Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2(028)-504/2022 20.10.2022 QUBADLI RAYON MƏHKƏMƏSİ X1 Ruvinovun sədrliyi Reyhan Cəmil qızı Quliyevanın katibliyi ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borc tələbi barədə qətnamə qət edilməsini xahiş etmişdir. Hazırki mülki işin baxılması 20 oktyabr 2022-ci il tarixə, saat 16:00-a təyin edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə elektron qaydada ərizə göndərərək göstərmişdir ki, icraatda olan e-2(028)-504/2022 saylı iş üzrə Cavabdeh ilə İddiaçı arasında razılaşma əldə olunmuşdur. Buna əsasən icraatda olan e-2(028)-504/2022 saylı mülki iş üzrə cavabdehə qarşı hal-hazırda heç bir tələbi yoxdur. AR Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. AR Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə iddia ərizəsini baxılmamış saxlayır. Yuxarıda göstərilənlərlə əlaqədar olaraq e-2(028)-504/2022 saylı mülki işin geri qaytarılması və ya baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və işə mahiyyəti üzrə baxılmasını xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlanılmalı, ərizəyə əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267-268-ci maddələrini rəhbər turaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ərizəsi baxılmamış saxlansın. İddiaçı ərizəsinə əlavə edilmiş sənədləri geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Qubadlı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Vladimir Ruvinov
Məhkəmə qərarları › İş №e-2(028)-504/2022
Qubadlı Rayon Məhkəməsi Qərardad — İş №e-2(028)-504/2022
20.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver