müddətdə ölməsinin qeyd olunması heyvanın baytar nəzarətindən kənarda qalmasını göstərir. Heyvan tələf olduqdan sonra patoloji material Azərbaycan Qida Təhlükəsizliyi insitutunun Milli İstinad Laboratoriyasında yoxlanılmış, “pasterellyoz və xlamidioz” xəstəliklərinin törədiciləri aşkarlanmışdır. Beləliklə diri ikən və patanatomik diaqnozlar öz təstiqini tapmamışdır. İnfeksion xətəliklərin (pasterellyoz, xlamidioz) diaqnozu kliniki, laborator müayinələr əsasında öz təstiqini tapır. Araşdırmalar gösətrir ki, təsərrüfatda təşkilati və baytarlıq-sanitariya tədbirləri pis təşkil olunmuşdur. Profilaktik peyvəndlər gecikdirilmiş, mütəmadi baytar müşahidələri və müayinələr aparılmamışdır. Burdan məlum olur ki, təsərrüfatda heyvanların saxlanma- bəslənmə, baytarlıq-sanitariya qaydalarına riayət olunmamış və nəticədə heyvanlar arasında yoluxucu xəstəliklərin baş verməsinə şərait yaranmışdır. Yoluxucu xəstəliklər baş verən ərazidə xəstəliyin ləğvi və yoluxmanın qarşısının alınması üçün qanunvericiliklə müəyyən olunmuş qaydada tədbirlər görülməmişdir. Vaxtında laborator müayinələr aparılmamış, heyvana düzgün diaqnoz qoyulub müalicə aparılmamışdır. Sığorta predmetinin Baytarlıq haqqında Azərbaycan Respublikası qanununa və müvafiq normativlərə əsasən saxlanılıb-bəslənilmə baytarlıq-sanitariya qaydalarına əməl olunmadığından "xxxx" ASC-nin sözügedən hadisə ilə bağlı məsuliyyəti yaranmır. İş materiallarında olan "xxxx" ASC-nin "xxxx" ASC-yə ünvanladığı 2632/1 saylı xx.xx.2018-ci il tarixli cavab məktubundan görünür ki, "xxxx" ASC-də C-LİV-0007/18 saylı sığorta müqaviləsi ilə sığortalanmış bir baş DE ********** inventar nömrəli Holştin-friz cinsli düyənin tələf olması hadisəsi dərhal tərəflərindən qeydiyyata alınmış və DE ********** inventar nömrəli heyvana tərtib edilmiş yarma protokolunda diri ikən “bronxopnevmoniya”, patanatomik isə “pnevmoniyası” diaqnozu qoyulmuşdur. Anamnez məlumatda bildirilir ki, xx.xx.2018-ci il tarixdə heyvanda yüksək temperatur müşahidə olunmuş, aparılan müalicə tədbirləri müsbət nəticə verməmiş və heyvan xx.xx.2018-ci il tarixdə ölmüşdür. Pnevmoniya xəstəliyinin gedişi heyvanın orqanizminin müqaviməti, saxlanma şəraiti, yemləmə, vaxtında başlanmış səriştəli müalicədən asılıdır. Vaxtında lazımi tədbirlər görüldükdə xəstəlik qısa müddətdə sağalır. Yalnız ağır hallarda heyvanın sağlamlığı 15-20 gün müddətində bərpa olur. Heyvanın 2 gün müddətində xəstələnib ölməsinin göstərilməsi və araşdırılmaların nəticəsindən məlum olur ki, təsərrüfatda heyvanın saxlanma-bəslənməsində baytarlıqsanitariya tələblərinə əməl olunmamışdır. Xəstəliyə qarşı müvafiq müalicə və profilaktik tədbirləri həyata keçirilməmişdir. Sahibkar və baytar nəzarətsizliyi nəticəsində sağalan bir xəstəlikdən heyvan tələf olmuşdur. Qısa müddətdə bir neşə baş heyvanın tələf olması təsərrüfatda qeyri-qənaətbəxş olmasını göstərir. Sığorta predmetinin Baytarlıq haqqında Azərbaycan Respublikası qanununa və müvafiq normativlərə əsasən saxlanılıb-bəslənilmə baytarlıq-sanitariya qaydalarına əməl olunmadığından "xxxx" ASC-nin sözügedən hadisə ilə bağlı məsuliyyəti yaranmır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, X4 229-LD/18 saylı xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5298,16 manat ödəmişdir. Lizinq alanın maliyyə borcu 5133,84 manat gecikdirilmiş borc, 6661,79 manat hesablanmış cərimə, cəmi 11795,63 manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Ədliyyə sahəsində xidmətlər baş idarəsi Notariat idarəsinin 316-5/2-14-9186/23 saylı xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, “Elektorn notariat” informasiya sistemində aparılmış araşdırma nəticəsində X2 adına xx.xx.2021-ci il tarixdə Bakı şəhəri 24 saylı notariat ofisində vərəsəlik işinin açıldığı və atası Cavabdeh miras əmlaka dair vərəsəlik şəhadətnaməsi verildiyi müəyyən edilmişdir. İş materiallarında olan Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi atası Cavabdehdur və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamələrin verildiyi miras əmlaklar bunlardır: xx.xx.2020-ci il tarixli AD764018 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDDNG7HB1AA322082, mühərrikin nömrəsi **********6256 və buraxılış ili 2010-cu il olan Mercedes Benz S63 minik markalı 99HK039 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi; ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2012-ci il tarixdə X3 verilmiş **********17-05101-093006 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 69,69 m2 , yaşayış sahəsi 47,29 m2 , yardımçı sahəsi 22,4 m2 , 4 otaqlı olan mənzil; "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 157000/2-55061 nömrəli məktubuna əsasən ******************** nömrəli hesabda olan 438,8 manat pul vəsaiti. İş materiallarında olan Hüquqi yardımın göstərilməsi haqqında 2596 saylı xx.xx.2023-cü il tarixli müqavilədən görünür ki, Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili müdafiə olunan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və X1 Rayon Məhkəməsində Cavabdeh qarşı mülki işi üzə hüquqi yardım göstərəcək və hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 500 manat müəyyən olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.12.4-ci maddəsinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır . Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1151.2-ci maddəsinə əsasən mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306-cı maddəsinə uyğun olaraq, borclunun ölümündən sonra mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən onlara çatan miras payı həcmində miras qoyanın kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, Hikmət İbişov tərəfindən Holştin- Friz damazlıq heyvan cinslərinin saxlanma-bəslənmə, baytarlıq-sanitariya qaydaları pozulduğundan düyələr tələf olmuşdur. X5 vərəsəsi atası Cavabdeh olduğundan onun lizinq müqaviləsi üzrə öhdəlikləri vəzifə olaraq Cavabdeh tərəfindən icra olunmalıdır. Göründüyü kimi miras qoyan X2 yeganə vərəsəsi olaraq Cavabdeh qəbul etdiyi miras əmlakının dəyəri onun hazırki iddia üzrə borc dəyərindən artıqdır. İddia tələbinə əsasən cavabdehdən eyni zamanda hesablanmış 6661,79 manat məbləğində dəbbə pulunun (cərimə borcunun) tutulması tələb olunur. Məhkəmə, işin hallarını nəzərə alaraq hesab edir ki, dəbbə pulu tənasübsüz surətdə yüksək miqdarda müəyyən edilmişdir və tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qanunun qeyd edilən tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən 500 manat məbləğində dəbbə pulunun (cərimə borcunun) tutulması tərəflərin maraqlarına uyğun hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələnin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, nümayəndənin göstərdiyi yardıma görə ağlabatan məbləğ olan 300 manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanununun 9.1.14-cü maddəsinə əsasən məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 %-i həcmində manat olmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, hazırda iddia tələbinin təmin edilən hissəsi 5933,84 manat olduğundan (5133,84 manat əsas + 500 manat cərimə + 300 manat hüquqi yardımla bağlı) cavabdehdən 79,33 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli 229-LD/18 nömrəli müqavilə üzrə maliyyə arayışının tərtib edildiyi xx.xx.2023-cü il tarixə hesablanmış 5133,84 manat gecikdirilmiş borc, hesablanmış 500 manat cərimə borcu, hüquqi yardımla bağlı 300 manat, cəmi 5933,84 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilsin. Cavabdeh 79,33 manat dövlət rüsumunun əvəzi tutularaq dövlət büdcəsinə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM ELMİR HÜSEYNOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar