Məhkəmə qərarları › İş №e-2(028)-461/2025

Qubadlı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(028)-461/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2(028)-461/2025 27.08.2025 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbinə” dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 Xiaomi redmi pad pro markalı planşet, İMEİ kodu 56178/64SB05172 Xiaomi redmi Pad markalı planşet üçün 1597,9 manat ödənilməmiş hissə, 159,79 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün 1074 manat ödənilməmiş hissə, 107,4 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün 999,6 manat ödənilməmiş hissə, 99,96 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket L xidməti, İMEi kodu **********91507 Xiaomi redmi note markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 37,2 manat cərimə, cəmi ümumilikdə 4447,85 manat borc və 64,48 manat dövlət rüsumunun xeyrlərinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh "xxxx" MMC ilə bağladığı xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2024-cü il tarixli müqavilələrinə əsasən 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 Xiaomi redmi pad pro markalı planşet, İMEİ kodu 56178/64SB05172 Xiaomi redmi Pad markalı planşet, zəmanət + 3 il xidməti, playstation 5 Slim, zəmanət + 3 il xidməti, playstation 5 Slim, paket L xidməti, İMEi kodu **********91507 Xiaomi redmi note markalı telefon almış və nəticədə 4447,85 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 2008,1 manat (yəni 18 ay x 88,78 manat + 410,06 manat ilkin ödəniş) olan qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 Xiaomi redmi pad pro markalı planşet, İMEİ kodu 56178/64SB05172 Xiaomi redmi Pad markalı planşet üçün ümumilikdə 1757,69 manat olmaqla ondan 1597,9 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 159,79 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1554 manat (yəni 12 ay x 89,5 manat + 480 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün ümumilikdə 1181,4 manat olmaqla ondan 1074 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 107,4 manat cərimə borcu, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 1549,6 manat (yəni 12 ay x 83,3 manat + 550 manat ilkin ödəniş) olan zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün ümumilikdə 1099,56 manat olmaqla ondan 999,6 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 99,96 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 489 manat (yəni 12 ay x 31 manat + 117 manat ilkin ödəniş) olan aket L xidməti, İMEi kodu **********91507 Xiaomi redmi note markalı telefon üçün ümumilikdə 409,2 manat olmaqla ondan 372 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 37,2 manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1147 manat təşkil edir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Digər tərəfdən cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində müştəri mübahisəsiz olaraq peniya ödəməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təstiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında”Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdehə ünvanlanmış məhkəmə bildirişi ünvan 1 ünvanına çatdırılmış, lakin ondan məhkəməyə heç bir sənəd daxil olmamışdır.. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işin materiallarını araşdırıb, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli Müqavilələrə əsasən müştəri bu müqavilənin qüvvədə olduğu müddət ərzində onun üçün "xxxx" MMC tərəfindən müəyyənləşdirilən məbləğ limiti həddində mal(lar)ı/xidmət(lər)İ sonuncuya sifariş verir, sponuncu həmin malı müqavilədə (onun ayrılmaz tərkib hissəsi olan müvafiq ləavədə) göstərilən şərtlərlə müştəriyə təqdim edir, müştəri isə həmin malın dəyərini razılaşdırılmış qaydada "xxxx" MMC-yə qaytarır. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 404034 saylı müqavilənin əlavəsinə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim 05722005 faktura ilə xx.xx.2024-cü il tarixdə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 404034 saylı müqavilənin əlavəsinə əsasən qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 Xiaomi redmi pad pro markalı planşet, İMEİ kodu 56178/64SB05172 Xiaomi redmi Pad markalı planşet ********* faktura ilə xx.xx.2024-cü il tarixdə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 404034 saylı müqavilənin əlavəsinə əsasən qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 paket L xidməti, İMEi kodu **********91507 Xiaomi redmi note markalı telefon ********* faktura ilə xx.xx.2024-cü il tarixdə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış xx.xx.2024-cü il tarixli 404034 saylı müqavilənin əlavəsinə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim 11236596 faktura ilə xx.xx.2025-ci il tarixdə adına hissəvi ödənişlə sənədləşdirilmişdir. Bildiriş və Əşyaların Təhvil-təslim Aktlarına əsasən Cavabdeh 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 Xiaomi redmi pad pro markalı planşet, İMEİ kodu 56178/64SB05172 Xiaomi redmi Pad markalı planşet, zəmanət + 3 il xidməti, playstation 5 Slim, zəmanət + 3 il xidməti, playstation 5 Slim, paket L xidməti, İMEi kodu **********91507 Xiaomi redmi note markalı telefon adlı məhsulu tam qüsursuz halda təhvil almışdır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli Maliyyə və ödəniş cədvəlinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 Xiaomi redmi pad pro markalı planşet, İMEİ kodu 56178/64SB05172 Xiaomi redmi Pad markalı planşet üçün 1597,9 manat ödənilməmiş hissə, 159,79 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün 1074 manat ödənilməmiş hissə, 107,4 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün 999,6 manat ödənilməmiş hissə, 99,96 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket L xidməti, İMEi kodu **********91507 Xiaomi redmi note markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 37,2 manat cərimə, cəmi ümumilikdə 4447,85 manat borcu vardır. "xxxx" MMC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2025-ci il tarixli xəbərdarlıqda göstərilir ki, cavabdeh müqavilənin şərtlərini pozaraq, müqaviləyə əməl etməmişdir. O, borcunu ödəməsə, müvafiq dövlət orqanlarına müraciət olunacaq. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirilməlidir. - 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. - 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir.Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. - 385-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqavilələrindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan avadanlığı cavabdehə vermiş, lakin cavabdeh avadanlığın dəyərini hər ay ödəniş cədvəlinə uyğun olaraq ödəməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilələrdə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır. Məhkəmə işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda göstərilən maddələrinə istinadən qiymət verərək hesab edir ki, iddiaçının tələbi əsaslıdır, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün iddiaçı qarşısında cavabdehdir və mülki məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 284-1-284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən qızıl zəmanət ultra 2 il xidməti 2 ədəd, paket XL xidməti 2 ədəd İMEİ kodu 56178/64SB05176 Xiaomi redmi pad pro markalı planşet, İMEİ kodu 56178/64SB05172 Xiaomi redmi Pad markalı planşet üçün 1597,9 manat ödənilməmiş hissə, 159,79 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün 1074 manat ödənilməmiş hissə, 107,4 manat cərimə, xx.xx.2025-ci il tarixli müqaviləyə əsasən zəmanət + 3 il xidməti, playstation 5 Slim üçün 999,6 manat ödənilməmiş hissə, 99,96 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən paket L xidməti, İMEİ kodu **********91507 Xiaomi redmi note markalı telefon üçün 372 manat ödənilməmiş hissə, 37,2 manat cərimə, cəmi ümumilikdə 4447,85 manat borc və 64,48 manat ödənilmiş dövlət rüsumunun əvəzi iddiaçı "xxxx" MMC-nin xeyrinə tutulsun. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Qubadlı Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. HAKİM RAMİZ QULİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar