Məhkəmə qərarları › İş №e-2(028)-45/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-45/2025

09.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-45/2025 09.01.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ Giriş hissə: Qubadlı Rayon Məhkəməsinin hakimi Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə bağlı mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «pul tələbi»nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən İMEİ kodu **********78316 olan “OPPO A58” markalı telefon və İMEİ kodu **********800844 olan “Xiaomi Redmi A3” markalı telefon, Vinil Şəffaf almış və nəticədə 490 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 430,02 manat (18 ay x 23,89 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********78316 olan “OPPO A58” markalı telefon üçün ümumilikdə 421 manat olmaqla, ondan 382,23 manat ödənilməmiş hissə, güzəşt olunaraq 38,77 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 329,94 manat (18 ay x 18,33 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********800844 olan “Xiaomi Redmi A3” markalı telefon, Vinil Şəffaf üçün ümumilikdə 69 manat olmaqla, ondan 62,23 manat ödənilməmiş hissə, güzəşt olunaraq 6,77 manat cərimə miqdarında borc yaranmışdır.Cavabdeh xx.xx.2024-ci il tarixli müqaviləyə əsasən xx.xx.2024-cü il tarixində İmei kodu **********80084 olan “XİAOMİ REDMİ A3” markalı telefondan imtina etmiş və məhsul 259,92 manat qiymətləndirilib borcundan silinərək geri qaytarılmışdır. Cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə cəmi ödədiyi məbləğ 7,79 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 259,92 manat, digər müqavilə üzrə cəmi ödədiyi məbləğ 47,79 manat təşkil edir. Göstərilənlərə əsasən xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78316 olan “OPPO A58” markalı telefon üçün 382,23 manat ödənilməmiş hissə, 38,77 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********800844 olan “Xiaomi Redmi A3” markalı telefon, Vinil Şəffaf üçün 62,23 manat ödənilməmiş hissə, 6,77 manat cərimə, ümumilikdə 490 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

3. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən Mülki-Prosessual qanunvericiliyə əsasən cavabdehə rəsmi qaydada bildiriş göndərilsə də, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir.

5. Eyni Məcəllənin 284-5.2-ci maddəsinin tələblərinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər.

6. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir.

Əsaslandırıcı hissə:

7. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13742156 saylı müqavilədən görünür ki, "xxxx" MMC İMEİ kodu **********78316 olan “OPPO A58” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 430,02 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 23,89 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

8. İş materiallarında olan "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, 13742152 saylı müqavilədən görünür ki, "xxxx" MMC İmei kodu **********80084 olan “XİAOMİ REDMİ A3” markalı telefonu Cavabdeh satmış, Cavabdeh alınmış əşyanın əvəzində müqavilə ilə müəyyənləşdirilmiş 329,94 manat pul məbləğini hissə-hissə 18 ay müddətinə hər ay 18,33 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür.

9. İş materiallarında olan "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 22 noyabr 2024-cü il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh "xxxx" MMC-yə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********78316 olan “OPPO A58” markalı telefon üçün 382,23 manat ödənilməmiş hissə, 38,77 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən İMEİ kodu **********800844 olan “Xiaomi Redmi A3” markalı telefon, Vinil Şəffaf üçün 62,23 manat ödənilməmiş hissə, 6,77 manat cərimə, cəmi ümumilikdə 490 manat ödənilməmiş borcu vardır.

10. İş materiallarında olan "xxxx" MMC tərəfindən Cavabdeh ünvanlanmış bildirişdən görünür ki, cavabdehə müqavilələr üzrə yaranmış borcun ödənilməsi ilə bağlı xəbərdarlıq edilmişdir.

11. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

12. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

13. Həmin Məcəllənin 601.2-ci maddəsində göstərilmişdir ki, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə həmin Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

14. Belə ki, Mülki Məcəllənin 600.2-ci maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur.

15. Həmin Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqısatqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər.

16. Eyni Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

17. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.

18. Beləliklə, məhkəmə mülki qanunvericiliyin yuxarıda qeyd edilən normalarını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2024-cü il tarixli, 13742156 saylı müqavilə üzrə 382,23 (üç yüz səksən iki manat, iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 38,77 (otuz səkkiz manat, yetmiş yeddi qəpik) manat cərimə borcu, cəmi 421 (dörd yüz iyirmi bir) manat, xx.xx.2024-cü il tarixli, 13742152 müqavilə üzrə 62,23 (altmış iki manat, iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 6,77 (altı manat, yetmiş yeddi qəpik) manat cərimə borcu, cəmi 69 (altmış doqquz) manat, ümumilikdə 490 (dörd yüz doxsan) manat məbləğində pul və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilməlidir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

24. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Nəticə hissəsi:

26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, 13742156 saylı müqavilə üzrə 382,23 (üç yüz səksən iki manat, iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 38,77 (otuz səkkiz manat, yetmiş yeddi qəpik) manat cərimə borcu, cəmi 421 (dörd yüz iyirmi bir) manat, xx.xx.2024cü il tarixli, 13742152 müqavilə üzrə 62,23 (altmış iki manat, iyirmi üç qəpik) manat ödənilməmiş hissə, 6,77 (altı manat, yetmiş yeddi qəpik) manat cərimə borcu, cəmi 69 (altmış doqquz) manat, ümumilikdə 490 (dörd yüz doxsan) manat məbləğində pul və ödənilmiş 30 (otuz manat) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı "xxxx" MMC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

X1

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar